Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə73/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   69   70   71   72   73   74   75   76   ...   187

Fələstİndən bİr karvan


Bir gün Fələstin torpaqlarından bir karvan gəldi. Bu, on qardaşın karvanı idi. Onlar da buğda almaq üçün ora gəlmişdilər və bir qədər gümüş sikkəsindən başqa bir şeyləri yox idi. Qardaşlar şəhərə girib, Misrin Əzizinin yanına getdilər. Bu qardaşlar Misrin Əzizinin qarşısında durub, onun əzəmət və cəlalı önündə təzim etdilər. Yusif ayağa qalxdı və onlara baxdı. Onların hörmətinə cavab olaraq daha üstün salam verdi. Yusif onların hamısını tanıdı. Onlar onun qardaşları idilər: ona həsəd aparan qardaşları; onu öldürmək istəyən qardaşları. Həmin qardaşlar ki, Yusifi quru, su və otsuz çöllərdə karvan yolunun üstündə quyunun dibinə atmışdılar.

Bəli, onlar Şəmun, Rubil, Lavi və digər qardaşları idilər. Yusif iyirmi ildən sonra onları tanıdı.

Sizin fikrinizcə o anda Yusif nə etdi?

Onlar Yusifi tanımadılar. O illərdən sonra Yusifin üzü dəyişilmişdi və indi ömründən otuz il keçirdi. O günlərdə onlar onun köynəyini götürüb, özünü isə quyuya atmışdılar. Amma, Allah-təala özünün ixlaslı bəndələrini unutmur. O indi Misrin Əzizidir. Padşahlıq libası geyinmiş, qoruyucular və əsgərlər ətrafını əhatə etmişlər. Əlində buğda anbarlarının açarları vardır. Güman edirsinizmi, Yusif onlarla nə edəcəkdir? Onları qovacaq, onlardan intiqam alacaqdırmı?

Yox! Niyə belə etmədi? Halbuki, onlar Yusifi öldürmək istəyirdilər. Çünki, Yusifin ürəyi imanla dolu idi. Qəlbində eşq, məhəbbət və xeyirxahlıqdan başqa heç bir şey yox idi. Yusif insanların peyğəmbər və müəllimi, onları Allaha doğru hidayət edəndir. O, qardaşlarına «Xoş gəldin» deyib, onları istirahət yerlərinə göndərdi. Onlar da az mallarını çoxlu buğdaya dəyişən, heç kəsi rədd etməyən bu pak fitrətli Əzizə bağlandılar.

Onların bütün qablarını buğda ilə doldurdu. Mehribanlıq göstərdi. Onların diyarının vəziyyəti və sayları barəsində suallar etdi. Onlar hər şeyi ona dedilər və əlavə etdilər ki, Yəqub İbrahimin (ə) övladlarındandır. Həmçinin dedilər:

-Biz on iki qardaşıq. Bizim Yusif adlı bir qardaşımız dünyadan köçüb. Onu canavar parçalayıb, yedi.

Yusif onlardan soruşdu:

-Bəs o biri qardaşınız hardadır?

Dedilər:


-Atamız onu bizimlə göndərmədi.

-Niyə?


-Çünki, qardaşımız Yusifi bizimlə göndərdi və canavar onu yedi. Ona görə Benyamini bizimlə göndərmədi. O, onun canı üçün qorxur. Əvvəllər Yusifə qarşı da belə idi.

Yusif qardaşlarına «Xoş gəldin» dedi. Amma, özünü tanıtdırmadı və onlara özünə aid bir şey demədi. Öz ataları və diyarlarından soruşdu. Onlar da ataları Yəqubun qəm və kədərlərindən ona danışdılar. Onun tutulan səsindən, korluğundan və gözlərinin ağarmasından dedilər. Atalarının iyirmi il bundan əvvəl canavar yemiş Yusifə olan eşq və məhəbətindən danışdılar. Yusif öz xidmətçilərinə tapşırdı ki, onların qablarını buğda ilə doldursunlar. Özü isə ağacların arasında bir yerə gedib, ağlamağa başladı. O, ata və anasından və Benyamindən ayrılığı üçün ağlayırdı. Onları görmək həvəsi onun bədənini lərzəyə gətirmişdi.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin