nİCat sahİlİ
Allahın iradə və istəyi ilə balıq bir adanın sahilinə yan aldı. Balıq sahilə yaxınlaşdı. Mədəsi yığılır və qarnından su tökülürdü.
Yunus (ə) dəniz dalğalarının qoynunda idi. Sonra o, yumşaq qumlar üzərinə düşdü. Allahın lütfü ilə dənizin sahilində daş yox idi, yoxsa Yunusun (ə) bədəni tikə-tikə olardı. Yunus (ə) çox zəif və halsız idi. Bədəni suyun içində idi. Öz güc və qüdrətini əldən vermişdi. Susuz idi və susuzluqdan can vermək ərəfəsində idi. Tərpənməyə taqəti yox idi. Kölgədə yaxşı istirahət etməyə ehtiyacı var idi, Amma, təkcə qumların üzərinə düşdüyündən nə edə bilərdi?
Allah-təala onun üçün bir boranı bitirdi. Yunus (ə) boranının enli yarpaqlarının kölgəsində istirahət edir və asanlıqla onun meyvəsindən yeyirdi. Boranının tərkibində dərini düzəltmək və bədəni gücləndirmək üçün əhəmiyyətli olan çox faydalı maddələr vardır. Onun digər xüsusiyyəti milçəkləri uzaqlaşdırmaq idi, Çünki, həşəratlar bu ağaca yaxın gəlmirlər.
Beləliklə Allah-təala iradə etdi ki, Yunusu (ə) balığın qarnından xilas etsin və o, bir daha anlasın ki, yalnız Allah hər şeyə qadirdir. O, Bağışlayan və Mehribandır.
Yunus (ə) yenidən öz sağlamlığını əldə edib, öz şəhəri Neynəvaya tərəf qayıtdı. Yunus (ə) Allah rəhməti ilə şad olub, onun istiqbalına gələn Neynəva camaatını görərək sevindi. Həqiqətən də onların hamısı iman gətirmişdilər və Allah əzabı onlardan uzaqlaşdırmışdı.
Uşaqlar oynayır, kişilər işləri ilə məşğul olur və heyvanlar çox rahat çəmənliklərində otlayırdılar. Bu, insana həyat bağışlayan Allahın neməti idi.
Dostları ilə paylaş: |