İş və yaşayış
Yerdə yaşamaq asan deyildi. Çünki, yer cənnət deyil. Yer kosmosda fırlanan bir planetdir. Orada fəsillər dəyişir. Onun, dağ və dərələri qarla örtən soyuq qışı, isti və yandırıcı yayı vardır. Onun yarpaqları tökən və ağacları quru budaqlara bənzədən payızı vardır. Sonra bahar gəlir. Yer yaşıl və səfalı olur.
Adəm (ə) cənnətin gözəl yaşayışı barədə fikirləşirdi. Adəm (ə) ağlayırdı. O, yenə də cənnətə və oradakı xoş həyata qayıtmaq istəyirdi.
Onlar yaşamaq üçün yerin gözəl bir nöqtəsini seçdilər. Orada quruda bitən bə`zi bitkilər və müxtəlif meyvəli ağaclar vardı.
Cənnətin gözəl və şad günləri sona çatdı. Orada nə isti və nə soyuq vardı. Orada aclıq və yorğunluq da yox idi. İndi Adəm (ə) və Həvva çalışmalı və işləməlidirlər. İndi onlar özlərini qarşıdan gələn qışa və onun soyuq küləklərinə hazır etməlidirlər. Onlar ağac budaqlarından düzəltdikləri evi tikib qurtarana qədər mağarada yaşamalı idilər.
Adəm (ə) həmişə çalışıb, zəhmət çəkirdi. Gündüzlər işləməkdən tərləyirdi. Onlar acından ölməmək üçün əkinçilik etməli, öz məhsullarını biçməli, un üyütməli, xəmir yoğurmalı və sonra özləri üçün iki tikə çörək bişirməli idilər. Onlar arxada qalan xoş günlərini yada salır və yenidən cənnətə, onları yaradan Allahın yaxınlığına qayıtmaq istəyirdilər.
Onlar öz günahlarını yada salıb, ağlayır və Allahdan bağışlanmaq diləyirdilər. Beləliklə onların yaşayışı iş, ibadət və övladlarının gələcəyi barədə fikirlə keçirdi.
Günlər ötdü. Həvvadan bir qız və bir oğlan doğuldu. Sonralar o, yenidən bir oğlan və bir qıza sahib oldu. Beləliklə yer üzərində sakin olan insanların sayı altı nəfərə çatdı. Adəm (ə) və Həvva övladları olduğu üçün çox sevinirdilər. Onların övladları günbəgün böyüyürdülər.
Onlar böyüyüb, cavanlıq yaşına çatdılar. Qabil və qardaşı Habil həmişə ataları ilə çölə gedər və ondan işləmək öyrənərdilər: yer şumlamaq, qoyun otarmaq. Eqlima və Luza isə ev işlərində, aşpazlıqda, ev süpürməkdə və dərzilikdə analarına kömək edirdilər. Yaşamaq iş və zəhmət tələb edirdi.
Günlər və illər beləcə ötürdü.
Dostları ilə paylaş: |