Бисмиллаһир-рәҺМАНир-рәҺИМ


ÜÇÜNCÜ HİSSƏ MÜNƏVVƏR MƏDİNƏ



Yüklə 3,67 Mb.
səhifə18/22
tarix21.10.2017
ölçüsü3,67 Mb.
#7526
1   ...   14   15   16   17   18   19   20   21   22

ÜÇÜNCÜ HİSSƏ

MÜNƏVVƏR MƏDİNƏ

BİRİNCİ FƏSİL

MƏDİNƏNİN FƏZİLƏTİ

MƏDİNƏNİN ADLARI


818. İbni Ömər nəql etmişdir ki, həzrət Peyğəmbər (s) heç bir səfərdən qayıdarkən—Ey təmiz! Ey şəhərlərin ağası!—sözünü deməmiş Mədinə şəhərinə daxil olmazdı.873

819. Həzrət Peyğəmbər (s) buyurub: «Allah-taala mənə göstəriş vermişdir ki, Mədinəni «Təybə» (pak) adlandırım».874

820. Əbu Hüməy nəql etmişdir ki, həzrət Peyğəmbər (s) ilə birlikdə Təbuk döyüşündən qayıdırdıq ki, Mədinə şəhərinə çatdıqda, o Həzrət (s) buyurdu: «Bu şəhər «Tabə»—(pakdır)».875

821. Həzrət Peyğəmbər (s) buyurub: «Allah-taala Mədinəni «Tabə»—(pak) adlandırmışdır».876

822. Həzrət Peyğəmbər (s) buyurub: «Mədinənin on adı vardır ki, onların adları belədir: Mədinə, Təybə, Tabə, Miskinəh, Cəbar, Məhburəh, Yəndəd və Yəsrib».877

MƏDİNƏNİN ADLARI BARƏDƏ İNCƏ BİR MƏ᾽NA


Tarix alimləri Mədinə şəhəri üçün çoxlu adlar sadalamışlar ki, o cümlədən Səmhudi özünün «Vəfaul-vəfa» kitabında doxsan dörd adı saymışdır ki, onlardan bə᾽zisinə Qur᾽ani-kərimdə də işarə olunmuşdur. Buna misal olaraq, Yəsrib və Mədinə adlarını qeyd etmək olar. Qeyd etmək lazımdır ki, Mədinə sözü Qur᾽anda on dörd dəfə zikr olunmuş, lakin onlardan yalnız dördü həzrət Peyğəmbərin (s) yaşadığı şəhərə aiddir.

MƏDİNƏNİN XÜSUSİYYƏTLƏRİ


1. Həzrət Peyğəmbərin (s) hərəmi:

823. Həzrət Peyğəmbər (s) buyurub: «Hər bir peyğəmbərin bir hərəmi vardır. Mənim hərəmim isə Mədinə şəhəridir».878

824. Səhl ibni Hünəyf nəql etmişdir ki, Həzrət Peyğəmbər (s) öz əli ilə Mədinəyə işarə edərək buyurdu: «O, asayişi bir hərəmdir».879

825. Həzrət Peyğəmbər (s) buyurub: « Həzrət İbrahim (ə) Məkkəyə hörmət qoyub, onun üçün dua etdi. İbrahim (ə) Məkkəyə hörmət qoyduğu kimi, mən də Mədinəyə hörmət qoyur və onu möhtərəm sayıram. İbrahim (ə) Məkkə üçün dua etdiyi kimi, mən Mədinənin «müdd» və «sa» (ölçü vahidi) üçün dua etdim».880

826. Həzrət Peyğəmbər (s) buyurub: «Pərvərdigara! İbrahim Məkkəyə hörmət qoyub, onu hərəm qərar verdi. Mən də Mədinəni-onun iki boğazı hüdudunu möhtərəm sayıram ki, orada heç bir qan tökülməyib, müharibə üçün orada silah götürülməsin və heyvanların yemindən başqa, otları və ağacları dərilməsin. İlahi! Mədinəni bizim üçün bərəkətli qərar ver. İlahi! Bir bərəkət ilə iki bərəkət qərar ver. And olsun canım əlində olan Allaha ki, Mədinənin hər bir dərə və yırtığında oranı qoruyan iki mələk mə᾽mur olmuşlar ki, beləliklə də ona daxil olasınız».881

827. Həzrət Peyğəmbər (s) buyurub: «Mədinə, Air zonasından filan yerə qədər hərəmdir. Hər kəs orada birini qətlə yetirib və yaxud bir qatilə sığınacaq versə, Allah, mələklər və bütün xalqın lə᾽nəti ona olsun və ondan heç bir tövbə və fidyə (cərimə) qəbul olunmaz».882

828. Həzrət imam Əli (ə) buyurub: «Məkkə Allah hərəmi, Mədinə isə həzrət Peyğəmbərin (s) hərəmidir».883

829. Həzrət imam Sadiq (ə) buyurub: «Məkkə İbrahim (ə)-ın hərəmi, Mədinə isə həzrət Məhəmmədin (s) hərəmidir».884

2. Həzrət Peyğəmbərin (s) hicrət yeri:

830. Həzrət Peyğəmbər (s) buyurub: «Mədinə mənim yer üzərində olan hicrət və rahatlıq yerimdir. Qonşularım böyük günahlardan pərhiz edənədək, ümmətimin onlara ehtiram etməsi vacibdir».885

3. Həzrət Peyğəmbərin (s) sevdiyi diyar:

831. Ənəs nəql etmişdir ki, həzrət Peyğəmbər (s) səfərdən qayıdarkən Mədinənin divarlarını gördükdə, miniyə minən halda onun şərq tərəfindən yükünü yerə qoyur və miniyini hərəkətə gətirirdi».886

832. Həzrət Peyğəmbər (s) buyurub: «İlahi! İbrahim Sənin dostun, bəndən və peyğəmbərindir və o Səni Məkkə əhalisi üçün çağırmışdır. Mən Məhəmməd də Sənin bəndən, peyğəmbərin və elçinəm və İbrahimin Məkkə əhalisi üçün çağırdığı kimi Mədinə əhalisi üçün Səni çağırıram. Səni çağırıram ki, onların tərəzi və meyvəsini bərəkətli edəsən! İlahi! Məkkəni bizim üçün sevimli şəhər qərar verdiyin kimi Mədinə şəhərini də bizim üçün sevimli qərar ver».887

4. İslamın günbəzi:

833. Həzrət Peyğəmbər (s) buyurub: «Mədinə islam günbəzi, iman evi, hicrət yeri, həmçinin halal və haram yeridir».888

834. Həzrət Peyğəmbər (s) buyurub: «İlan öz yuvasına qayıtdığı kimi, iman da Mədinəyə qayıdacaqdır».889

5. Qur᾽anla fəth olunması:

835. Həzrət Peyğəmbər (s) buyurub: «Abadlıqlar qılıncla, Mədinə isə Qur᾽anla fəth olunmuşdur».890

6. Pislikləri aradan aparan:

836. Zeyd ibni Sabit nəql etmişdir ki, həzrət Peyğəmbərin (s) səhabələrindən bir dəstəsi «Ühüd» döyüşündən qayıtdıqda, xalq onlar barəsində iki dəstəyə bölündülər. Belə ki, bir dəstə «onları öldürün», digər bir dəstə isə «öldürməyin» nəzərlərini irəli sürürdülər. Bundan sonra bu ayə nazil oldu: «Sizə nə olmuşdur ki, münafiqlər barədə iki dəstəyə bölünmüsünüz? (Nisa\88)

Həzrət Peyğəmbər (s) buyurdu: «Mədinə pakdır və atəş gümüşün çirklərini təmizlədiyi kimi çirkinlikləri aradan aparır».891

MƏDİNƏDƏ QALMAĞIN FƏZİLƏTİ


837. Həzrət Peyğəmbər (s) buyurub: «Mədinə, Məkkədən üstündür».892

838. Həzrət Peyğəmbər (s) buyurub: «Ramazan ayını Mədinədə olmaq, başqa şəhərlərdə min il olmaqdan üstündür. Həmçinin Mədinədə bir cümə gününü qalmaq, başqa şəhərlərdə min cümə gününü qalmaqdan üstündür».893

839. Həzrət Peyğəmbər (s) buyurub: «Hər kəs Mədinədə ölməyi bacararsa, belə etsin. Mən Mədinədə vəfat edən şəxs üçün şəfaət edəcəyəm».894

840. Həsən ibni Cəhm nəql etmişdir ki, həzrət imam Əbul-Həsən (ə)-dan soruşdum: Məkkədə qalmaq üstündür, yoxsa Mədinədə? Həzrət (ə) buyurdu: «Sən nə deyirsən?» Ərz etdim: Mənim sözüm sizin sözünüz qarşısında nə ola bilər? Həzrət (ə) buyurdu: «Sənin sözün səni mənim sözümə qaytarır».

Dedim: Mən güman edirəm ki, Mədinə də qalmaq, Məkkədə qalmaqdan üstündür. Həzrət (ə) buyurdu: «Sən belə deyrsən, imam Sadiq (ə) «Fitr» bayramı günündə də belə bir sözü buyurmuşdur.

O həzrət, Peyğəmbərin (s) məsciddə olan məzarına yaxınlaşıb salam verdikdən sonra buyurdu: «Bu gün biz həzrət Peyğəmbərə (s) salam verməklə başqa xalqdan üstünük».895

841. Murazim nəql etmişdir ki, Mədinədə olarkən Əmmar və bir dəstə ilə birlikdə imam Sadiq (ə)-ın hüzuruna çatdıqda soruşdu: «Harada qalırsınız?» Əmmar dedi: Öz miniklərimizi buraxmış və on beş gündən sonra qayıtmalarını göstəriş vermişik. Həzrət (ə) buyurdu: «Allah peyğəmbərinin (s) şəhərində qalmaq və onun məscidində qalmağa nail olmuşsunuz. Axirətiniz üçün iş görün və özünüz üçün daha çox iş görün. Bə᾽zi vaxtlar dünyada bə᾽ziləri zirəng olur və onlara—filankəs zirəngdir—deyilir. Həqiqətən zirəng, Axirət zirəngidir».896

MƏDİNƏNİN QAYDALARI


842. Həzrət imam Sadiq (ə) buyurub: «Mədinəyə daxil olmazdan qabaq və ya ona daxil olarkən qüsl et».897

843. Həzrət Peyğəmbər (s) buyurub: «Quba məscidində namaz qılmaq, bir ömrə əməli kimidir».898

844. Həzrət Peyğəmbər (s) buyurub: «Evindən çıxıb, bu Quba məscidinə gələrək orada namaz qılan şəxs, ömrə əməli ilə bərabər savaba nail olar».899

845. Həzrət Peyğəmbər (s) buyurub: «Hər kəs yaxşı bir dəstəmaz alıb yalnız Quba məscidi niyyəti ilə çölə gələrək məhz Quba məscidində namaz qılmaq niyyəti ilə oraya daxil olub hər rəkətində Həmd surəsi olan dörd rəkətli namaz qılarsa, Allah evinə ömrə əməlini əncam vermək üçün gedən şəxsin savabına nail olar».900

846. Cabir nəql etmişdir ki, Həzrət Peyğəmbər (s) «Xəribə» «Qiblətəyn» və düzənlikdə yerləşən «Bəni həram» məscidlərində namaz qılmışdır».901

847. Hələbi nəql etmişdir ki, imam Sadiq (ə) buyurdu: «Quba, Fəzix və ya Ummu İbrahim məşrəbəsinə getmisinizmi?» Dedim: Bəli. Həzrət (ə) buyurdu: «Agah olun ki, bunlardan başqa həzrət Peyğəmbərin (s) əsərlərindən bir şey qalmamışdır».902

848. Müaviyətibni Əmmar nəql etmişdir ki, Həzrət imam Sadiq (ə) buyurdu: «Bütün müqəddəs yerlərə getməyi tərk etmə. Məsələn; ilk gündən təqva əsasında tikilmiş Quba məscidi, Ummu İbrahim məşrəbəsi, Fəzix məscidi, şəhidlərin məzarları və Fəth məscidi olan Əhzab məscidi o cümlədəndir»

Həzrət (ə) buyurdu: «Bizə belə çatmışdır ki, həzrət Peyğəmbər (s) şəhidlərin qəbrinə getdikdə belə deyirdi:

«Əssəlamuələykum bima səbərtum, fə ni᾽mə uqbəd-dar».

(Yə᾽ni; Səbr etdiyinizə görə salam olsun sizə, beləliklə Axirət evi necə də gözəldir!)

«Fəth» məscidinin yanında isə belə dua et:

«Ey giriftarların fəryadına çatan! Ey çarəsizlərin duasına cavab verən! Peyğəmbərindən qəm-qüssə və giriftarçılığı uzaqlaşdırıb bu məkanda onu düşmən qorxusundan qoruyub-saxladığın kimi, mənim də qəm-qüssə və narahatçılığımı aradan apar»903

849. Uqbətibni Xalid nəql etmişdir ki, imam Sadiq (ə)-dan soruşdum: Biz Mədinənin ətrafında yerləşən məscidlərə getdikdə onların hansından başlayaq? Həzrət (ə) buyurdu: «Quba məscidindən başlayıb orada çoxlu namaz qıl. Çünki o məscid həzrət Peyğəmbərin (s) burada ilk dəfə namaz qıldığı məsciddir. Daha sonra Ummu İbrahim məşrəbəsinə gedərək orada namaz qıl ki, ora həzrət Peyğəmbərin (s) namaz və qaldığı yer olmuşdur. Bundan sonra Fəzix məscidinə gedib, orada namaz qıl ki, peyğəmbərin (s) orada namaz qılmışdır. Bu tərəfi əncam verib sona yetirdikdən sonra, Ühüdə tərəf gedərək daşlıq zonanın aşağı hissəsində yerləşən məscidə gedib, orada namaz qılırsan.

Daha sonra Həmzə ibni Əbdil-Müttəlibin qəbrindən keçib, o Həzrətə (s) salam verir və bundan sonra şəhidlərin qəbrinin kənarından keçərək orada durur və deyirsən:

«Əssəlamu ələykum ya əhləd-diyar, əntum ləna fərətum və inna bikum lahiqun».

(Yə᾽ni; Ey diyar əhli! Salam olsun sizə, siz bizi ötdünüz və həqiqətən biz də sizə qovuşacağıq).

Daha sonra o açıq məkanda dağın kənarı—Ühüdə daxil olduqda sənin sağ tərəfində yerləşən məscidə daxil olaraq orada namaz qılırsan. Həzrət Peyğəmbər (s) bu məscidin kənarından Ühüdə tərəf xaric olur və orada olan müşriklərlə üzləşdikdə namaz vaxtı çatarkən orada namaz qılırdı.

Bundan sonra yenidən şəhidlərin qəbrinə tərəf geri qayıdıb, onun kənarında öz vacib namazını qılırsan. Sonra irəli və özünlə üzbə-üz olaraq gedərək Əhzab məscidinə çatır və orada namaz qılaraq Allahı çağırırsan. Həzrət Peyğəmbər (s) Əhzab döyüşü günündə orada dua edərək belə demişdir:

«Ey giriftarların fəryadına çatan! Ey çarəsizlərin duasına cavab verən! Ey qəmginlərin pənahı! Mənim narahatçılığım və qəm-qüssəmi aradan apar ki, Sən mənim və dostlarımın halını görürsən».904

PEYĞƏMBƏRİN (S) MƏSCİDİ


1. Məscidin tikilməsi:

850. Həzrət imam Sadiq (ə) buyurub: «Həzrət Peyğəmbər (s) öz məscidini bir sıra çiy kərpic ilə tikdi. Müsəlmanlar çoxaldıqda, dedilər: Ey Allahın elçisi! Ey kaş məscidin genişlənməsi üçün göstəriş verərdin! Həzrət (s) qəbul edərək ona göstəriş verdi və beləliklə də onu bir yarım çiy kərpicdən tikdilər. Müsəlmanlar çoxaldıqda yenə də dedilər: Ey Allahın elçisi! Ey kaş məscidin artırılması üçün göstəriş verəydin! Həzrət Peyğəmbərdə (s) bu təklifi qəbul etdi və beləliklə də onun genişlənməsi üçün göstəriş verdi və məscidi iki sıra çiy kərpicdən tikdilər.

Daha sonra istilik çoxaldıqda, dedilər: Ey Allahın elçisi! Ey kaş məscidin üzərinə bir kölgəsalanın vurulmasını göstəriş verəydin. Həzrət Peyğəmbərdə (s) xurma ağaclarını sütun olaraq qoyulmasına göstəriş verdi. Dha sonra xurma və izxirin (bir növ bitki) enli budaqları ilə onun üstünü örtdülər.

Daha sonra yağış mövsümündə onların üstünə yağış damcıları töküldükdə dedilər: Ey Allahın elçisi! Ey kaş məscidin üstünü gil ilə örtməyə göstəriş verəydin. Həzrət (s) buyurdu: Xeyr, yalnız Musanın tavanı və gölgə salanı olsun». Həzrət Peyğəmbər (s) dünyadan gedənədək məscid belə idi. Məscidin divarı onun üstünə gölgə salan vurulmazdan qabaq insan hündürlüyündə idi. Gölgə bir zira həddinə çatdıqda, Zöhr namazını, gölgə iki zira həddinə çatdıqda isə Əsr namazını qılırdı».905

851. Ənəs nəql etmişdir ki, Həzrət Peyğəmbər (s) Mədinəyə gəldikdə məscid tikilməsinə göstəriş verib, buyurdu: «Ey Bəni Nəccar! Onun qiymətini məndən tələb edin». Dedilər: Onun qiymətini Allahdan başqa heç kimdən tələb etmirik. Daha sonra müşriklərin qəbrlərinin qazılmasına göstəriş verdi. Beləliklə də viranlıqları bərabərləşdirib, xurma ağaclarını kəsərək onları məscidin qiblə tərəfinə düzdülər».906

2. Məscidin miqyası:

852. Həzrət Peyğəmbər (s) buyurub: «Əgər mənim bu məscidim (Yəmənin) Sən᾽a şəhərinə qədər tikilsəydi, yenə də mənim məscidim olardı».907

853. Əbdül-Ə᾽la nəql etmişdir ki, imam Sadiq (ə)-a ərz etdim: Həzrət Peyğəmbərin (s) məscidi nə qədər idi? Həzrət (ə) buyurdu: «Üç min altı yüz sınaq zira᾽ miqdarında idi».908

854. Zərih Məharibi nəql etmişdir ki, imam Sadiq (ə)-dan məscidin miqyasını soruşduqda, buyurdu: «(buyurduğun yazmayıb)

Və minbərin arxasında bir yol var idi ki, oradan qoyun və ya əyri getmək istəyən və məscidin mühəvvətəsini yalnız yerə döşənmiş daşa qədər güman edənlər keçirdilər».909

855. Həzrət imam Sadiq (s) buyurub: « Həzrət Peyğəmbərin (s) məscidində «Rövzənin» miqyası kölgəsalanlar, məscidin miqyası isə yola tərəf məscidin sağ tərəfində və gecə bazarının yaxınlığında yerləşən iki sütuna qədərdir».910

HƏZRƏT PEYĞƏMBƏRİN (S) MƏSCİDİNİN GENİŞLƏNDİRİLMƏSİ BARƏDƏ İZAH


Həzrət Peyğəmbərin (s) məscidi də Məscidul-həram kimi dəfələrlə genişləndirilmənin şahidi olmuşdur. İlk dəfə olaraq hicri-qəməri tarixi ilə 7-ci ildə onun banisi həzrət Məhəmmədin (s) mübarək əli ilə genişləndirilmişdir. Daha sonra 17-ci hicri-qəməri tarixində Ömər və 29-u hicri-qəməri-tarixində isə Osman məscidin qərb və şərq tərəflərinə azacıq bir hissəni əlavə etdilər. Osman məscidin qiblə (cənub) tərəfinə bir neçə sütun qoyduraraq onun üçün mehrab düzəltdi.

Hicri-qəməri tarixi ilə 88-ci ildə Ömər ibni Əbdil-Əziz Mədinənin hakimi olan zaman Vəlid ibni Əbdül-Məlik tərəfindən məscidin şərq və qərb tərəflərinə altı sütun, şimal tərəfinə isə on dörd sütun qoydurdu.

Məhdi Abbasi isə 161-ci hicri-qəməri tarixində məscidin şimal hissəsini artırmışdır.

Osmani padşahlarının zamanında da məsciddə bir sıra tə᾽mir və genişləndirmə əməliyyatları həyata keçirilmiş və bu işlər Əbdül-Məcid Osmaninin dövranında daha çox və gözə çarpan olmuşdur. Belə ki, onun bu işləri 1265-ci hicri-qəməridən xilafətinin sonunadək (1277,h.q) davam etmişdir.

Müasir dövrdə 1406-cı hicri-qəməri tarixində məscidin qiblə tərəfindən başqa bütün tərəfləri geniş şəkildə artırılmış və beləliklə də məscid bir neçə bərabər genişlənmişdir. Həmçinin namaz qılmaq üçün məscidin çölünün yeri daşla döşənmişdir. Qeyd etmək lazımdır ki, fəqihlər Peyğəmbərin (s) məscidinə aid olan xüsusi hökmlərin əlavə olunmuş yerlərə də aid olması barədə qəti olaraq hökm irəli sürməmişlər.

Həzrət Peyğəmbərin (s) məscidi iki dəfə yanğın hadisəsinə mə᾽ruz qalmışdır. İlk dəfə 654-ci hicri-qəməri tarixi ilə «Əl-mö᾽təsim Billah»ın xilafəti zamanında yanmış və tədricən tə᾽mir olunmuşdur. Daha sonra 886-cı ildə həzrət Peyğəmbərin (s) otağı və məscidin günbəzindən başqa hamısı yanmış və Misir padşahının təşəbbüsü ilə yenidən tikilmişdir ki, bu iş 888-ci hicri-qəməri ilində sona çatmış və eyni halda məscidin şərq hissəsi genişləndirilmişdir.

3. Məscidin fəziləti:

856. Həzrət Peyğəmbər (s) buyurub: «Yalnız üç məscidə tərəf səfərə çıxılır: Kə᾽bə məscidi, mənim məscdim və Beytül-müqəddəsdə yerləşən İlya məscidi».912

858. Həzrət Peyğəmbər (s) buyurub: «Hər kəs təharətli halda çölə çıxıb yalnız mənim bu məscidimə gəlib, orada namaz qılmaq niyyətində olarsa, sanki həcc əməlini əncam vermişdir».913

4. Orada namaz qılmağın fəziləti:

859. Həzrət Peyğəmbər (s) buyurub: «Mənim məscidimdə qılınan bir namaz, Məscidul-həramdan başqa məscidlərdə qılınan min namaza bərabərdir».914

860. Həzrət Peyğəmbər (s) buyurub: «Mənim bu məscidimdə qılınan bir namaz, Məscidul-həramdan başqa yerlərdə qılınan min namazdan üstündür».915

861. Həzrət Peyğəmbər (s) buyurub: «Mənim məscidimdə namaz qılmaq, başqa məscidlərdə qılınan on min namaz ilə bərabərdir. Amma Məscidul-həramda qılınan bir namaz yüz min namaza bərabərdir»916

862. Həzrət Peyğəmbər (s) buyurub: «Bir şəxsin öz evində qıldığı namaz, elə bir namaz bərabərindədir.... Onun mənim məscidimdə qıldığı namazı əlli namaz, Məscidul-həramda qıldığı namazı isə yüz min namazla bərabərdir».917

863. Həzrət Peyğəmbər (s) buyurub: «Hər kəs bircə namazı belə qəzaya getməmiş halda mənim məscidimdə qırx namaz qılarsa, onun üçün Cəhənnəm və əzabdan nicat tapmaq yazılar və ikiüzlülükdən də paklaşar».918

864. Həzrət imam Sadiq (ə) buyurub: «Bacardığınız qədər bu məsciddə çoxlu namaz qılın ki, bu sizin üçün daha yaxşıdır və bilin ki, bə᾽zi vaxtlar bir şəxs dünya işlərində zirəng olduğu üçün deyirlər: Filankəs necə də zirəngdir!

