Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə104/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   100   101   102   103   104   105   106   107   ...   187

Fİronun sarayı


O gecə Yukabedin gözünə yuxu getmədi. Ürəyi Musa ilə idi; dalğaların Nil çayına tapşırdığı sandıqla.

Günəş doğdu. Təbiət öz gecə yuxusundan oyandı. Balıqçılar ruzi dalınca Nil çayına yollandılar. Əkinçilər öz əkin sahələrinə, çobanlar isə otlaqlara getdilər. Sandıq sakitcə dalğaların arasında hərəkət edirdi. Ondan bir körpə səsi ucalırdı: isti ağuş arayan günahsız uşağın səsi.

Fironun arvadı Asiya pak təbiətli bir qadın idi. Ərinin əksinə olaraq o, təvazökar idi. İnsanların dostu, xeyirxahı, zülmün isə düşməni idi. O, ərinin etdiyi pis işlərdən və zülümlərdən əziyyət çəkirdi.

Həmin aydın səhər vaxtı Asiya sarayda oturmuşdu. O, diqqətlə axan Nil sularına baxır və çayda hərəkət edən qayıqları müşahidə edirdi. Birdən gözü kiçik bir sandığa düşdü. Su dalğaları onu yaşıl sahilə gətirdilər. O kiçik sandıq gözəl bir gəmi kimi lövbər saldı. Asiya bir körpə səsi eşitdi. Ayağa qalxdı və gözətçiyə əmr etdi ki, o sandığı gətirsin. Asiyanını yanında ona xidmət göstərən kiçik qızlar vardı. Sarayın gözətçisi sandığı gətirib, fironun həyat yoldaşının qarşısına qoydu. Hörmət göstərib, geri çəkildi. Bu zaman firon daxil oldu. O, qüdrəti ilə lovğalanaraq təkəbbürlə addım atırdı. Əlində abnus ağacından düzəldilmiş qısa və ləl-cəvahiratlı əsa vardı. O, əsası ilə işarə etdikdə mənası bu idi ki, gərək hamı onun fərmanına qulaq assınlar.

Firon daxil oldu və sandıqdakı körpəni görərək qəzəbləndi. Kinli nəzərlərlə onu süzdü. Ürəyində bir hiss yarandı. İstəyirdi onu öz əlləri ilə öldürsün. Fikirləşdi ki, bəlkə barəsində xəbər verilən, onun taxt-tacını viran edəcək uşaq budur. Firon qara əsası ilə işarə etdi. Əsgərlər tabe olaraq, əmri gözlədilər. Firon günahsız uşağın boynuna işarə etdikdə bildilər ki, onun başını kəsdirmək istəyir. O anda pak qəlbli qadın olan Asiya cəld ayağa qalxdı. Onun uşağı yox idi. Gözü Musaya düşdükdə qəlbində analıq məhəbbəti cuşa gəlmişdi. Firona dedi:

-O, mənim və sənin gözünün nurudur, onu öldürməyin. O, bizim üçün faydalı ola bilər. Ya da onu övladlığa götürərik.

Firon sakit qaldı. O, yoldaşının gözlərində dəyişilməz və qətiyyətli bir iradə görürdü. Öz-özünə fikirləşdi ki, yoldaşının övladı yoxdur. Bu uşaqla onun qəm-qüssəsi aradan gedər. Niyə uşaqdan əl çəkməsin? Niyə onu öldürsün? Öz-özünə fikirləşirdi ki, o, onlarla uşağın başını kəsmişdir. Bəlkə də deyilən uşağın artıq başı kəsilmişdir və artıq təhlükə sovuşmuşdur. Ona görə firon qayıdıb getdi.

Asiya günahsız uşağı ağuşuna basmaq istədi. Musanın nurani çöhrəsi ürəklərdə eşq və məhəbbət yaradırdı. Onun nurlu gözləri tanış bir üz axtarırdı. Ürək bağladığı çöhrəni axtarırdı. Amma, tapa bilmirdi.

İsti bir sinə axtarırdı. Onunla rahatlaşan, ondan süd əmən bir sinə. Amma, bir şey yox idi. Musa ağlamağa başladı. Körpə səsi ucaldı. Asiya cəld onun üçün süd verən qadınlar topladı. Onların biri gəldi və Musanı qucağına götürdü. Amma, uşaq eləcə ağlayırdı. O ac idi. Amma, təəccüblüsü burrası idi ki, Musa süd verən qadınların heç birindən süd qəbul etmirdi. Həmişə ağlayırdı. Çox qəribə bir qüdrət həddən artıq ac olmasına baxmayaraq, Musanı süd yeməyə qoymurdu.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin