Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə97/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   93   94   95   96   97   98   99   100   ...   187

İşİn sonu


Şüeyb (ə) qəbiləsindən kənara çəkildi və bütpərəstlər peyğəmbərdən və ona iman gətirən insanlardan əl çəkmir, onları rahat yaşamağa qoymurdular. Kafirlər çalışırdılar ki, imanlı insanları bütpərəstliyə qaytarsınlar. Həmişə onlara əziyyət edirdilər. Birinin o həzrətin evinə yaxınlaşdığını və onun nəsihətli sözlərinə qulaq asdığını görəndə yolunu kəsib, onu hədələyirdilər.

Şüeyb (ə) keçmiş ümmətlərin, peyğəmbərlərə əziyyət verən və möminlərlə mübarizə aparan insanların aqibətini onların yadına saldı. Onlar Sədum və Amura şəhərlərinin xarabalıqlarını öz gözlərilə görürdülər, Amma, Lutun qəbiləsinin başına gələn o dəhşətli taledən ibrət almırdılar.

Vəd olunmuş gün çatdı. Camaat sübh tezdən büt daşlara səcdə etdikdən sonra iş yerlərinə getdilər. Şəhərin bazarları səs-küylə doldu, gözlər fırıldaq və hiylə ilə parladı. Onlar insanları aldatmaq və daha çox qazanc əldə etmək barədə düşünürdülər.

Beləliklə gün sona çatdı və günəş gizləndi. Qaranlıq hər yeri bürüdü.

Gecənin saatları çox ağır və yavaş-yavaş keçirdi. Birdən yer öz-özünə titrədi. Çox qorxulu anlar idi. Bu titrəmələrin təsirindən Mədyən şəhəri xarabalığa çevrildi.

İnsan o gözəl və görməli şəhərdən keçəndə dəhşətə gəlir. Bu şəhər bir neçə anın içində torpaq təpələrinə və xarabalığa çevrilmişdi.

Maraqlı burasıdır ki, o hadisədən yalnız iman gətirənlər xilas olub, salamatlıqla şəhərdən çıxdılar.

Əykə kəndinə başqa bir əzab gəldi. O əzab ildırım çaxan bulud vasitəsilə nazil oldu.

Şüeyb (ə) o şəhərin xarabalıqlarını görərək qəm-qüssə ilə dedi:

-Ey qəbilə, mən Allahın sözünü sizə çatdırdım və sizin üçün xeyirxahlıq etdim. Bununla belə necə imansız və kafir qəbilənin halına acımayım?!

Şüeyb özünün şərafətli ömrünün qalan hissəsini də Mədyəndə keçirdi. Onun heyvan sürüləri var idi. Qocalıb, yaşlaşdıqda iki qızı heyvanları otarmaq işini öhdələrinə götürdülər. Onlar bu işdə-xüsusən də qoyun sürülərini suvarmaq istəyən vaxt çox əziyyət çəkirdilər. Həya və ismətləri qızların bu işinə mane olurdu. Onlar çobanların arasında öz işlərini görə bilmirdilər.

Bir gün Misirdən otuz yaşlı bir cavan gəldi. O, İmran oğlu Musa(ə) idi. Fironun zülmündən qaçıb Mədyən şəhərinə sığınmışdı. Görəsən bundan sonra hansı hadisələr baş verəcək. Bu əhvalat kitabları silsiləsində, o məcaralarla tanış olacağıq.

«Qardaşları Şüeybi (ə) Mədyənə tərəf göndərdik. Dedi:

-Ey qəbilə, Allaha ibadət edin. Ondan başqa məbud yoxdur. Allah tərəfindən sizin üçün aydın bir sübut gəlmişdir. Ona görə də ölçü və çəkinin haqqını ödəyin! Camaatın malından heç nə əskiltməyin! İslah olduqdan sonra yer üzündə fəsad etməyin! Əgər imanlı olsanız bu, sizin üçün daha yaxşıdır. İmanlı insanları hədələmək üçün yollarının üstündə oturmayın. Möminləri Allah yolundan uzaqlaşdırmağa və şübhə atmaqla doğru yolu əyri və yanlış göstərməyə çalışmayın. Az olduğunuz zamanı yadınıza salın. Allah sizin sayınızı artırdı. Fasid insanların aqibətinə nəzər salın. Əgər sizdən bir dəstə mənim dediklərimə iman gətirib, bir dəstə gətirməsələr, Allahın sizin aranızda hakimlik etməsini gözləyin. Çünki, o, ən yaxşı hakimdir. Onun qəbiləsinin lovğa böyükləri və sərvətli insanları dedilər:

-Ey Şüeyb (ə)! Əgər bizim dinə qayıtmasanız mütləq səni və sənə iman gətirənləri şəhərdən qovacağıq. Şüeyb dedi:

-Biz istəmədiyimiz halda (yolumuzdan döndərməkmi istəyirsiniz)? Əgər Allahın bizi ondan xilas etdiyi dinə qayıtsaq, Allaha yalan demiş oluruq. Hamımızın rəbbi olan Allahın istəmədiyi bir yola qayıtmaq yaxşı iş deyildir. Bizim Allahımızın elmi hər şeyi əhatə edir. Biz yalnız ona təvəkkül edirik.

İlahi! Bizimlə qəbiləmiz arasında haqq olaraq hakimlik et. Sən ən yaxşı hakimsən.

Onun qəbiləsinin kafir insanları dedilər:

-Əgər Şüeybin (ə) ardınca getsəniz, siz də ziyan görəcəksiniz.

Sonra yer titrədi:

Sübh vaxtı isə öz evlərində cansız cəsədlər formasında qalmışdılar. Şüeybi (ə) yalançı adlandıranlar elə məhv oldular ki, elə bil heç vaxt o evlərdə yaşamayıblar.

Şüeybi (ə) yalançı adlandıranlar ziyankar idilər. Sonra onlardan üz döndərdi və dedi:

-Ey Qəbilə! Mən Allahımın risalətini sizə çatdırdım və sizin üçün xeyirxahlıq istədim. Bununla belə imansız qəbilənin halına təəssüf edirəm.1 (Qeyd)


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin