QURBANLIQ Həzrət İsmayılın əhvalatı
İbrahim (ə) İraq torpaqlarından köçdü. Yoldaşı Sara və xalası oğlu Lutu da özü ilə apardı. Onlar Qibtlilər ölkəsinə çatdılar. Oranın padşahı Xəlilur-Rəhmanın (İbrahim (ə) peyğəmbərin) həyat yoldaşına ehtiram etmək üçün Saraya Hacər adlı cavan bir kəniz hədiyyə etdi.
İbrahim (ə) Fələstinə yollandı. Yolun üstündə Ölü dənizin sahillərində yerləşən Sədum şəhərinə çatdıqda İbrahim (ə) Luta göstəriş verdi ki, o şəhərdə qalsın və oranın əhalisini Böyük Allaha ibadət etməyə çağırsın. Amma, İbrahim (ə) həyat yoldaşı Sara və cavan kəniz Hacərlə birgə Fələstin torpaqlarına gedən yolunu davam etdirdi.
İbrahim (ə) orada dağ təpəliklərin əhatə etdiyi gözəl bir yerə çatdı. Elə oradaca sakin oldu. Min illər bundan öncə həmin tarixdən başlayaraq İbrahim, bu gün Əl-Xəlil şəhəri adlanan həmin yerdə yaşamağa başladı. O həzrət həmin geniş yerdə çadırlarını qurdu və sakitcə otlasınlar deyə, heyvanlarını buraxdı.
O yer karvan yolunun üstündə idi. Ona görə də yolçuların çoxu ora gedir və onun yanında dadlı su və ləzzətli yemək yeyirdilər. Orada lütf, ehsan, bəxşiş və gözəl davranış görüb, İbrahim (ə) peyğəmbərin hikmətli sözlərinə qulaq asırdılar. İbrahim (ə) qonaqları ilə söhbət edirdi və insanların yalnız yeganə və şəriksiz Allaha ibadət etmələrinə çalışırdı. Çünki, ondan başqa bir Allah yoxdur.
Günlər və illlər ötdü. İnsanlar bildilər ki, İbrahim (ə) saleh və səxavətli bir kişidir. Onun xoş əxlaqını, ehsan və qonaqpərvərliyini bilib, ləyaqət, ibadət, təqva, xeyirxahlıq və insansevərliyinə bələd oldular.
Dostları ilə paylaş: |