Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə93/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   89   90   91   92   93   94   95   96   ...   187

MƏDYƏNƏ DOĞRU

HƏZRƏT ŞÜEYBİN ƏHVALATI


Gözəl və səfalı yer olan Mədyən şəhərində rifah və asayiş içində bir ərəb tayfası yaşayırdı. Bu şəhərin yaxınlığında gül, ot, bağ və bostanla məşğul olan kiçik bir kənd var idi. Bu kəndin adı Əykə idi.

Üç min ildən artıq bundan qısa bir zamanda orada həyat və yaşayış çiçəkləndi. Havanın münasib olması və yağışın yağması otlaqlara və əkinçilik həyatının çiçəklənməsinə kömək etdi. Bu iki məntəqənin əhalisi rifah içində yaşayırdılar.

Mədyən şəhərinin çoxlu sakini var idi, Amma, rifah və asayiş cəmiyyətin daha da artmasına kömək etdi. Ora bazarların yaranması, səy və fəaliyyət nəticəsində abad bir şəhərə çevrildi.

O zaman həmin şəhərdə Şüeyb (ə) adlı çox saleh və xeyirxah bir kişi yaşayırdı. O, şəhər və qəbiləsini, eləcə də bütün insanları sevirdi. Ona görə də Mədyən və Əykədə yaşayış işlərinə xüsusi diqqət yetirərdi.

Bəs görəsən Şüeyb (ə) nə üçün qəmgin idi? Niyə o saleh kişi öz qəbiləsindən ötrü narahat idi? Çünki, oranın camaatı bütpərəst idilər. Onlar bütlərə - dəyərsiz və təsirsiz daşlara ibadət edir və güman edirdilər ki, onlara ruzi yetirib, kəndlərinə bərəkət verən daşdan yonduqları bu heykəllərdir. Şüeyb (ə) buna görə narahat idi.

Bu insanlar göyə, varlıq aləminə, ulduzla dolu səmaya, yerə və dağlara baxmırdılar. Onlar ağaclara baxmırdılar ki, necə torpağın içindən çıxmışlar. Əgər bir az fikirləşsəydilər, əgər diqqətlə düşünsəydilər, anlayardılar ki, bu cansız bütlərin heç bir dəyəri yoxdur və onlar məbud ola bilməzlər.

Yeganə Allah hər şeyi yaradan Allahdır. İnsanlar, ulduzlar, ağaclar və gözlə görüb, ağılla dərk etdiyimiz bütün əşyalar onun məxluqudurlar. Ona görə də Şüeyb (ə) onlara bütlərdən əl çəkib, yeganə Allaha ibadət eləməyi tövsiyə edirdi.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin