Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə69/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   65   66   67   68   69   70   71   72   ...   187

Padşahın yuxusu


Bir gecə padşah yatağında yatırdı. O, röya aləmində qəribə bir yuxu gördü. Yuxuda gördü ki, yeddi baş gözəl inək çayın sahilindəki otlaqlarda çox həvəslə otlamaqla məşğuldurlar. Birdən yeddi arıq və çirkin inək göründü. Onlar kök inəklərə tərəf gedib, onları parça-parça etdilər. Padşah qorxaraq yuxudan oyandı. Tərini sildi və yenidən yatdı. Başqa bir yuxu gördü. O, bu dəfə gördü ki, yeddi quru və buğda dənəsi olmayan sünbül yeddi yaşıl və təzə sünbülün yanındadır. Quru sünbüllər yaşıl və gözəl sünbülləri udub, yeyirlər.

Padşah yenə də yuxudan oyandı. Gördüyü yuxu onu nigaran etmişdi. Dövlət başçılarını yığıb, onlarla iclas qurdu. Padşah qəribə yuxu barəsində, arıq inəklərin çayın sahilində peyda olub, kök inəkləri yeməsindən və yaşıl sünbüllərin quru və dənsiz sünbüllər vasitəsilə udulmasından danışdı. Hökumət başçıları padşahın yuxusu barəsində fikirləşdilər. Amma, bir nəticə vermədi. Su məmuru şərab camlarını doldururdu. Hökumət adamları dedilər:

-Belə yuxular həyacanlı və dağınıq yuxulardır və hökmlə əlaqəsi yoxdur.

Padşahı pərişan gördükdə isə dedilər:

-Biz yuxu təbiri bilmirik.

Həmin anlarda, padşah yuxu təbirini öyrənmək istədiyi vaxt su məmuru qışqırdı:

-Mən sizi onun təbiri ilə tanış edərəm. Məni zindanda olan bir cavanın yanına göndərin.

Padşah onun sözündən təəccübə gəldi. Amma, o, padşahı bir neçə il bundan əvvəl onlar üçün zindanda qarşıya çıxan hadisədən xəbərdar etdi. Dostu ilə gördükləri yuxudan danışdı. Yusif onların hər ikisinin yuxusunu təbir etmişdi. Onun təbiri düz və həqiqətə uyğun çıxmışdı.

Padşah su məmurunu Yusifin ardınca göndərdi.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin