Qəm-qüssənİn sonu
Yə`qub hər gün evdən çıxır və karvanların yoluna gedib, oğlanlarının qayıtmasını gözləyirdi. Günlərin birində günbatan çağı Yə`qub ürəkoxşayan bir ətir duydu. Bu, Yusifin ətrinə oxşayırdı. O, Misrə getməyən bəzi övladlarına dedi:
-Əgər məni nadan hesab edib, ağılsızlıqda günahlandırmasanız, deyərəm ki, mən Yusifin ətrini duyuram.
Oğlanları ona dedilər:
-Allaha and olsun ki, sən əvvəlki azğınlığındasan.
Onlar atalarına dedilər:
-Sən həmişə öz qabaqkı azğınlığında yaşayırsan. Sən Yusif və onun qardaşını bizdən çox sevirsən.
Bu an gördülər ki, bir insan dəvə ilə sürətlə onlara tərəf gəlir və uzaqdan əlindəki köynəyi tərpədir. Çox keçmədi ki, hər şey aydın oldu. Qardaşların biri qabağa düşərək Yusifin tapılması xəbərini atasına müjdə vermək istəyirdi. Bəli, Yusifi canavar yeməmiş və iyirmi illik zaman fasiləsində də dünyadan köçməmişdi.
Muştuluq verən şəxs Yusifin köynəyini Yə`qubun üzünə sürtdü. Qəribə bir hadisə baş verdi. Yə`qubun gözləri açıldı. Onun qaranlıq və qəmli dünyası gözəlləşdi. Ona görə də gözlərindən sevinc yaşları axdı və övladlarına dedi:
-Sizə demədimmi ki, mən Allahdan bəzi şeylər bilirəm, lakin, sizin ondan xəbəriniz yoxdur?!
Oğlanları xəcalət və qüssədən başlarını aşağı saldılar:
-Ey ata! Bizim günahlarımızın bağışlanması üçün dua et. Həqiqətən biz səhv etdik.
Allahın lütfü ilə gözləri açılan ataları dedi:
-Tezliklə sizin üçün Allahdan bağışlanmaq istəyəcəyəm. Həqiqətən o, bağışlayan və mehribandır.
Yə`qub duasını gecəyə qədər təxirə salmaq, duasının qəbul olunmasını və oğlanlarının etdikləri işə görə bağışlanmalarını istəyirdi.
Yə`qub hiss etdi ki, cavanlığını yenidən tapmışdır. Şadlıq və sevinc onun ürəyini və gözlərini işıqlandırmışdı. Bu müjdəni Yusifin anasına çatdırdı. Hamı sevindi. Yə`qub tapşırdı ki, hamı Misrə yola düşmək üçün hazırlaşsın. Onlar ədalətli, pak təbiətli və doğru danışan hakimin, yəni Yusifin yanında yaşasınlar.
Dostları ilə paylaş: |