Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə5/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   2   3   4   5   6   7   8   9   ...   187

ŞEYTAN – İNSANIN DÜŞMƏNİ


Şeytan mələklərin yanından qovuldu. Onun kimliyi ilk imtahanda aydın oldu. Onun özünü bəyənməsi və təkəbbürü göründü. O, lə`nətlənmiş və qovulmuş bir mövcuda çevrildi. Odur ki, daha mələklərin arasında ona yer yox idi.

Şeytan bütün vücudu ilə Adəm (ə) və Həvvaya kin bəsləyir və paxıllıq edirdi. O hər an Adəm (ə) və Həvvanı aldadıb, cənnətdən qovdurmaq barədə fikirləşirdi. Öz-özünə dedi: “Onları necə aldatmağı yaxşı bilirəm. Bilirəm ki, onlar mənim vəsvəsələrimə qulaq asacaqlar. Onları bu ağacdan yeməyə təhrik edəcəyəm. Onda Adəm yazıq və özüm kimi bədbəxt olacaqdır. Allah onu cənnətdən qovacaq və Həvva da Adəmin gününə düşəcəkdir“.


AĞAC


Şeytan Adəm (ə) və Həvvanın yanına gəldi. Onlara vəsvəsə edib, aldatmaq məqsədilə dedi:

-Siz cənnətin bütün ağaclarını görmüsünüzmü?

Adəm (ə) dedi:

-Hə, görmüşük və onların meyvələrindən də yemişik.

Şeytan dedi:

-Nə faydası?! Siz əbədiyyət ağacının meyvəsindən yeməmisiniz. O ağac, əbədi həyat və mülk ağacıdır. Əgər o ağacın meyvələrindən yesəniz, hər ikiniz cənnətdə iki mələk formasına düşəcəksiniz.

Həvva Adəmə (ə) dedi:

-Gəl əbədiyyət ağacının meyvəsindən yeyək.

Adəm (ə) dedi:

-Allahımız bu ağaca yaxınlaşmağı bizə qadağan etmişdir.

Şeytan onları aldadaraq dedi:

-Əgər bu əbədiyyət ağacı olmasaydı, Allah sizə qadağan etməzdi. Əgər iki mələyə çevrilməyəcəkdinizsə, onda Allah buyurmazdı ki, bu ağaca yaxınlaşmayın. Mən sizi nəsihət edirəm ki, bu ağacdan yeyin. Əgər belə etsəniz, iki mələyə çevriləcəksiniz və heç vaxt ölməyəcəksiniz. Siz əbədi qalacaq və həmişəlik olaraq bu cənnətin ne`mətlərindən bəhrələnəcəksiniz.

Adəm (ə) yoldaşına dedi:

-Mən necə öz Allahımın sözündən çıxım?! Yox! Yox!

Şeytan dedi:

-Tələsin! Gəlin o ağacı sizə göstərim. O ağac cənnətin ortasında yerləşir.

Şeytan yola düşdü. Adəm (ə) və Həvva da onun ardınca getdilər. Şeytan təkəbbür və qürurla addımlayırdı. O həmin ağacı göstərib dedi:

-Həmin ağac budur. Görün nə qədər gözəldir! Meyvələrinə baxın. Necə də ürəkaçandır.

Həvva baxdı. Adəm (ə) də baxdı. Həqiqətən çox görməli və cəlbedici idi. Qəşəng meyvələri vardı. Buğdaya oxşar bir ağac idi, amma, cürbəcür meyvələri, alma və üzümü də var idi. Şeytan dedi:

-Niyə ondan yemirsiniz? Mən and içirəm ki, sizin xeyrinizi istəyirəm. Sizə məsləhət görürəm ki, bu ağacın meyvələrindən yeyin.

Şeytan Adəm (ə) və Həvvaya and içdi ki, onların xeyrini və əbədiliyini istəyir. Bu dəhşətli anda Adəm (ə) öz Allahını unutdu. O, Allahla bağladığı əhd-peymanını yaddan çıxartdı. Öz-özünə fikirləşdi ki, həmişə Allahı yad edər və eyni zamanda əbədi olaraq ömür də sürə bilər. O həyəcanlı anlarda Həvva əlini uzadıb, ağacın meyvəsindən dərərək yedi. Həqiqətən ləzzətli və gözəl idi. O, meyvələrdən Adəmə (ə) də verdi. Adəm (ə) öz əhd-peymanını unudaraq onları yedi.

İş bu yerə çatdıqda Şeytan qaçdı və öz hiyləgərsəsinə səsi ilə qəhqəhə çəkərək güldü. Həqiqətən o, Adəm (ə) və Həvvanı aldadaraq qələbə çalmışdı.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin