Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə3/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   2   3   4   5   6   7   8   9   ...   187

YER


Həmin müddətdə yerdə olan dəniz dalğaları və tufanlar sakitləşdi. Vulkanların çoxu söndü. Meşələr böyüdü, sıxlaşaraq heyvan və quşlarla doldu. Bulaqlar saf su ilə qaynadı, çaylar axdı. Şimal küləkləri buludları susuz yerlərə tərəf çəkirdi və sel yağışları susuz və otsuz səhraları diriltmək üçün yağırdı.

Uzaq məsafədən yerə baxdıqda fəzada günəşin ətrafına fırlanan və bunun nəticəsində də fəsillər əmələ gələn kürə şəklində yer görünür. Yayın ardınca payız, payızın ardınca qış, qışdan sonra isə bahar gəlir. Yer yaşıllaşır, bitkilər və meşələr daha təravətli və yaşıl olurlar. Gözəl çaylar axır, bulaqlar saf və sərin sularla qaynayır. Yer öz ətrafına fırlanır, gecə və gündüz yaranır.

Gündüzlər quş və heyvanlar yuxudan oyanır və hər biri öz yeminin ardınca gedirdi. Ceyranlar meşələrdə qaçışırdı, dağ keçiləri isə dağların başında. Kəpənəklər bağ və bostanlarda qanad açır gül və gül-çiçəklər axtarırdılar. Yırtıcı heyvanlar meşələrdə nərə çəkirdilər.

Bitkilər inkişaf edərək artırdı. Buna görə də yer həyat və yaşıllıqla dolu olurdu. Ağaclar meyvə ilə dolurdu.

Qoyun və çəpişlər yırtıcılardan qorunmaq üçün mağaralara çəkilirdilər. Hər şey Allahın yaratdığı kimi öz xətti ilə gedirdi.

Yer çox gözəl görünürdü; rəngarəng, dənizin mavi rəngi, otlarla örtülmüş meşə və təpələrin yaşıllığı, səhraların qəhveyi və buğdayı rəngi, qarların ağlığı və səhər vaxtı günəşin qırmızı rəngli şəfəqləri.

Yer həyatla, quş və heyvanlarla, meşə və bitkilərlə, gül və kəpənəklərlə dolu idi. Amma, hələ insandan bir xəbər yox idi.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin