ÇOXLU TƏVAF ETMƏK
498. Həzrət imam Sadiq (ə) buyurub: Çoxlu təvaf edin, çünki təvaf qiyamət günü əməl kitablarınızda olan ən az olan əməl sayılacaqdır. 541
500. Həzrət imam Sadiq (ə) buyurub: Zi-hiccə ayının ilk on günündə bir dəfə təvaf etmək, həcc mövsümündə yetmiş dəfə təvaf etməkdən üstündür. 542
501. Həzrət imam Sadiq (ə) buyurub: Həccdən qabaq bir dəfə əncam verilən təvaf, həccdən sonra əncam verilən yetmiş təvafdan üstündür. 502
502. Həzrət imam Sadiq (ə) buyurub: Həzrət Məhdi (ə)-ın aşkra etdiyi ilk ədalətli iş budur ki, bir nəfə o həzrətin tərəfindən belə e᾽lan edəcəkdir: Müstəhəb təvafı əncam verən şəxs, qara daş və təvaf yerini vacib təvafı əncam verən şəxsə təhvil versin. 544
503. Əbdürrrəhman ibni Həccac nəql etmişdir ki, imam Sadiq (ə)-a dedim: Məkkədə e᾽tikaf bağlamaq istəyirəm. Nə edim? Həzrət (ə) buyurdu: Zi-hiccə ayının hilalını (ay parasını) gördükdə, Cə᾽ranəyə gedib orada həcc üçün ehram bağla. Dedim: Məkkəyə daxil olub, Tərviyə gününədək orada qalır, amma Kə᾽bəni təvaf etmirəm. Nə edim? Həzrət (ə) buyurdu: On gün qalır, amma təvaf etmirsənmi? On gün çoxdur və Kə᾽bə tərk olunmuş halda qalmamalıdır. 545
QARA DAŞIN İSTİLAMI VƏ ONUN QAYDALARI
1-İstilam etməyin müstəhəbliyi:
504. Həzrət imam Sadiq (ə) buyurub: Həzrət Peyğəmbər (s) hər bir vacib və müstəhəb təvafda qara daşa əl çəkərdi. 546
505. Cabir ibni Əbdillah nəql etmişdir ki, gün çıxan vaxtda Məkkəyə daxil olduqda həzrət Peyğəmbər (s) məscidin qapısı kənarına gəlib dəvəsini əyləşdirərdi və daha sonra məscidə daxil oldu. Qara daşdan başlayaraq əlini ona çəkir və gözləri yaşla dolmuşdu. Sonra üç dövrə qaçışa bənzər və dörd dövrə adi yerişlə təvaf edib, onları sona çatdırdı. O həzrət (s) daha sonra qara daşı öpüb əllərini onun üzərinə qoyaraq üzünə çəkdi. 547
506. İbni Ömər nəql etmişdir ki, həzrət Peyğəmbər (s) qara daşa üz tutub dodaqlarını ona qoyaraq çoxlu ağladı. Daha sonra üzünü döndərərək Ömər ibni Xəttabı ağlayan halda görüb, buyurdu: Ey Ömər! Elə burada göz yaşları tökülməlidir.548
507. İbni Ömər nəql etmişdir ki, həzrət Peyğəmbərin (s) qara daşa əl çəkdiyini gördükdən sonra mən də həmişə onun yanından keçəndə ona əl çəkdim.549
508. Müaviyətibni Əmmar nəql etmişdir ki, həzrət imam Sadiq (ə)-dan soruşdum. Bir nəfər həcc əməlini yerinə yetirmiş, lakin qara daşa əl çəkməmişdir. Həzrət (ə) buyurdu: Bu əməl müstəhəbdir və əgər bunun bacarmasa, Allah-taala üzrü qəbul etmək üçün daha layiqlidir. 550
2. İstilamın hikməti:
509. Həzrət imam Baqir (ə) buyurub: Qara daş, peyman kimi və ona əl çəkmək bey᾽ət etmək kimidir. O həzrət ona əl çəkdikdə belə deyirdi: İlahi! Bu mənim əda etdiyim əmanətim və bağladığım əhdimdir ki, onu çatdırmağı Sənin yanında mənim üçün şəhadət versin.551
510. Hələbi nəql etmişdir ki, imam Sadiq (ə)-a dedim: Nə üçün qara daşa əl çəkmək sünnə olmuşdur? Həzrət (ə) buyurdu: Allah-taala Adəm (ə) övladlarından əhd aldıqda, behiştdən qara daşı çıxararaq ona göstəriş verdi və qara daş da o əhdi aldı. Beləliklə də qara daş öz əhdinə vəfa edən hər bir şəxs üçün vəfalı olmağa şəhadət verir.552
511. Həzrət imam Sadiq (ə) buyurub: Allah-taala öz bəndələrindən əhd-peyman aldıqda, qara daşa göstəriş verdi və beləliklə də o göstəriş aldı. Elə buna görə də deyilir: Bu mənim əda etdiyim əmanət və vəfa qıldığım əhdimdir ki, vəfalı olmağıma şəhadət versin. 553
3. İstilamın necəliyi:
512. Yə᾽qub ibni Şüəyb nəql etmişdir ki, imam Sadiq (ə)-dan rüknə istilam etmək barədə soruşduqda buyurdu: İstilam belədir ki, öz qarnını ona yapışdırır, məsh isə əlini ona çəkməkdir. 554
513. Səid Ə᾽rəc nəql etmişdir ki, imam Sadiq (ə)-dan qara daşa Kə᾽bənin qapısı tərəfdən əl çəkmək barədə soruşduqda buyurdu: Rüknə əl çəkmək istəmirsənmi? Dedim: İstəyirəm. Həzrət (ə) buyurdu: Əlin hər hansı bir yerdən çatsa, kafidir.555
4. Təkbir:
514. Həzrət imam Sadiq (ə) buyurub: Adəm (ə) rükndə yerləşən qara daşa nəzər saldıqda, Allahu əkbər, və la ilahə illəllah deyərək Allahı əzəmətlə yad etdi. Elə buna görə də təkbir demək və Səfa dağından qara daş olan rüknə tərəf getmək sünnə oldu. 556
515. Yə᾽qub ibni Şüəyb nəql etmişdir ki, imam Sadiq (ə)-a dedim: Qara daş ilə üzbə-üz durduqda nə deyim? Həzrət (ə) buyurdu: Təkbir de və Məhəmməd və onun Əhli-beytinə (ə) salavat göndər.
Həmçinin o həzrətin (ə) qara daşın qarşısında durub Allahu əkbər və Əssəlamu əla Rəsulillah (s) deməsini eşitdim. 557
5. Dua:
516. Həzrət imam Həsən (ə) buyurub: Qara daşın rüknuna üzünü yapışdırdıqda belə dua et: İlahi! Mənə ne᾽mət verdin, amma məni şükr edən tapmadın. Məni bəlaya atdın, amma səbrli tapmadın. Ne᾽mətini mənim şükr etməməyim üçün məndən almayıb və səbirziliyim üçün giriftarçılığımı davam etdirmədin. İlahi! Böyükdən kərəm və böyüklükdən başqa bir şey gəlməz. 558
517. Həzrət imam Sadiq (ə) buyurub: Qara daşa yaxınlaşdıqda, əllərini yuxarı qaldırıb Allah üçün həmd və səna et və Peyğəmbərə (s) salavat göndərərək Allahdan əməllərini qəbul etməsini istə. Daha sonra qara daşa əl çəkib, onu öp və əgər onu öpə bilməsən əlini ona çək. Həmçinin əl çəkə bilmədikdə ona işarə edib belə de: İlahi! Əmanətimi əda edib əhdimə vəfa etdim ki, mənim öz əhdimə vəfalı olmağıma şəhadət versin. İlahi! Sənin kitabın və peyğəmbərinin davranışını qəbul etdim. Şəhadət verirəm ki, yeganə və şəriksiz Allahdan başqa bir mə᾽bud yoxdur. Məhəmməd Onun bəndəsi və elçisidir. Allaha iman gətirib, cibt (müşriklərin bütü), tağut, lat, uzza, şeytan pərəstiş və Allahdan başqa mə᾽bud adlanan hər bir şeyə küfr etdim.
Bunların hamısını deyə bilməsən, onun bir hissəsini de və belə de: İlahi! Əlimi Sənə tərəf açdım. Mənim Sənin yanında olanlara rəğbətim çoxdur. Beləliklə mənim təsbih deməyimi qəbul et və məni bağışlayaraq, rəhmətini göndər. İlahi! Küfr, yoxsulluq, həmçinin dünya və axirətin zəlillik yerlərindən Sənə pənah aparıram.
6. İzdiham halında istilam etmək:
518. Həzrət Peyğəmbər (s) Ömərə buyurdu: Ey Ömər! Sən güclü adamsan. Gücsüz şəxslərə əziyyət etməyəsən deyə qara daşa çatmaq üçün xalqı sıxma. Xəlvət bir yer tapdıqda ona əl vur. Əks təqdirdə isə üzünü ona tərəf tutub la ilahə illəllah və Allahu əkbər de. 560
519. Ayişə nəql etmişdir ki, həzrət Peyğəmbər (s) həcətul-vida mərasimində dəvəyə minən halda Kə᾽bənin ətrafında təvaf edir və rüknə əl vururdu. Çünki xalqı ondan uzaqlaşdırmağı xoşlamırdı. 561
520. Əbut-tüfeyl nəql etmişdir ki, həzrət Peyğəmbəri (s) Kə᾽bənin ətrafında təvaf edən halda gördüm ki, o həzrət (s) əlində olan əsanı qara daşa vurur və daha sonra o əsanı öpürdü. 552
521. Haris nəql etmişdir ki, həzrət Əli (ə) qara daşın yanından ötərkən onun ətrafında izdihamı gördükdə, üzünü ona tərəf tutub Allahu əkbər deyir, həmçinin belə dua edirdi: İlahi! Sənin kitabın və peyğəmbərinin davranışına inanıram. 563
522. Həzrət imam Sadiq (ə) buyurub: Əvvəllər təvafın qara daşdan başlanıb, qara daşda sona yetirilməsini deyirdik. Amma bu gün xalq çoxalmışdır. 564
523. Səyf Təmmar nəql etmişdir ki, həzrət imam Sadiq (ə)-a dedim: Qara daşın yanına getdikdə, oranı izdihamlı halda görüb, öz dostlarımızdan yalnız bir nəfəri orada gördüm. Ondan soruşduqda dedi ki, qara daşa əl çəkmək lazımdır. Həzrət (ə) buyurdu: Oranı boş gördükdə belə et, əks təqdirdə isə uzaqdan salam ver.565
524. Həmmad ibni Osman nəql etmişdir ki, bir nəfər imam Sadiq (ə)-ın hüzuruna gəlib dedi: Ey Əba Əbdillah! Qara daşa əl çəkmək barədə nə deyirsən? Həzrət (ə) buyurdu: Həzrət Peyğəmbər (s) ona əl çəkmişdir. O şəxs soruşdu: Mən sizin ona əl çəkməyinizi görməmişəm?
Həzrət buyurdu: Bir gücsüzü incitmək və ya özümün əziyyət çəkməsini sevmirəm.
Dedi: Siz Peyğəmbərin (s) ona əl çəkdiyini söylədiniz? Həzrət (ə) buyurdu: Bəli belə demişəm. Lakin xalq həzrət Peyğəmbəri (s) gördükdə o həzrətin (s) haqqını tanıyır və ona yol açırdılar. Mənim isə haqqımı tanımırlar.566
525. Əbdürrəhman ibni Həccac nəql etmişdir ki, imam Sadiq (ə) buyurub: Təvaf etməyə məşğul idim ki, Süfyan Suri də mənim yaxınlığımda idi. O dedi: Ey Əba Əbdillah! Həzrət Peyğəmbər (s) qara daşa çatdıqda nə edirdi? Dedim: Həzrət Peyğəmbər (s) istər vacib, istərsə də müstəhəb təvaflarda qara daşa əl çəkirdi. Həzrət (ə) buyurdu: O bir az məndən arxaya keçdi və qara daşa çatdıqda ona əl vurmadan ötüb keçdim. O özünü mənə çatdırıb dedi: Ey Əba Əbdillah! Həzrət Peyğəmbərin (s) vacib və müstəhəb təvaflarda ona əl çəkdiyini söyləmədinmi? Dedim: Xalq həzrət Peyğəmbər (s) üçün hörmət edir, amma mənim üçün hörmət etmirlər. O həzrət (s) qara daşa çatdıqda, ona əl çəksin deyə, yol açırdılar. Mən isə xalqı sıxıntıya salmağı sevmirəm.567
526. Məhəmməd Hələbi nəql etmişdir ki, həzrət imam Sadiq (ə)-dan soruşdum. Qara daşın ətrafında izdiham olan halda ona əl çəkə bilməsəm nə edim? Həzrət (ə) buyurdu: Qoca kişi, zəif və xəstə şəxslərin ona əl çəkməməsi üçün icazəsi vardır. Çarəsiz olandan başqa, onra əl çəkməyi tərk etməyi sevmirəm.568
527. Məhəmməd ibni Ubəydullah nəql etmişdir ki, həzrət imam Rza (ə)-dan soruşdum. Xalqın sayı çox olduqda qara daşa əl çəkmək üçün onlarla dava etmək lazımdırmı? Həzrət (ə) buyurdu: Belə olan halda əlinlə ona işarə et.569
Dostları ilə paylaş: |