Kəbə - tÖvhİd nİşanəsİ
Allah İbrahimə fərman verdi ki, tövhid nişanəsi və Allaha ibadət üçün bir yer olacaq ev və məscid düzəltsin. İbrahim (ə) oğluna dedi:
-Allah mənə əmr etmişdir ki, bu kiçik təpənin başında onun evini düzəldim. Allahın evini düzəltmək üçün İbrahim (ə) öz Allahının fərmanına, İsmayıl da atası İbrahimin (ə) dəvətinə müsbət cavab verdilər. O qoca kişi və cavan İsmayıl ayağa qalxmalı və bu mühüm tapşırığı yerinə yetirməli idilər. Onlar öncə ev tikmək üçün dərənin ətrafındakı dağlardan münasib daşlar gətirməli, torpaq yığmalı və evi tikmək üçün lazım olan məhlulu əldə etmək üçün ona kifayət qədər su tökməli idilər.
Beləliklə, evin tikintisi başlandı. Öncə ora dərənin yan-yörəsindəki dağlardan daşlar gətirdilər. Su üçün hovuz düzəltdilər və torpaq topladılar. Cavan İsmayıl daş gətirmək məsuliyyətini öz öhdəsinə götürdü. Binanın əsasının möhkəm olunması üçün o, möhkəm daşlar seçirdi. Çoxlu yaşıl rəngdə daş parçaları topladı. Sonra hovuzun suyunu torpaqlara tökdülər ki, yapışqan palçıq düzəltsinlər və onunla da daşları bir-birinə möhkəm yapışdırsınlar.
İbrahim (ə) yaşıl rəngli daşları bir-birinin üzərindən düzürdü ki, evin bünövrəsini qoysun. İsmayıl daşları atasının əlinə verirdi. Hər gün bir sıra daş düzür və sonrakı günü isə ikinci sıranı hörməyə başlayırdılar. Beləliklə, hər gün bina bir qədər ucalırdı və hər gün İbrahim (ə) və İsmayıl evin ətrafına yığışır və deyirdilər:
-İlahi!Bizdən qəbul et!Həqiqətən sən eşidən və bilənsən.
Kəbənin binası səkkiz metrə qədər ucaldı. İbrahim (ə) evin yuxarı küncündə boş bir yer gördü. O gecə göyün daşları parlayırdılar. Onların biri yaxınlıqdakı bir dağın zirvəsinə endi. Səhər tezdən İbrahim (ə) dərədən görünən dağa tərəf yollandı. Gözü qar kimi parlayan ağ bir daşa düşdü. Bu daş evin divarının boş yeri qədərində idi. Ona görə də İbrahim (ə) o daşı götürüb, evin boş yerinə yerləşdirdi. Evin tikintisi sona çatdı; Allahın hörmətli evinin, yeganə və şəriksiz Allahın ibadət olunduğu ilk evin.
Kəbənin şərqə və qərbə açılan iki qapısı vardı. İbrahim (ə) bir qədər İzxir adlanan ətirli otdan yığıb, onun qapısının ağzına qoydu. İsmayılın anası Hacər gəlib, Kəbə üçün bir örtük hədiyyə etdi.
Dostları ilə paylaş: |