Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə103/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   99   100   101   102   103   104   105   106   ...   187

Vəd olunmuş uşaq


Allahın istəyi bu idi ki, Musa doğulsun. Saleh qadın olan Yukabed çox qəmli görünürdü. Onun azad olmaq vaxtı yaxınlaşırdı. Qibti mama onun yanına gəlirdi ki, olacağı körpəsinin cinsiyyətini öyrənib, xəbər versin.

O ağır şəraitdə Musa adlı sevməli bir körpə doğuldu. Musa şirin və çox cazibəli bir uşaq idi. Körpəni görənlər istər-istəməz ona bağlanırdılar.

Musadakı bu cazibəni Allah-təala yaratmışdı. Ona görə də mama onu sevdi və anasına dedi:

-Yukabed, qorxma! Mən bu məsələ barəsində heç kəsə bir söz demərəm.

Allah-təala Yukabedin ürəyinə ilham etdi ki, Musaya süd versin. Anasının ürəyi bu nurani və günahsız uşağa məhəbbətlə dolu idi. Öz-özünə deyirdi: «Görəsən, doğrudanmı bu, vəd olunmuş uşaqdır?!»

Günlər ötürdü və casuslar o evdə doğulan bir oğlan uşağını axtarırdılar.

Fironun başında pis fikir var idi. O istəyirdi fəhlələri muzdsuz işlətsin. Ona görə də Bəni İsraili qul kimi işə vadar etmişdi. O fərman vermişdi ki, körpələri bir il öldürsünlər, bir il isə saxlasınlar. Musa anadan olandan bir il qabaq Yukabeddən Harun adlı bir oğlan doğulmuşdu. Musa dünyaya gələndə Harun kiçik bir uşaq idi. Bu iki nəfərin bir neçə il onlardan böyük olan bir bacıları da var idi. O, pak və ağıllı bir qız idi. Qardaşlarını sevirdi. Onlara mehribanlıq göstərir və onları qoruyurdu. Günlər keçdi. Yukabedin əziz övladı doğuldu. Amma, Yukabed qorxur və nigaranlıq keçirirdi Çünki, casuslar onun övladı olmasından xəbər tuta bilərdilər. Bu vaxt nə edəcəkdi?. Musanı Fironun təhlükəsindən necə qoruya bilər? Necə onu ölümdən xilas edə bilər? Onlarla günahsız körpənin başını kəsmiş, onlarla ananı gözü yaşlı qoymuş qılınclardan onu necə qoruya bilərdi?

Allah anasına ilham etdi ki, Musa üçün kiçik bir sandıq düzəltsin və təhlükə hiss etdiyi vaxt onu Nil çayına atsın. Şücaətli anası bu vəzifəyə əməl etdi. Bu işdə qızı ona kömək edirdi.

Bir gecə hiss etdi ki, təhlükə yaxınlaşmışdır. Casuslar südəmər körpələri toplamaq üçün evləri gəzirlər. Yukabed qızı ilə gecənin qaranlığında Nil çayına tərəf getdi. Qəmgin ana Nil çayının dalğalarına nəzər saldı və uşağına baxdı. Musa yuxuda idi. Anası evə qayıtmaq istəyirdi. Amma, daxilində olan bir qüvvə sandığı Nil dalğaları üzərinə atmağa məcbur etdi. Yukabed ulduzlu səmaya nəzər saldı. Onun ürəyində tam arxayınlıq yarandı. O, imanlı qadın idi və əmin idi ki, Allah onun uşağını qorxulu timsahlardan, mavi atların dişlərindən və bu günahsız körpəni gözləyən bütün təhlükələrdən qoruyub, xilas edəcəkdir. O arxayın idi ki, Allah onu anasına qaytaracaqdır.

İman və məhəbbətlə qarışmış qorxulu bir anda Yukabed kiçik sandığı Nil sularının üzərinə qoydu. Su dalğaları ayın nurunda parlayır, günahsız və yalqız uşağa qarşı mehribanlıq göstərirdi. Ona görə də onu uzaq bir yerə apardılar. Yukabed eləcə sandığa baxırdı. Nəhayət qaranlığın təsirində gözdən itdi. Qışqırmaq istəyirdi. Ulduzlara, aya, geniş səmaya, Allaha nəzər saldı. Ürəyində arxayınlıq və rahatlıq bulağı qaynadı. Qızı ilə birgə evə qayıtdı. O hiss edirdi ki, yenə də uşağı Musanı qucağına alacaqdır.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin