Səhər oldu. Günəş çıxdı. Amma, Sədum şəhərindən heç bir əsər qalmamışdı. Şəhər xarabalığa, yanmış daş və duz topalarına çevrilmişdi. Hər şey yanmış və külə dönmüşdü. Çünki, Sədum camaatı yerdə fəsad və pisliklərlə məşğul olub, bütün gözəllikləri də xarabalığa çevirmişdilər. Ailə əlaqələrini və öz pak fitrətlərini dağıtmışdılar. Gözəl əxlaqı buraxıb, donuz kimi yaşayırdılar. Onların həyatı bütünlüklə çirkinlik və fəsaddan ibarət idi. Bu işlər onların yerli adət-ənənələrinə çevrilmişdilər. Ona görə də Allahın qəzəbi onları tutdu, səma onlara alov və möhkəm daşlar yağdırdı. Sədum şəhərinin qalıqları yanmış daş və duzla dolu dəhşətli bir yer olaraq indiyə qədər də qalmaqdadır.