Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə6/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   2   3   4   5   6   7   8   9   ...   187

Yerə enmək


Adəm (ə) və Həvva o ağacın meyvəsindən yeyən anda çox qəribə bir hadisə baş verdi. Onların cənnət geyimləri əyinlərindən çıxdı və hər ikisi çılpaq qaldılar. Bədənlərinin eyibi göründü.

Orada enli yarpaqlı əncir və banan ağacları da var idi. Adəm (ə) və Həvva onlara sığındılar. Onlar bir-birlərindən utandılar. Əncir və banan yarpaqlarından özlərini örtmək üçün paltar düzəltmək istədilər. Peşimanlıq, qorxu və xəcalət hissi keçirirdilər. Çünki, günah etmişdilər. Allahın sözünü eşitməyib, Şeytanın sözünə qulaq asmışdılar. Şeytan isə onları eləcə buraxaraq çox uzaq bir nöqtəyə qaçmışdı.

Adəm (ə) və Həvva onları çağıran bir səs eşitdilər. O səs Allah-təalanın səsi idi. O buyururdu:

-Mən sizi bu ağaca yaxınlaşmaqdan çəkindirmədimmi? Mən sizə demədimmi ki, Şeytan sizin düşməninizdir, ona aldanmayın?

Adəm (ə) günah etdiyi üçün ağladı. Həvva da ağladı. Kaş onlar Şeytanın sözünə qulaq asmayaydılar!

Onlar peşiman olaraq Allahın qarşısında başlarını aşağı salıb, dedilər:

-İlahi! Biz tövbə edib, sənə doğru qayıdırıq. Bizim tövbəmizi qəbul et və günahlarımızı bağışla!

İlahi, biz özümüzə zülm etdik. Əgər sən bizi bağışlayıb, rəhm etməsən özün zülm edənlərin dəstəsindən olacağıq.

Adəm (ə) öncədən bilirdi ki, tövbə və peşimanlıq günahları yuyur. Ona görə də tövbə etdi və Allahın dərgahına münacat elədi. Allah öz bəndələrinə qarşı mehribandır. Buna görə də onun tövbəsini qəbul etdi. Amma, bu ağacın meyvəsindən yeyən və Allaha günah edən şəxs cənnətdən çıxmalı və günahından paklanmalı idi.

Allah-təala buyurdu:

-Yerə enin! Sizinlə Şeytan arasında düşmənlik davam edəcəkdir. O, həmişə sizi aldatmağa çalışacaq. Amma, mənim əmrimə qulaq asan və sözlərimə əməl edən şəxsi yenidən cənnətə qaytaracağam. Yalan deyib, kafir olanların taleyi isə Şeytanın taleyi kimi olacaqdır.

Allah-təala buyurdu:

-Enin! Sizin bə`ziniz bə`zilərinizə düşmən olacaqdır. Yer, ölənə kimi sizin məskəniniz olacaqdır. Onda yaşayın, onda ölün və qiyamətə ordan qalxın. Hamınız cənnətdən çıxın! Yerdə mənim tərəfimdən sizə yol göstərənlər gələcəkdir. Mənim dediklərimə tabe olan nə yolundan sapar və nə də bədbəxt olar! Kim məndən üz çevirsə, onun həyat və yaşayışı çətinləşər, qiyamətə isə kor halda gələr.

Beləliklə, Adəm (ə) və Həvva yerdə yaşamağa layiq görüldülər. Adəmin (ə) bədəninin eyibləri göründü... O, yer üzərində Allahın canişini olmağa, onu abad etməyə, yerdə sakin olmağa və fəsaddan uzaqlaşmağa hazır oldu. Buna görə də mələklər ona səcdə etdilər. Mələklər təsəvvür edirdilər ki, Adəm (ə) yerdə fəsad və zülmkarlıqla məşğul olub, qan tökəcəkdir. Amma, Adəm (ə) mələklərin xəbərsiz olduqları bə`zi məsələləri bilirdi. O, bütün adları bilirdi.

Mələklər azadlıq, iradə və tövbə anlamırdılar, günah tanımırdılar. Bilmirdilər ki, günaha batan insan, öz günahını islah edib, tövbə etməyi yaxşı bacarır. Ona görə də Allah Adəmi (ə) yaratdı ki, yer üzərində onun canişini olsun.

Allahın sonsuz qüdrəti ilə qəfildən Adəm (ə) və Həvva yerə endilər. Şeytan da endi. Onların hər biri yerin müxtəlif bölgələrinə düşdülər. Adəm (ə) Şri-Lanka adasında bir dağın zirvəsinə, Həvva isə Məkkə torpaqlarında olan Mərvə dağına düşdü. Şeytan isə ən alçaq quru bir nöqtəyə endi: Bəsrədə körfəz sularının yaxınlığında şoranlıq bir çölə.

Beləliklə yerdə insan həyatı başlandı. Qarşıdurma və keşməkeşlər yarandı. Şeytanla insan arasında mübarizənin bünövrəsi qoyuldu.

Bizim ata və anamız olan Adəm (ə) və Həvva yerə endikdə orada çoxlu heyvanlar yaşayırdılar. Lakin, onlar min illər ərzində yığılmış buz qatlarına dözə bilməyib, tələf olmuşdular. Mamut adlı filə oxşayan bir heyvan var idi, lakin, dərisi yunla örtülmüşdü. Bu heyvan Sibirdə kəşf olunmuşdur. Kərgədana oxşar başqa bir heyvan da var idi. Onun da bədəni yunla örtülmüşdü. O heyvan da buz və soyuğa dözə bilməyib, həlak olmuşdu.

Orada qəribə quşlar olmuşdur. Güclü pəncələrə malik olan o quşlar aradan getmişdir və onlardan heç bir əlamət qalmayıb. Allahın istəyi ilə buzlar əridi və yerin şiddətli soyuğu sona çatdı. Get-gedə istilər başlandı.

Allahın istəyi bu idi ki, Adəm (ə) və Həvva yerə ensinlər və insan orada Allahın nümayəndəsi olsun. Əkinçilik etsin, ev tiksin və bu gözəl diyarı abadlaşdırsın.


GÖRÜŞ


Mələklər Adəmi (ə) çox sevirdilər. Ona görə ki, Allah-təala onu Öz qüdrət əlləri ilə yaratmışdı. Onu çox istəyirdilər, çünki, onu Allah yaratmış və məqamını mələklərdən üstün etmişdi.

Mələklər Adəmə (ə) səcdə etdilər, çünki, bunu onlara Allah əmr etmişdi.

Adəm (ə) Allahın əmrindən çıxıb, o ağacdan yeyəndə peşiman oldu, tövbə etdi və ağlayıb, Allahın dərgahına yalvardı. Bizim mehriban Allahımız onun tövbəsini qəbul etdi və onu nümayəndə kimi yerə göndərdi.

Yer insan üçün imtahan dünyasıdır. Görəsən o, Allaha ibadət edəcək, yoxsa Şeytanın sözünə baxacaqdır?!

Mələklər Adəmi (ə) sevirdilər. Onun xeyir və səadətini istəyirdilər. Onlar istəyirdilər ki, Adəm (ə) yenidən cənnətə qayıtsın. Amma, Şeytan Adəmi (ə) xoşlamırdı. O, insan məxluqunu sevmirdi. Ona kin bəsləyirdi. Ona görə də Adəmə (ə) paxıllıq edərək səcdə etmədi və Allahın qarşısında lovğalandı; o, Adəmi (ə) aldatdı. Onu səhvə vadar etdi və Adəm (ə) həmin ağacın meyvəsindən yedi.

Şeytan insanı xoşlamır. Bütün varlığı ilə ona düşməndir və onun bədbəxtçiliyi üçün çalışır. O, insanı cəhənnəm oduna çəkmək istəyir.

Adəm (ə) yerə endi. Həmişə Allaha səcdə edir və günah etdiyi üçün dərin peşimançılıq hissi keçirirdi. Allah onun tövbəsini qəbul etdi. Onu bağışladı və beləliklə Adəm (ə) günahdan paklandı.

Adəm (ə) yoldaşı Həvvanı yadına saldı. Onu çox sevirdi. Onunla olanda şad və xoşbəxt idi. Amma, indi onun harada olduğunu bilmirdi. O Həvvanı tapmaq üçün axtarışa başlamalıydı.

Adəm (ə) yerdə təkbaşına yoldaşı Həvvanı axtarmağa başladı. Bir mələk ona xəbər verdi ki, Həvva bu yerdən çox uzaq bir məkanda yerləşir. O səni gözləyir və qorxu içində yaşayıb, səni axtarır. Əgər bu istiqamətdə hərəkət etsən mütləq onu görəcəksən.

Adəm (ə) ümidvar olub, Həvvanı axtarmaq üçün yola düşdü. Uzaq məsafələri qət etdi. O ayaqyalın yol gedirdi. Acanda çöl bitkilərindən yeyir, axşam düşəndə isə qorxaraq münasib bir yerdə yatırdı. O uzaqdan gələn heyvan səslərini eşidirdi.

Adəm (ə) gecə-gündüz yol gedərək Məkkəyə çatdı. Ürəyində Həvvanı tapacağını hiss etdi. Çoxlu dağları bir-birinin ardınca arxada qoyurdu.

Həvva da gözləyirdi. Dağların başına çıxıb, üfüqlərə baxır, Amma, heç bir şey görmürdü.

Bir gün Həvva ətrafa baxarkən uzaqdan gələn bir qaraltı gördü. Bildi ki, Adəmdir (ə). Çünki, Həvvanın özünə bənzəyirdi. Həvva dağdan endi. Qaça-qaça Adəmə (ə) tərəf getdi. Çox şad və ümidvar idi. Adəm (ə) də uzaqdan Həvvanı gördü. Qaça-qaça Həvvaya tərəf getdi. Həvva da Adəmə (ə) doğru qaçırdı.

Görüş Ərəfat adlı bir dağın yanında baş verdi. Adəm (ə) və Həvva hər ikisi şövqdən ağlayırdılar. Aydın səmaya baxır və onları bir daha qovuşdurduğu üçün böyük Allaha şükr edirdilər.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin