Hİcrət
Allah-təala İbrahimə İsmayıl adlı övlad bəxş etdi. O, sevməli uşaq idi. Atasının ürəyini sevinc və şadlıqla doldurmuşdu. Atası onu qucağına alır və öpürdü. İsmayıl bəzi vaxtlarını anası Hacərin çadırında keçirirdi.
Saleh qadın olan Sara İbrahimi (ə) çox sevirdi. Onu sevindirmək istəyirdi. Amma, Hacərə həsəd apardı. Çünki, Hacər övlad sahibi olmuşdu. Amma, Sara hələ də övladdan məhrum idi.
Sara istəmirdi ki, həsəd aparmaq onun qəlbini içəridən sarsıtsın. O, bununla Hacərə nifrət etmək, ona kin bəsləmək istəmirdi. Ona görə də əri İbrahimə dedi ki, mən bundan sonra Hacəri görmək istəmirəm. Çünki, Hacəri gördükdə ona həsəd aparırdı. O, bu işin vasitəsilə cəhənnəm odunda yanmaq istəmirdi.
Mehriban Allah öz bəndələrinə qarşı mehribandır. Sara övlad sarıdan bəhrəsiz idi. O, yoldaşı İbrahimə iman gətirməyinə görə köçməyin əzab və çətinliyinə və bu illər ərzində çox şeyə dözmüşdü. Onun hələ də öz rəbbinə və onun peyğəmbəri olan İbrahimə imanı vardı.
Dostları ilə paylaş: |