Бисмиллаһир-рәҺМАНир-рәҺИМ


«Mən İkİ qurbanlığın oğluyam»



Yüklə 2,29 Mb.
səhifə58/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   54   55   56   57   58   59   60   61   ...   187

«Mən İkİ qurbanlığın oğluyam»


Bilirsinizmi bu cümlənin müəllifi kimdir? Bu söz Həzrət Məhəmməd (s) peyğəmbərin sözüdür. Niyə? Çünki, o həzrət İsmayıl peyğəmbərin nəslindən idi.

İsmayıl o diyarda yaşayaraq evləndi və oğul-uşaq sahibi oldu. Onun nəvələrindən biri peyğəmbərimizin babası Əbdül-Müttəlibdir. Zəmzəm quyusunu qazan odur. Həbəşstan ordusu Kəbə evini dağıtmaq üçün onun zamanında Məkkəyə hücum etdi. Əbdül-Müttəlib Allah-təaladan istədi ki, Kəbə evini düşmənlərin şərindən qorusun. Allah İbrahimin (ə) və İsmayılın nəvəsinin duasını qəbul etdi və Əbabil adlı quşlar göndərdi. Onlar həbəşstanlı Əbrəhənin ordusunu bombaran edərək, dağıtdılar. Əbdül-Müttəlib Allahdan istədi ki, ona on oğul əta etsin. O nəzir etdi ki, əgər on oğulu ona versə, onların birini Allah üçün qurban edəcəkdir. Allah-təala Əbdül-Müttəlibə on oğul əta etdi. O dedi:

-İndi ki, Allah öz lütfü ilə mənə on oğul verdi, mən də öz nəzrimə əməl edəcəyəm.

Buna görə də on oğul arasında püşk atdı. Püşk Həzrət Məhəmməd peyğəmbərin (s) atası Abdullahın adına çıxdı. Əbdül-Müttəlib nəzrinə vəfa etmək üçün onu qurban kəsmək istədi. Məkkə camaatı Abdullahı çox istəyirdilər. Ona görə də Əbdül-Müttəlibə təklif etdilər ki, övladını qurbanlıq etmə! Onunla dəvə arasında püşk at və o dəvələri Allah yolunda qurbanlıq et. Allah bu işdən razı olar.

Beləliklə, Əbdül-Müttəlib Abdullah ilə on dəvə arasında püşk atdı. Amma, püşk yenə də Abdullahın adına çıxdı. Bu işi dəfələrlə təkrar etdi və nəhayət dəvələrin sayı yüzə çatdı. Bu zaman püşk dəvələrə düşdü. Həqiqətən Allah onun əvəzində dəvələrin kəsilməsinə razı olmuşdu.

Əbdül-Müttəlib əmr etdi ki, yüz dəvəni qurbanlıq etsinlər. Onların ətini kasıb və yoxsullar arasında bölsünlər. Abdullah az qalırdı ki, qurban kəsilsin, Amma, Allah-təala onun yüz qurbanlıq dəvə ilə dəyişməsinə razı oldu. İsmayılda olduğu kimi. Allah-təala onun əvəzinə də böyük bir qurbanlıqla razı olmuşdu. Ona görə də Həzrət Məhəmməd peyğəmbər (s) buyurmuşdur:«Mən iki qurbanlığın oğluyam». Çünki, o, Əbdül-Müttəlibin oğlu Abdullahın oğludur. Abdullah da İsmayıl Zəbihullahın nəvələrindəndir. Bu gün insanlar hər il həcc mərasim yerinə yetirmək üçün Məkkəyə gedən zaman hamılıqla saleh cavan olan, Allah və Allahın peyğəmbərinə itaət edən İsmayılın sərgüzəştini yada salırlır.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin