qarşIdurma və KeşməKeş
Mədyən camaatı iki dəstəyə bölündülər. Bir dəstəsi Şüeybə (ə) və onun gətirdiyi ilahi dinə iman gətirdilər. Bunlar kasıb və yoxsullardan ibarət idi. O biri dəstə isə Mədyənin sərvətli və lovğa insanlarından təşkil olunmuşdu. Bu dəstə Şüeyb (ə) və ona iman gətirənlərlə mübarizə aparırdılar. Onlar Şüeybi (ə) hədələyərək deyirdilər:
-Ey Şüeyb, biz bilmirik sən nə deyirsən? Digər tərəfdən də sənin heç bir qüdrətin yoxdur. Əgər qəbilənin bir neçə nəfəri olmasaydı, biz səni ya öldürərdik, ya da Mədyəndən qovardıq.
Şüeyb (ə) buyurdu:
-Siz mənim qəbiləmin bir neçə nəfərindən qorxursunuz, Amma, Allahdan qorxmursunuz? Mənim bu şəhərin camaatını islah etməkdən başqa bir məqsədim yoxdur və buna görə də heç bir muzd və mükafat istəmirəm. Əgər siz beləcə fəsaddan, fırıldaqdan, bütpərəstlikdən və bazarda aldatmaq kimi pis işlərdən əl çəkməsəniz xəbərdarlıq edirəm ki, Allahın əzabı gələcəkdir.
Təkəbbürlü insanlar dedilər:
-Biz bütün işlərimizdə azadıq. Biz öz mallarımızı istədiyimiz kimi işlətməkdə ixtiyar sahibiyik. Bütpərəstlərdən biri güldü və məsxərə ilə dedi:
-Namazın sənə əmr edir ki, biz allahlarımızdan əl çəkək və öz mallarımızdan azad və ürəyimiz istədiyi kimi istifadə etməyək.
Şüeyb (ə) onlara buyurdu:
-Mən sizi özüm etdiyim bir işdən çəkinməyə dəvət etmirəm. Azadlığın mənası bu deyil ki, insan öz malından istifadə edərək digər qardaşına zülm etsin.
Mallarınızdan istədiyiniz kimi istifadə edin, Amma, digərlərinə zülm etməyin, ticarətdə onlara fırıldaq gəlməyin, ölçü və çəkidə onları aldatmayın. Siz yalnız bir şəhərdə yaşayırsınız, gərək bir-birinizlə həmkarlıq edəsiniz. Sizin hər biriniz başqalarının azadlığına hörmət qoymalıdır.
Ey Qəbilə! Allahdan bağışlanmaq istəyin və onun dərgahına qayıdın. Çünki, mənim Allahım bağışlayan və mehribandır. O, sizin xeyrinizi istəyən Allahdır. Elə ona görə də məni sizin tərəfinizə göndərmişdir.
Onlardan biri dedi:
-Ey Şüeyb! Sən cadu olunmusan. Biz sənin dediklərindən heç nə anlamırıq. Əgər qohumlarından bir neçə nəfər olmasaydı səni öldürərdik. Bu işi istədiyimiz vaxt edə bilərik.
Şüeyb qəbiləsinin onunla inadkarlıq etdiyini, heç bir nəsihətinə qulaq asmadığını gördükdə onlara xəbərdarlıq edərək buyurdu:
-Ey qəbilə! Nə istəyirsinizsə edin! Mən də öz vəzifəmi yerinə yetirəcəyəm, Amma, tezliklə görəcəksinis ki, xaredici əzab kimə nazil olacaqdır.
Onlar məsxərə ilə dedilər:
-Biz səni yalançı bilirik. Əgər doğru deyirsənsə, göydən bizim üçün bir əzab göndər!
Şüeyb (ə) buyurdu:
-Tezliklə kimin yalançı olduğunu biləcəksiniz.
Beləliklə onları buraxıb, Əykə kəndinə yola düşdü.
Dostları ilə paylaş: |