Qıtlıq və quraqlıq
Quraqlıqlar başlandı. Həmin il yağış yağmadı. Nil çayının suyu hər ilki adətinin əksinə olaraq yuxarı qalxmadı. Əkin sahələri soldu, əkinçilik yerləri qurudu.
Növbəti il gəldi. Nilin suları daha da çəkildi. Suyun səviyyəsi güclü surətdə azaldı. Qıtlıq Misir torpaqlarını və digər qonşu ölkələri bürüdü.
Misirlilər Yusifi çox sevirdilər. Çünki, O, onları qıtlıq və quraqlıqdan xilas etmişdi. Anbarlar buğda ilə dolu idi.
Yusif pak və saleh bir insan idi. O, aclara yemək verirdi. Buğdaları onların arasında ədalətlə bölürdü.
Beləliklə, Misir torpaqları Yusifin hesabına iqtisadi çətinliklərdən xilas oldu. Yusif bütün bunları Allahın lütf və mərhəməti hesab edirdi. Quraqlıq təkcə Misri tutmadı, yerin böyük bir sahəsini əhatə etdi. Ona görə də buğda almaq üçün müxtəlif yerlərdən karvanlar Misrə gəlirdilər və Misrin Əzizi olan Yusif o diyara gələnlərin heç birini əliboş qaytarmırdı. Karvanlar buğda və yeyinti məhsulları ilə Misri tərk edirdilər. Onların hamısı Misrin Əzizindən razı idilər. Əziz onlarla qardaş kimi rəftar etmiş, onların qablarını yeyinti maddələri doldurmuşdu. Onlar çoxlu malla öz şəhər və diyarlarına qayıdırdılar.
Misir ölkəsi öz yeni Əzizi Yusifin tədbiri sahəsində xeyir və bərəkətlə dolu bir məmləkətə çevrildi. Uzaq məkanlardan karvanlar buğda almaq üçün o torpağa gəlirdilər və Yusif səfa və səmimiyyətlə Misrə gələnləri qəbul edirdi. O, öz post, məqam və qüdrətindən istifadə etmirdi. Təvazökar insan idi. Camaata qulluq edirdi. Onların üzünə gülümsəyirdi. Uzaq yoldan gələnlər üçün isə münasib bir iqamətgah nəzərdə tutmuşdu.
Dostları ilə paylaş: |