Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə60/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   56   57   58   59   60   61   62   63   ...   187
    Bu səhifədəki naviqasiya:
  • Hİylə

Ey doğru danışan!

Həzrət Yusİfİn (ə) əhvalatı


İbrahimin (ə) bərəkətli ömrü yüzə çatdı. Yoldaşı Saranın da yetmiş yaşı vardı. Onlar qocalmışdılar. Onlar hələ də övlad sarıdan sonsuz idilər. İsmayılın on dörd yaşı vardı və o, Məkkədə yaşayırdı. İbrahim (ə) il ərzində bir dəfə onu görməyə gedirdi. Siz əzizlər xatırlayırsınızsa Lutun əhvalatında onu fasid əhalisi olan şəhərdən xilas etmək üçün üç qonağın o diyara gəlişindən söhbət açmışdıq və əgər yadınızdadırsa, onlar öncə İbrahimin (ə) yanına gəlmişdilər. İbrahim (ə) Lutun camaatının etdiyi işlərə və onları gözləyən acı taleyə görə nigaranlıq hissi keçirmişdi. Allah-təala İbrahimin (ə) qəlbini şad etmək üçün ona Saradan bir övladı olacağını xəbər verdi; İshaq adlı bir övlad. O, gələcəkdə ilahi peyğəmbərlərdən biri olacaqdı və İshaqdan da bir övlad dünyaya gələcəkdi. O da peyğəmbər olub, böyük məqama çatacaqdı. Sara bu müjdəni eşidib, təəccübə gəldi və dedi:

-Mən qocalmışam. Necə məndən uşaq doğula bilər? Ərim də qoca bir kişidir. Bu iş çox təəccüblüdür.

Mələklər dedilər:

-Allahın işinə təəccüb etmə! Həqiqətən Allah hər şeyə qadirdir.

Beləliklə o möcüzə baş verdi. Doxsan yaşlı bir kişi və qoca qarının bir övladı dünyaya göz açdı. O, İshaq peyğəmbər idi; pak fitrətli və dəyərli bir insan.

İbrahim (ə) İshaqın doğulmasına çox sevindi. Çünki, onun nəslindən çoxlu peyğəmbərlər yaranacaqdı və hamısı insanlara tövhid, yeganəpərəstlik və nur risalətinin bayraqdarı olacaqdılar.

İshaq böyüdü və İbrahimin (ə) peyğəmbərlik əmanətini öhdəsinə aldı. Allahın risalətini öhdəsinə götürdü və onun təbliğində bütün peyğəmbərlər kimi əmanətdar oldu.

Mələklərin müjdəsi həyata keçdi və Allah İshaqa Yəqub adlı bir övlad əta etdi. Allah-təala İbrahimin (ə) ailəsinə çoxlu bərəkət verdi.

Yəqub da peyğəmbərliyə çatdı və Allahın əmanətini öhdəsinə alıb, onu yerinə yetirmək üçün ayağa qalxdı. Yəqub evləndi və Allah ona Şəmun, Lavi, Rubil, Yəhuda, Yəsakir, Zəbulun, Dan, Nəftali, Cad və Əşir adlı on oğul əta etdi. Ondan sonra Yəqub xalası qızı Rahilə ilə evləndi və ondan da iki övlada sahibi oldu: Yusif və Benyamin. Beləliklə, Yəqubun on iki oğlan övladı oldu.

İbrahimin (ə) sülaləsi Fələstin torpaqlarında yaşayırdılar. Ora təmiz və səfalı bir yer, bitkilər, otlaqlar və zeytun ağacları ilə dolu olan bir diyar idi. Yəqub da atası İshaq və babası İbrahim (ə) Xəlilür-Rəhman kimi səxavətli və bağışlayan bir insan idi. Yoxsullara kömək, qonaq və qəriblərə qulluq edirdi. Ona görə də Yəqub hər gün bir qoyun kəsirdi. Onun ətindən yoxsullara yemək verirdi. Özü və ailəsi də ondan yeyirdilər.

Orada saleh bir kişi yaşayırdı. Adı Dəmyal idi. O, çox yoxsul və kasıb bir insan idi. Təsadüfən həmin gün oruc idi. Öz iftarı üçün də yeməyə bir şeyi yox idi. Yəqubun onun üçün yemək göndərməsini gözləyirdi.

Yəqub adəti üzrə bir qoyun kəsdi. Ətini yoxsullara payladı, özü və övladları da ondan yedilər. Onlar həmin gecəni tox yatdılar.

Amma, kasıb Dəmyal ac yatdı. O, sonrakı gün üçün də oruc niyyəti etdi. Dəmyal o gün oruc olmuş və şama heç bir şey yeməmişdi. Aclıq onu çox incidirdi. Ac yatdı. Aclığın narahatlığına dözərək yatdı. Həmin gecə min illər bundan əvvəl baş verən həyacanlı əhvalatın hadisələri yaşandı.

YUXU


Yusifin doqquz yaşı vardı. Gözəl imanlı bir yeniyetmə idi. Gözlərindən nur parlayırdı. Ürəyi paklıq və xeyirxahlıqla dolu idi. Gözəlliyi üzündə və işıqlı gözlərində aydın idi. Ona görə də atası onu çox sevirdi. Övladlarının heç birini onun qədər sevmirdi. Yəqub Yusifin çöhrəsində peyğəmbərlik nuru görürdü və öz-özünə deyirdi: Yəqin ki, Allah məndən sonra Yusifi peyğəmbərliyə seçəcəkdir.

Yusif gözəl idi. Amma, təkcə zahiri gözəllikdə yox. O, ruhi keyfiyyətlər və əxlaqi sifətlərdə də gözəl idi. Kimsə onu görsəydi elə bilərdi ki, göydən enən bir mələyin qarşısında durmuşudur. Ona görə də hamı onu sevirdi. Hamıdan çox atası Yəqub ona məhəbbət bəsləyirdi. Yusif şəffaf şeh damlalarına bənzəyirdi. Gözləri səma kimi işıqlı idi. Siması ulduz kimi parlayırdı. Ona görə də on qardaşı ona həsəd apardılar. Öncə ona həsəd etdilər, sonra kin və düşmənçilik bəsləməyə başladılar. Ondan sonra isə onun ölümünü arzuladılar və onun əlindən rahat olmaq üçün çoxlu planlar cızdılar.

O gecə Yusif rahat yatdı. Qardaşlarının plan və hiylələrindən xəbərsiz idi. O, təəccüblü bir yuxu gördü. O, röya aləmində gördü ki, on bir ulduz, günəş və ay hamısı ona səcdə edirlər. Maraqlı bir səhnə idi. Görəni heyrətə gətirərdi. Yusif hiss etdi ki, ulduzların, günəşin və ayın şüurları vardır və onlar öz istəkləri ilə gəlib, ona səcdə edir, təzim göstərirlər. Heyrətli bir hadisə idi. Yusifi təəccüb bürümüşdü. O hiss etdi ki, nurani səma cisimləri onun qarşısında gülümsəyərək, onu tərifləyirlər.

Bu yuxu Yusifin qəlbini işıqlandırdı, onun vücudunu silkələdi. Yusif oyandı. Onun duyğu və hissləri hələ də o yuxunun təsiri altında idi. Yuxu sanki onun qəlbini, sinəsini və bütün varlığını doldurmuşdu. Ulduzların, günəş və ayın təsviri onun üçün aydın idi. Elə bir qarşısında durmuşdular. O yuxu onun vücudunu sarsıtdı. Çünki, o, nə edəcəyini bilmirdi. Ona görə də heyran idi. Sərgərdan idi; atasının yanına gəlib dedi:

-Ata! Yuxuda gördüm ki, on bir ulduz, günəş və ay mənə səcdə edirlər. Atacan! Gördüm ki, onların hamısı toplaşıb, mənə səcdə edirlər. Hiss etdim ki, o ulduzlar nə etdiklərini bilirlər. Hiss etdim ki, onlar üzümə gülümsəyirlər. Təzim edib, qarşımda səcdə edirlər.

Yəqub Yusifin yuxusuna tamamilə qulaq asdı. Bildi ki, Yusif gələcəkdə böyük və dəyərli bir məqama çatacaqdır; çox böyük bir məqama. O, mehribanlıqla oğluna dedi:

-Oğlum! Yuxunu qardaşlarına söyləmə. Onlar sənə qarşı çıxarlar. Çünki, Şeytan insanın açıq-aşkar düşmənidir.

Oğlum! Qardaşlarını bu qəribə yuxudan xəbərdar etmə. Çünki, sənə həsəd apararlar. Şeytan onlara vəsvəsə edər.

Ey Yusif! Allah səni öz risalətini təbliğ etmək üçün seçəcəkdir. O sənə yuxu təbiri öyrədəcəkdir. Allah sənə xeyir və bərəkət nazil edəcək. Səndən qabaq ataların İbrahim (ə) və İshaqa, həmçinin Yəqubun ailəsinə əta etdiyi kimi.

Hİylə


Həsəd qardaşların qəlbində artdı. Onların Yusifə olan kinləri çoxaldı. Bəlkə yuxunu eşitmişdilər və bəlkə də atalarının ona olan fövqəl`adə məhəbbətlərini hiss etmişdilər.

Onlar hər gün heyvanları otarmaq üçün çölə gedir və yalnız bir məsələ barəsində düşünürdülər: Yusifin şərindən necə xilas olmaq olar?

Şeytan onlara vəsvəsə etdi. Öz ürəklərində olan hiylə ilə dedilər:

-Onu özümüzlə otlağa gətirib, bir dəfəlik şərindən qurtularıq.

Günlər ötürdü. Onlar zahirdə Yusif ilə dostluq edirdilər. Onun üzünə gülümsəyir, məhəbbət göstərirdilər ki, onlarla birgə otlağa gəlsin. O gözəl yaşıllıqlarda oynasın.

Yusif günahsız və pak idi. O, öz gözəl ağ köynəyi kimi təmiz idi. Buna görə də onların sözlərinə və yalançı dostluqlarına inandı. Onlarla çölə, geniş, gözəl və yaşıl torpaqlara getmək istədi. Amma, Yəqub qardaşların Yusifə olan məkr və hiylələrindən qorxur və ona getmək icazəsi vermirdi.

Bir gecə qardaşlar otlaqdan gəldilər. Yusifin üzünə gülümsəyərək, dedilər:

-Ey Yusif! O otlaq və çəmənliklər, çöl və səhralar nə qədər gözəldir! Biz çox həzz apardıq. Çox oynadıq. Niyə bizimlə gəlmirsən?

Yusif onlarla getmək istəyirdi. Amma, atasının sözünə baxırdı. Onun icazəsi olmadan heç bir iş görmürdü. Yusifin qardaşları dedilər:

-Biz atamızla danışarıq ki, icazə versin və sən bizimlə gələsən.

Yusif bu sözə sevindi. Hamısı şam süfrəsinin ətrafında oturdular. Sakitcə yeməklərini yeyirdilər. Qardaşlar öz mənalı nəzərləri ilə bir-biriləri ilə söhbət edirdilər. Onlar, hörümçək öz qorxulu evini toxuduğu kimi namərdcəsinə hiylələrini qururdular. Öncə gülümsədilər. Zahirdə Yusifə dostluq və məhəbbət göstərirdilər. Onlar atalarına dedilər:

-Ata! Niyə bizi Yusifə əmanətdar bilmirsən? Biz onun xeyrini istəyirik. Atacan! Biz Yusifi sevirik. Onu çox istəyirik.

Ata! Sabah onu bizimlə göndər ki, oynasın və ləzzət aparsın. Biz ondan muğayat olarıq. Atacan! Qoy o sabah bizimlə yaşıllıqlara və otlaqlara gəlsin. Oynasın, istirahət etsin. Biz onu qoruyarıq. Onu salamat qaytararıq.

Yəqub Yusifin qardaşları ilə getməsini istəmirdi. Çünki, onlar ona həsəd aparırdılar. Şeytan onları aldada bilərdi. Onun başına bir iş gətirə bilərdilər. Ona görə də nigaranlıqla dedi:

-Yusifi aparsanız mən darıxaram. Mən qorxuram ki, sizin başınız qarışar və Yusifi canavar yeyər.

Övladlarım, mən Yusifi sevirəm. O, hələ uşaqdır. Siz ondan xəbərsiz ola bilərsiniz. Orada çoxlu canavarlar vardır. Onu parça-parça edərlər.

Oğlanlar atalarının cavabında dedilər:

-Biz on nəfər cavanıq. Necə canavar onu yeyə bilər?! Biz güclü kişilərik, onu qoruyacağıq. Əgər biz on nəfər ola-ola canavar onu yesə, biz ziyankarıq.

Yusifin qardaşları hamılıqla and içdilər ki, Yusifi qoruyacaq və onu salamat qaytaracaqlar. Yəqub sakit qaldı və heç bir şey demədi. Onlar bildilər ki, ataları Allahın qəza və qədərinə razı olmuşdur.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin