Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə136/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   132   133   134   135   136   137   138   139   ...   187

Süleymanın qarışqası


Allah insan və heyvanı yaratmışdır. O hər şeyi yaradandır. Biz öz ətrafımıza baxdıqda çoxlu məxluq görürük. Kiçik məxluqlar bizim yaxınlığımızda yaşayırlar. Bə`zi məxluqlar bizim yanımızdan ötdükdə hiss etmirik. Əgər diqqətlə baxmasaq, onları görə bilmərik. Məsələn qarışqa.

Qarışqalar ictimai şəkildə yaşayırlar. Onlar özləri bir millətdirlər. İşləyir, çalışıb-vuruşur və özlərini müdafiə edirlər. Onların yaşayışı nizam-intizam üzrə və əməklədir. Yayda yemək məhsullarını hazırlayıb, qışa saxlayırlar. Bu kiçik məxluqun Süleymanla eşitməli bir əhvalatı vardır:

Bir gün Süleyman öz ordusuna Allah yolunda mübarizə üçün sərkrdəlik edirdi. Ordunun yolu qarışqaların yaşadığı bir yerdən keçirdi. Atların dırnağının səsi yeri lərzəyə gətirmişdi. Qarışqalar adətləri üzrə orada fəaliyyətdə idilər. Onların bə`ziləri yeyinti məhsulları toplayır, bə`ziləri isə yuvaların içində işləyirdilər.

Orada kiçik bir qarışqa da işləyirdi. O birdən yerin titrədiyini hiss etdi. Bildi ki, Süleymanın qoşunu həmin yerə tərəf hərəkət edir. Qarışqa dayanıb, qışqırmağa başladı. O, qarışqalara xəbərdarlıq edərək dedi:

-Ey qarışqalar! Süleymanın ordusu yoldadır. Tez öz yuvalarınıza qayıdın. Yoxsa onun əsgərləri e`tinasız olaraq sizi ayaqları altında əzəcəklər.

Qarışqa ağacın başına çıxıb, üfüqə baxırdı. Bu zaman Süleyman və onun ordusu yaxınlaşdılar.

Süleyman o qarışqaya baxdı. Qarışqanın xəbərdar edən fəryad səsləri eşidilirdi.

Allah-təala Süleymana qarışqanın dilini öyrətmişdi. Ona görə də həzrət onun sözlərinə təbəssüm etdi. Həzrət öz miniyindən düşdü. Allaha səcdə edib, başını göyə qaldırdı və dedi:

«İlahi! Mənə və ata anama bəxş etdiyin ne`mətlər üçün sənə şükrlər olsun! Mənə ilham və sənin razılığına səbəb olan saleh işlər görməkdə müvəffəqiyyət ver! Məni öz rəhmətinlə saleh bəndələrinin sırasına daxil et!»

Süleyman fərman verdi ki, əsgərlər o yerə daxil olmayıb, başqa bir yolla getsinlər. Qarışqalar qorxu və dəhşət içində idilər. Çünki, onların yuvalarının çoxu atların dırnaqları və əsgərlərin ayaqları altında dağılacaqdı.

Amma, o qarışqa macəranı onlara xəbər verdi. Onlar sevinib, Allahdan Süleyman və onun ordusu üçün qələbə istədilər.

Süleymanın ordusu Allah yolunda mübarizə etmək üçün öz yolunu davam etdirdi. Qarışqalar qayıdaraq rahat və təhlükəsiz o yerdə işləməyə başladılar.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin