Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə77/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   73   74   75   76   77   78   79   80   ...   187

Mən Yusİfəm


Aldıqları buğda qurtardı. Yə`qubun evinə qəm-qüssə çökdü. O, üç övladını əldən vermişdi: Yusif, Benyamin və Misirdə qalmış böyük oğlu. Ona görə Yə`qub onlara tapşırdı ki, ərzaq məhsulu əldə etmək üçün gedərkən Yusifi və qardaşını da axtarsınlar.

Qardaşlar Misrə yollandılar. Bu səfərdə azca gümüşdən başqa heç bir şeyləri yox idi. Amma, qardaşları Benyamini gətirmək üçün getdilər.

Misrə çatdıqda keçən səfərdəki hadisəyə görə heç kəs onları qəbul etmədi. Buna görə də Benyamini saxlayan Əzizin yanına gəldilər. Onun yanına getdilər ki, yalvarıb, ondan azca gümüş əvəzində onlara buğda verməsini istəsinlər və bəlkə bu pak qəlbli Əziz Benyamini də azad edə.

Qardaşlar Misrin Əzizinin yanına gedib, ona dedilər:

-Ey Əziz! Bizi və bütün ailəmizi narahatlıq bürüyüb. Yemək məhsulu almaq üçün özümüzlə azca mal gətirmişik. Bizim bütün qabımızı doldur, bizə ehsan et və bağışla. Allah bağışlayanlara mükafat verər.

Burda təəccüblü bir hadisə qardaşların diqqətini özünə cəlb etdi. Benyamin Əzizin yanında oturmuşdu. Əyninə bahalı kətandan paltar geyinmişdi. O həyəcanlı anlarda Yusif mehribanlıqla onlara dedi:

-Siz cahil olduğunuz zaman Yusif və onun qardaşına nə etdiyinizi bildinizmi?

Əslində Yusif özünün və atasının, əsil səbəbkarı qardaşları olan dərd və ağrılarını unutdu; uzun müddətli çətinlik və bəlaları. O, onlara demək istədi ki, yalnız sizin cəhalət və nadanlıqlarınız məni bu məqama çatdırmışdır. Allah-təala məni seçdi. Mənə minnət qoydu, səbir və imanımın mükafatını əta etdi.

O anda qardaşlar böyük bir həqiqətdən xəbərdar oldular. Ətrafını mühafizəçi və əsgərlər əhatə edən və Misirdə birinci sözü deyən bu Əziz, Yusifdir: qardaşları Yusif; əleyhinə plan cızdıqları Yusif; onların fəsadlarının qarşısında ehsan edib, yaxşılıq göstərən, onların qablarını buğda ilə doldurub, gümüş və mallarını da geri qaytaran pak təbiətli Yusif.

Qardaşlar təəccüblə qışqırdılar:

-Sən doğrudanmı Yusifsən?

Yusif Allahın dərgahına təzim edərək gözündən yaş axıtdı və cavab verdi:

-Bəli. Mən Yusifəm və bu mənim qardaşımdır. Həqiqətən Allah bizə minnət qoydu. Həqiqətən kim təqvalı olub, səbir etsə Allah yaxşı iş görənlərin mükafatını zay etməz.

Qardaşlar iyirmi il itkinlikdən sonra həqiqəti tapdılar və qardaşları Yusifə dedilər:

-And olsun Allaha ki, o səni bizdən üstün bilmişdir və biz səhv etmişik.

Yusif onlara təbəssüm etdi. Çünki, onlar onun qardaşları idilər. Şeytan həsəd etdikləri zaman onları azdırmışdı. İndi onlar doğru yola qayıtmışdılar:

-Bu gün sizin üçün məzəmmət və danlaq yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır.

Ağıllı cavan olan və onların bütün pisliklərinə göz yuman Yusif atasının əzab-əziyyətərinə son qoymaq istədi. İyirmi il əvvəl qardaşları onun köynəyini çıxarıb, yalançı qana bulaşdırmış və onu atalarının yanına aparıb demişdilər ki, atacan, Yusifi canavar yedi. Yusif bu yalanları onların yaddaşından məhv edib, silmək istədi. Ona görə də öz kətan köynəyini çıxarıb, onlara dedi:

-Bu köynəyimi aparın atamın üzünə sürtün. Onun gözləri açılacaqdır. Bütün ailənizi mənim yanıma gətirin.

Bütün qardaşlar Yusifin köynəyini götürüb iylədilər və ağladılar; şövq və peşimançılıq ağlamağı; Şövq ona görə ki, qardaşları Misrin birinci şəxsi olmuşdu, peşimançılıq isə iyirmi il bundan əvvəl etdikləri işə görə. Ona görə də Misrin Əzizinin əzəmət və cəlalı qarşısında, o pak insanın qarşısında təzim edib, tələsik sarayı tərk etdilər. Onlar atalarının yanına tez çatıb, onun qəmli qəlbini şad etmək üçün tələsirdilər.

Beləliklə, karvan hərəkətə gəldi və sürətlə səhraları qət etdi. Bu karvanın buğda yükü yox idi. Onlar Yusifin köynəyini şadlıq və böyük sevinclə ərməğan aparırdılar.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin