Süleyman ölkə idarəsinin və hakimiyyətinin mə`suliyyətinə başlayanda imanlı bir cavan idi. O, öz ordusunun qüdrət və gücünü artırdı; Amma, başqa ölkələri işğal etmək və ölkəsini genişləndirmək üçün yox, Allah hökmlərini yerdə yaymaq üçün.
Süleyman peyğəmbərlik, elm, bilik və padşahlıq ne`məti ilə bəhrələnmişdi. Allah-təala Süleymanın təvazökarlığının və şükrünün artdığını gördükdə onun güc və qüdrətini də artırdı. Onun ölkəsinə xeyir-bərəkət bağışladı. Bu bərəkətlər hər yeri bürüdü. Allah-təala Süleymana ondan başqa heç kəsə əta etməyəcəyi ne`mətlər bəxş etdi. Çünki, o, Allaha şükr edirdi.
Allah-təala küləkləri onun ixtiyarına qoymuşdu. Onlara əsmək fərmanı verdikdə əsirdilər. Allah-təala cinləri də onun itaətinə gətirmişdi. Onlar həzrətin fərmanlarına əməl edirdilər. Cinlər dənizlərin diblərinə batmışdılar və oradan xəzinə, mirvari və mərcan çıxarırdılar. O həzrət üçün gözəl mə`bədlər düzəldirdilər.
Süleyman bir hökumət bərpa etmək fikrində idi; Allaha iman gətirənlərin arxası olacaq bir dövlət. Ona görə də Allahdan istədi ki, elm və bilik sirlərini onun üçün açsın. Allah-təala elm və biliyin, quşların və heyvanlarının dilinin sirlərini ona öyrətdi. Ona görə də əkinçilik genişləndi. Sədlər düzəldildi. İnsan və cinlərdən ibarət olan böyük bir qoşun Süleymanın fərmanını yerinə yetirirdilər. Onlar Abnus taxtası, qızıl, fil sümüyü, yaqut, zümrüd və minlərlə qiymətli daşlar əldə etməklə əsrarəngiz gözəlliyə malik olan bir taxt düzəltdilər. Həmçinin qorxulu və taxt üstündə oturmuş iki şir və qanadlarını açmış iki kərkəs heykəli düzəltdilər.
Dostları ilə paylaş: |