Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə18/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   14   15   16   17   18   19   20   21   ...   187
    Bu səhifədəki naviqasiya:
  • Shabbir
O my God, my helper Ey mənim Allahım, mənim köməkçim!

Keep my hands with mercy Öz lütf və mərhəmətinlə mənə kömək et!

And with your holy bodies Bu müqəddəs şəxslərin əzəmətinə.

Mohammed Məhəmməd (s),

Alia İlya (ə),

Shabbar Şəbər (ə),

Shabbir Şübeyr (ə),

Fatma Fatimə (ə).

Thay are all Biggest and

Honourables Onların hamısı sənin yanında əzəmətli və əzizdirlər.

The world establiahed for Them Dünya onlara görə yaşayır.

Help me by their names Onların adının əzəmətinə and verirəm, mənə kömək et!

you con reform to Right Yalnız sən məni doğru yola yönəldə bilərsən.

Beləliklə bu alimlər Nuhun (ə) onlara təvəssül etdiyi bu beş adın əzəməti və onların Allah yanında olan məqamı barədə heyrət edib, təəccübdə qaldılar. Onların heç birinin həll edə bilmədiyi çox müəmmalı məsələ isə bu idi ki, bu taxta parçası min illər keçməsinə baxmayaraq çürüməmiş və dağılmamışdır. Bu taxta parçası indi də Moskvanın arxeoloji tapıntılar muzeyində mövcuddur.

İslam peyğəmbəri Həzrət Məhəmməd (s) buyurmuşdur:

“Mənim əhli beytim Nuhun gəmisi kimidir. Ona minənlər xilas, üz çevirənlər isə qərq olacaqlar”.

Biz Nuhu öz qövmünə tərəf göndərib, ona dedik: “Öz qövmünü onların sorağına gələcək dərdli əzabdan qorxut!” Dedi: «Ey qövm! Mən aşkar qorxudan və təbliğ edənəm. Allaha pərəstiş edin! Ona müxalifətçilikdən çəkinin və mənim sözlərimə baxın! Əgər belə etsəniz, Allah günahlarınızı bağışlayar və müəyyən zamana qədər sizə ömür verər. Çünki, Allahın (tə`yin etdiyi) əcəli çatdıqda haç vaxt tə`xirə düşməz, əgər bilsəydiniz». Nuh dedi: «İlahi, mən öz qövmümü gecə-gündüz sənin tərəfinə də`vət etdim. Amma, mənim də`vətim onlara haqdan qaçmaqdan başqa bir şey vermədi. Mən onları də`vət edirdim ki, Sənə iman gətirsələr, Sən onları bağışlayarsan, onlar (məni eşitməsinlər deyə) öz barmaqlarını qulaqlarına tutur, paltarlarını başlarına çəkirdilər və müxafilətçilikdə möhkəm dayanıb, olduqca təkəbbür edirdilər. Sonra mən onları uca səslə sənin fərmanının itaətinə də`vət etdim, aşkar və gizli şəkildə tövhid və iman həqiqətini onlar üçün bəyan etdim. Mən onlara dedim: «Öz allahınızdan bağışlanmaq istəyin. O çox bağışlayandır. O, səmanın bərəkətli yağışlarını bir-birinin ardınca sizə göndərər. Sizə çoxlu mal və övladla kömək edər. Yaşıl bağlar və axan çayları sizin ixtiyarınızda qoyar. Niyə siz Allahın əzəmətinə ianmırsınız? Halbuki, sizi müxtəlif mərhələlərdə yaratdı. Bilmirsiniz Allah-təala yeddi səmanı necə bir-birinin üzərində yaradıb. Ayı səmanın ortasında aydınlıq vasitəsi və günəşi yanar çıraq etmişdir. Allah sizi bir ot kimi yerdən bitirdi. Sonra yenə sizi həmin yerə qaytaracaq və yenidən çıxacaqsınız. Allah yeri sizin üçün geniş döşənəcək etdi ki, geniş yollarla və onun dərələrilə keçib, istədiyiniz yerə gedəsiniz».

Nuh (ə) sonra onların hidayətindən ümidsiz halda dedi: «İlahi, onlar mənə itaətsizlik göstərdilər və mal və övladları onlara ziyandan başqa bir şey verməyən insanlardan itaət etdilər. Yolunu azmış bu rəhbərlər böyük məkr işlətdilər və dedilər: «Allahlarınızdan və bütlərinizdən əl çəkməyin! Xüsusilə Vüdd, Süva`, Yəğus, Yə`uq və Nəsr bütlərini buraxmayın! Onlar çoxlu insanları yolundan azdırdılar. İlahi, zalımlara azğınlıqdan başqa bir şey vermə!»

Nəhayət onların hamısı günahlarının hesabına qərq olub, cəhənnəm oduna düşdülər və özlərinə Allahdan başqa köməkçi görmədilər. Nuh (ə) dedi: “İlahi, kafirlərin heç birini yer üzündə qoyma! Çünki, əgər onlar qalsalar, sənin bəndələrini yoldan çıxaracaqlar və onlardan günahkar və kafir nəsildən başqa bir şey törəməyəcəkdir. İlahi! Məni, mənim ata və anamı, evimə imanla daxil olan insanları və bütün kişi və qadın mö`minləri bağışla və zalımlara həlakət və məhv olmaqdan başqa bir şey vermə!”1 (Qeyd)


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin