MƏN ALLAHıN BƏNDƏSİYƏM
Məryəm ibadət mehrabında namaz qılırdı. İsa beşiyinə uzanmışdı: parlaq bir ulduz kimi... Bahar vaxtı çiçəklənən qönçə kimi... Zəkəriyya və keşişlər otağa daxil oldular.
Onların biri kobudluqla Məryəmə müraciət edərək dedi:
-Çox çirkin bir iş görmüsən.
O birisi dedi:
-Ey Harunun bacısı! Nə atan pis bir kişi idi və nə də anan çirkin iş görən qadın!
Məryəm dayanmışdı. O öz qövmünə baxırdı. Onun çöhrəsində səmavi bir nur parlayırdı. Məryəm heç bir söz demədi. O, işarəylə körpəni göstərdi.
İnsanlar təəccüb edərək dedilər:
-Beşikdə olan bir körpə ilə necə danışaq?
-Biz necə körpə ilə danışaq? Beşikdə olan bir körpə söz deyə bilərmi?
Onların təəccüblə uşağa baxdıqları anda mö`cüzə baş verdi. Körpə dil açaraq hadisənin həqiqəti üzərindən pərdə götürdü. O dedi:
-Mən Allahın bəndəsiyəm. O mənə səmavi kitab vermiş, peyğəmbər etmişdir. Allah mənim və sizin rəbbinizdir. Ona ibadət edin.
Harada olsam Allah məni xeyir və bərəkətli etmişdir. O, diri olduğum müddətdə mənə namaz qılmağı və zəkat verməyi tövsiyə vermişdir.
Allah məni, anama qarşı yaxşılıq edən yaratmışdır, zalım və rüsvayçı yox.
Doğulduğum, dünyadan köçəcəyim və yenidən diriləcəyim gün mənə Allahın salamı olsun!
Bu həyəcanlı mənzərənin qarşısında Zəkəriyya Allaha səcdə etdi. O, Allahın ruhu və onun Məryəmə əta etdiyi əzəmətli vücud olan Məryəm oğlu İsanı təsdiqlədi.
Bə`ziləri təslim oldular. Ürəkləri imanla doldu. Bə`ziləri isə eləcə hadisəyə daş ürəkləri ilə yanaşır, o mö`cüzəyə inanmırdılar.
Dostları ilə paylaş: |