RUHUN QAYıDıŞı HƏZRƏT ÜZEYİRİN ƏHVALATI
Süleymanın vəfatından sonra başqa peyğəmbərlər gəldi. Amma, yəhudilər günbəgün ilahi dindən uzaqlaşırdılar.
Onların mal-dövlətə, ləl-cəvahirata olan məhəbbətləri artırdı. Bütpərəstlik adətləri yenidən onlara qayıtdı. Onlar Tövratın hökm və tə`limlərini də dəyişdirdilər.
Ona görə də onların mübarizə ruhu zəiflədi və ölümdən qorxdular. Həyata daha çox bağlandılar. Həzrət İsanın miladından təxminən beş yüz il qabaq Babildə Büxtün-Nəsr adlı bir zalım padşah hökmranlıq edirdi. O, yəhudilərin torpaqlarına hucum etdi. Onların paytaxtı Yerusəlimi fəth edib, özlərinə divan tutdu. Şəhərləri viran etdi. Müqəddəs kitabları və həmçinin Tövratı yandırdı. Yəhudilərin müqəddəs mə`bədlərini viran etdi. Babilə qayıtdıqda yəhudiləri özü ilə əsir gətirdi.
Yəhudilər yüz ilə yaxın Babildə yaşadılar. O zaman Üzeyir peyğəmbər anadan oldu.
Babillə Fars arasında döyüş alovu şö`lələndi. Fars padşahı Kuruş döyüşdə qələbə çalaraq, Babilə daxil oldu. Kuruş Üzeyirlə tanış oldu. Onun ədəb və əxlaqına görə o həzrətə hörmət göstərdi. Bir gün Üzeyir Kuruşun yanına gəldi və ondan istədi ki, öz torpaqlarına qayıtmaq icazəsini versin və onlar nüsxələri aradan getmiş Tövratı yazmaqla məşğul olsunlar.
Beləliklə, yəhudilər öz vətənlərinə qayıtdılar. Onlar Üzeyiri çox sevirdilər. Üzeyir yenidən Tövratı topladı və öz şərafətli ömrünün uzun illərini bu yolda sərf etdi.
Dostları ilə paylaş: |