Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə89/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   85   86   87   88   89   90   91   92   ...   187

dənİzdə


Yunus (ə) Aralıq dənizinə çatdı. O, adaların birinə getmək üçün limanda dayanıb, gəmi gözlədi. Yelkənli bir gəmi gəldi. O, sərnişinlə dolu idi. Gəmi bəzi sərnişinləri düşürüb, digərlərini mindirmək üçün lövbər saldı. Gəmiyə minənlərin içində Yunus (ə) da var idi.

Gəmi öz yelkənlərini qaldırdıqdan sonra hərəkətə gəldi. Dənizin ortasına çatdıqda isə güclü küləklər əsdi və dalğalar qalxdı. Gəmi özünün bu təlatümlü anlarını yaşayarkən maraqlı bir hadisə baş verdi. Böyük bir balıq peyda oldu; nəhəng bir Ənbər balığı.

Balıq dalğaların qoynunda yuxarı qalxır və sonra öz quyruğu ilə onları möhkəm vururdu. Sudan partlayışa oxşayan səslər eşidilirdi. Digər balıqlar qorxub, qaçırdılar. Balıq bir an dayandı. Onun tənəffüs orqanından şəlalə kimi su fəvvarə vurdu. Balıq gəmiyə tərəf hərəkət etdi, sonra qəfildən fırlanıb, quyruğunu hərəkətə gətirdi və gəmiyə doğru irəliləyən böyük bir dalğa yaratdı.

Gəmi tərpəndi. Onu sürənlər bildilər ki, balıq gəmini çevirib, onları boğmaq fikrindədir. Balıq çox nəhəng, gəmi isə kiçik idi. Gəmi sürənlərin qarşısında yalnız bir yol var idi və o da balığa yem olmaq üçün gəmi sərnişinlərindən birini qurban etmək idi. Ona görə də gəmi sərnişinləri yığışıb öz aralarında püşk atdılar. Razılaşdılar ki, püşk kimin adına çıxsa, o, balığın yemi olsun. Püşk Allahın rəsulu Yunus (ə)-ın adına çıxdı.

Yunus (ə) öz taleyini yaşamaq üçün qorxmadan qabağa gəldi. O bilirdi ki, bütün baş verənlər Allahın istək və iradəsi ilədir. Ona görə də qorxmayaraq özünü dənizin dərinliklərinə atdı. Gəminin sərnişinləri Ənbər balığının yemə tərəf getməsindən başqa heç bir şey görmdilər.

Yunus (ə) gözlərdən itdi və Ənbər balığı daha görünmədi. Gəmi təhlükədən qurtuldu, Amma, görəsən dənizin dibində daha nələr baş verdi?



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin