Bİsmİllahİr-rəhmanİr-rəhİm
Onun ardıcıllarından biri İbrahim (ə) idi. Yadına sal o zamanı ki, pak qəlblə Allahının dərgahına gəldi. O zaman atasına və öz qəbiləsinə dedi:
-Bunlar nədir ki, ibadət edirsiniz. Siz Allahın yerinə bu yalançı məbudlara tərəfmi gedirsiniz? Siz Aləmlərin Rəbbi haqqında nə düşünürsünüz?
Sonra ulduzlara baxdı və dedi:
-Mən xəstəyəm.
Onlar ondan üz döndərib, arxa çevirdilər. O, bütxanaya girdi. Məxfi şəkildə onların məbudlarına baxdı və məsxərə ilə dedi:
-Niyə bu yeməklərdən yemirsiniz? Niyə danışmırsınız?
Sonra onlara tərəf gedib, sağ əli ilə möhkəm bir zərbə endirdi.
Onlar (camaat) sürətlə onun yanına gəldilər. Dedi:
-Siz öz əllərinizlə yonduğunuz şeylərə ibadətmi edirsiniz? Bir halda ki, Allah həm sizi və həm də düzəltdiyiniz bütləri yaratmışdır. Bütpərəstlər dedilər:
-Onun üçün hündür bir yer düzəldin. Onu oddan bir cəhənnəmə atın!
Onlar İbrahimi (ə) məhv etmək üçün plan çəkmişdilər. Amma, biz onları uduzdurub, məğlub etdik. Dedi:
-Mən Allahıma tərəf gedirəm. O, məni hidayət edəcəkdir.
İlahi! Mənə saleh övlad ver.
Biz ona səbirli və dözümlü bir cavanın olacağını müjdə verdik. Onunla səy və iş məqamına çatdıqda dedi:
-Oğlum! Mən yuxuda gördüm ki, sənin boynunu vururam. Fikrin nədir?
Dedi:
-Atacan! Nəyə əmr olunmusansa yerinə yetir. İnşaallah mənim səbir edənlərdən olduğumu biləcəksən.
Hər ikisi təslim olduqları zaman İbrahim (ə) onun alnını torpağa qoydu. Ona nida etdik:
-Ey İbrahim! Sən yuxunu həyata keçirtdin və öz tapşırığına əməl etdin.
Biz yaxşı iş görənləri beləcə mükafatlandırırıq.1 (Qeyd)
Dostları ilə paylaş: |