Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə96/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   92   93   94   95   96   97   98   99   ...   187

əyKə saKİnlərİ


Şüeyb (ə) özü bu kəndin sakinlərindən deyildi. O, Mədyəndən idi. Amma, Əykə kəndinə çatanda gördü ki, bu diyarın camaatı da Mədyən camaatı kimi yaşayırlar.

Sıx və biri-birinə dolaşmış ağaclarla meyvə dolu bağları və bolluca nemətləri gördü. Torpaq və daşların arasından bulaqlar qaynayır və əkin sahələrini suvarırdı. Amma, onlar da bütpərəst olub, alış-verişdə fırıldaq işlədirdilər. Ona görə də Şüeyb (ə) onlara buyurdu:

-Siz Allahdan və onun əzabından qorxmursunuzmu? Mən sizin üçün Allahın əzabından qorxuram. Allah fəsadı və fəsad əhlini sevməz. Yerdə fəsad və pozğunçuluqla məşğul olmayın. Əykə camaatı Şüeybin (ə) peyğəmbərliyinə iman gətirmədilər, onu sehrkar və yalançı adlandırıb, dedilər:

-Əgər doğru deyirsənsə, göydən bizim üçün daş yağdır.

Şüeyb (ə) çox ədəblə buyurdu:

-Allah sizin gördüyünüz işlərdən agahdır. Mən Allahın risalətini sizə yetirirəm və imkanım daxilində islah üçün çalışacağam.

Dedilər:

-Sən yalançı və cadugərsən. Səninlə bizim nə fərqimiz var. Sən də bizim kimi insansan.

Bu minvalla Şüeyb (ə) Mədyənə qayıtdı və Əykə camaatı öz yaşayışlarını imandan, ədalətdən və insafdan uzaq halda davam etdirdilər.

Mədyəndə imanlı insanlarla bütpərəstlər arasında qarşıdurma yarandı. Kafirlər Allahın risalətinə iman gətirməməklə kifayətlənməyib, mömin insanlara əziyyət vermək və hədələməklə məşğul olurdular. İş o yerə gəlib çatdı ki, möminləri bütpərəstliyə qayıtmağa dəvət etdilər.

Şüeyb peyğəmbər (ə) öz qəbiləsinə nəsihət etdi ki, iman yolunu bağlamasınlar. Çünki, iman qaranlıqlar arasında çox işıqlı bir yoldur və əgər belə etsələr, Allah onları bağışlamayacaqdır.

Bir gün kafirlər Şüeybin (ə) yanına gəlib dedilər:

-Biz tezliklə səni və sənə iman gətirənləri, sənə itaət edənləri şəhərdən qovacağıq.

Möminlərin biri dedi:

-Biz bir iş görməmişik ki, ona görə bizi şəhərdən çıxarasınız.

Kafirlər dedilər:

-Tezliklə biz sizi öz dininizə qayıtmağa məcbur edəcəyik.

Allahın peyğəmbəri onları məzəmmət edərək buyurdu:

-Hətta əgər biz bu əqidəni sevməsək də heç vaxt mömin insan Allah onun qəlbini iman nuru ilə işıqlandırdıqdan sonra bütpərəstliyə qayıtmaz.

Şüeyb (ə) əllərini göyə qaldırdı və təvazökarlıqla dedi:

-İlahi, bizimlə qəbiləmiz arasında haqq olaraq mühakimə et! Sən ən gözəl hakimsən.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin