Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə165/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   161   162   163   164   165   166   167   168   ...   187

SƏMAVİ YEMƏK


Allah-təala həvarilərə vəhy etdi ki, mənə və mənim elçimə iman gətirin. Dedilər:

«İman gətirdik. Sən də şahid ol ki, biz Allahın əmrinə təslimik».

Həvarilər Məryəm oğlu İsanın ətrafına toplaşıb, onu təsdiq etdilər. Onlar peyğəmbəri müdafiə etmək üçün hazır oldular. Onlar kiçik bir qoşun, lakin çox güclü və qüdrətli idilər.

Məsih dünya və axirətdə dəyərli məqama malik idi. O, iman cəhətindən elə bir məqamda idi ki, Allahdan nə istəsəydi, duası qəbul olardı.

İsanın istəkləri insanların Allaha iman gətirməsi və Allahın verdiyi öz fitrətlərinə qayıtmaları üçün idi.

O, çox sə`ylə qoyunlarının bir-birindən ayrılmamasına çalışan pak qəlbli və mehriban bir çobana bənzəyirdi. Olmaya canavar onları yeyələr! Bəni-İsrailin yoxsul və məhrum insanları itmiş qoyunlara bənzəyirdilər. Münafiq kişilər isə canavar kimi idilər. Kasıb və yoxsulları oğurlayıb, ruh və canlarında Məsihin risalətinə olan iman nurunu məhv edirdilər.

Bir gün Məsih həvarilərlə birgə yaxınlıqdakı təpələrin yanından keçirdi. O, Allaha imanı insanların arasında yaymaq istəyirdi.

Bir su bulağının yaxınlığında oturdu. Həvarilər də onunla oturdular. Məsih onların ayaqlarını yumağa başladı. Həvarilər onun bu qəribə işinə təəccübləndilər. O həzrətə dedilər:

-Ey Allahın elçisi! Niyə belə edirsən?

Məsih çox təvazökarlıqla buyurdu:

-Sizdən istəyirəm ki, insanlarla belə rəftar edin! Mənim sizinlə rəftar etdiyim kimi. Mən sizə xidmət göstərdiyim kimi siz də insanlara xidmət göstərin.

Həvarilər acmışdılar. Amma, Məsih acdığı zaman bir qədər çöl otlarından yeyir və aclığı dəf edirdi.

Amma, həvarilər bu işi görə bilmirdilər. Yalnız Məsih dünyaya rəğbətsiz insan idi. O özünü, nəfsi istəklərinə hakim olmağa alışdırmışdı.

Həvarilər öz aralarında danışırdılar. Palçıqdan quş qəlibi düzəldən, sonra ona üfürüb, quşa çevirən, Azirin qəbri başında dua edib, onu dirildən Məsih Allahdan bizim üçün səmadan yemək göndərməsini istəyə bilər. Ona görə də dedilər:

-Ey Məryəm oğlu İsa! Sənin Rəbbin bizim üçün göydən yemək göndərə bilərmi?

İsa çox narahat oldu. O dedi:

-Bunlar Allahın qüdrətinə şübhəmi edirlər?

Onlara xəbərdardlıq edərək buyurdu:

-Əgər imanınız varsa Allahdan qorxun.

Dedilər:


-Biz istəyirik o yeməkdən yeyək. Bilirik ki, sən bizə doğru deyirsən. Biz bu işə şahidik. Amma, bizim qəlblərimiz daha çox arxayın olsun deyə bu istəyi etdik. İnsanların qarşısında bu mö`cüzəyə şəhadət verəcəyik. Bu özü, sənin risalətinin doğruluğu üçün yeni bir sübut olacaqdır. Həm də səmavi yeməkdən yeyib, bərəkət götürmək istəyirik.

İsa sakit oldu. Amma, nurani çöhrəsi kədərləndi. Gözlərindən səmavi nur parlayırdı. Məsih asimanların Rəbbinin dərgahına səcdə etdi. Sonra başını göyə qaldırdı. O pak vücudunun dərinliklərindən səsləndi:

«İlahi! Bizim üçün səmavi yemək göndər ki, əvvəlimiz və axırımız üçün bayram və həmçinin səndən bir nişanə olsun. Bizə ruzi əta et! Sən ən yaxşı ruzi verənsən.»

Göydə bir nur parlayıb, o məkanı bürüdü. İsa və həvarilər ürəklərinin dərinliklərinə gedən dəhşətli bir səs eşitdilər. O, ilahi vəhyin səsi idi. Onlara buyurdu:

-Mən bu yeməyi sizin üçün göndərirəm. Amma, əgər bundan sonra sizin biriniz kafir olsa ona elə əzab edəcəyəm ki, heç kəsə belə əzab etməmişəm.

Səmavi yemək nazil oldu. Onda ürək açan ruzi və bərəkət vardı. Çörək və ətlə dolu idi. Yeməyin ətri fəzanı bürümüşdü. Aclar və yeməyi üçün heç bir şeyi olmayanlar Məryəm oğlu İsanın yanına gəldilər ki, onlara da yemək yedirsin. Onlar da ləzzətli və ətirli yeməkdən yesinlər. Yedilər və doydular.

O gün bütün camaat ən dadlı və ləzzətli yemək yedilər.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin