QARŞıDURMA VƏ KEŞMƏKEŞ
Keşişlər İsa əleyhinə öz mübarizələrinə başladılar. Onlar şayiə yaymaqla həzrəti kafir olmasında ittiham edirdilər.
Qəzəblə fəryad edib, deyirdilər:
-Əgər o peyğəmbərdirsə, bəs mö`cüzəsi hardadır? Musanın çoxlu mö`cüzələri var idi. Amma, İsa heç bir mö`cüzə gətirməmişdir.
Məryəm barəsində də pis sözlər deyirdilər. Pak qəlbli və iffətli olduğu halda, onu pis töhmətlərlə ittiham edirdilər.
İsa Bəni-İsraili maddi-maraqların əsarətindən qurtarmaq üçün mənəviyyata də`vət edirdi.
Onların biri dedi:
-Ruh bizim damarlarımızda axan qanlardır.
Məryəm oğlu İsa buyurdu:
-Ruh Allahın yaratdığıdır.
Onlar deyirdilər:
-Ey İsa! Biz sənin nə dediyini anlamırıq.
Məsih əyildi. Bir ovuc palçıq götürdü və dedi:
-Bunlar nədir?
Bir ovuc palçıqdır.
-Onda ruh varmı?
-Yox.
-İndi mən bu palçıqdan bir quş düzəldəcəyəm. Ona üfürdükdə Allahın izni ilə bir quşa çevriləcəkdir.
Onlar təəccüblə dedilər:
-Məqsədin nədir?
-Məqsədim budur ki, mən ona üfürüb, Allahın izni ilə onu quşa çevirə bilərəm. Çünki, həyat bağışlayan Allahdır. O hər bir işə qadirdir.
O anda İsa bir ovuc palçıqdan quşa oxşar bir qəlib düzəltdi. Qəlib tamamlandı. Həzrət o palçıq qəlibə üfürdü. Birdən bir ovuc palçıq ağ bir göyərçinə çevrildi. Qanad çaldı və mavi səmada uçmağa başladı.
Məsihin vücudu qüdrətli Allah və yaradıb təsvir edən Xaliq qarşısında tə`zim etdi.
Dostları ilə paylaş: |