Bəs görəsən Axirət işində zirəng olan şəxs necə olacaqdır?».919

865. Əbu Bəkr Xəzrəmi nəql etmişdir ki, imam Sadiq (ə) mənə bacardığım qədər Peyğəmbərin (s) məscidində namaz qılmağıma göstəriş verib buyurdu: «Və belə də deyildir ki, istədiyin hər bir vaxtda bacarasan».920

866. Əmmar ibni Musa Sabati nəql etmişdir ki, imam Sadiq (ə)-dan soruşdum: Həzrət Peyğəmbərin (s) məscidində qılınan namaz Mədinə şəhərində qılınan namaz kimidirmi? Həzrət (ə) buyurdu: «Xeyr, çünki Peyğəmbərin (s) məscidində qılınan namaz min namazla bərabərdir. Mədinədə qılınan namaz isə başqa şəhərlərdə qılınan namaz kimidir!».921

5. Orada namazın bütöv qılınması:

867. Həzrət imam Sadiq (ə) buyurub: «Dörd yerdə namaz bütöv və tamamdır: Məscidul-həram, Peyğəmbərin məscidi, Kufə məscidi və imam Hüseyn (ə)-ın hərəmi».922



6. Onun qaydaları:

868. Həzrət imam Sadiq (ə) buyurub: «Məscidə daxil olduqda, Mədinə şəhərində çərşənbə, cümə axşamı və cümə günlərini qala bilsən, çərşənbə günü qəbr ilə minbər arasında və qəbrə yaxın olan sütunun yanında namaz qılıb, dua et və dünya və Axirətə aid olan hacətlərini Allahdan istə.

İkinci gün «tövbə» sütunu, üçüncü gün isə ətiri çox olan sütunun müqabili və həzrət Peyğəmbərin (s) yerinin kənarında bu əməlləri yerinə yetir. Beləliklə bu sütunların yanında hər bir hacət üçün Allahı çağırır və bu üç gündə oruc tutursan».923

869. Həzrət imam Sadiq (ə) buyurub: «Mədinədə üç gün qaldıqda, çərşənbə günü oruc tutub o gecə Əbu Lubabə sütununun (yə᾽ni, Əbu Lubabənin özünü bağlayıb və beləliklə də ayə nazil olaraq asimandan onun üzrünün qəbul olunmasının e᾽lan edildiyi tövbə sütununun) kənarında namaz qılır və çərşəmbə günü isə onun kənarında əyləşirsən.

Sonra cümə axşamının gecəsi Peyğəmbərin (s) yerinin yaxınlığında olan sütunun yanına gəlir və öz gecə və gündüzünü, cümə axşamının günü isə oruc tutursan. Əgər bu üç gündə çarəsizlik hallarından başqa bir ilə danışmamağa imkanın olsa, belə et.

Həmçinin zəruri hallardan başqa məsciddən xaric olma və doqquz gecə və doqquz gün yatmamağı bacarsan, belə et. Çünki bunların hamısı fəzilət sayılır.

Daha sonra cümə günü Allaha həmd və səna deyib, Peyğəmbərə (s) salavat göndər və hacətlərini istə. Dualarından bir də belə olsun:

“Allahummə ma kanətli iləykə min hacətin şərə᾽tu ənə fi tələbiha vəltimas


kinsinlər. «Rəfəs»-(cinsi) yaxınlıq, «fusuq»-söyüş, «cidal»-isə insanın mübahiha əv ləm əşrə᾽. Sə᾽əltukəha əv ləm əs᾽əlkəha, fəinni ətəvəccəhu iləykə binəbiyyikə Muhəmmədin nəbiyyir-rəhməti səlləllahu ələyhi və Alihi fi qəzai həvaici səğriha və kəbiriha”.

Bundan sonra həqiqətən Allahın sənin hacətlərini həyata keçirməyə layiqlisən. İnşaallah».924

870. Həzrət imam Sadiq (ə) buyurub: «Həzrət Peyğəmbərin (s) qəbri yanında dua edib qurtardıqdan sonra, minbərin yanına gedib ona əl çək və aşağıda olan iki (bir şey yoxdur, məşdi özün bax) tutub, gözlərin və üzünü ona sürt ki, deyilənə görə o, gözün şəfasıdır. Onun yanında duraraq Allaha həmd və səna deyib, hacətini istə ki, həzrət Peyğəmbəri (s) buyurub: «Minbər ilə mənim evimin arasında Behişt bağlarından olan bir bağ vardır və mənim minbərim Behiştin kiçik qapılarından birinin üzərində yerləşmişdir». Daha sonra Həzrət Peyğəmbərin (s) yerinə yaxınlaşıb istədiyin qədər orada namaz qılırsan. Həzrət Peyğəmbərin (s) məscidinə daxil olub və oradan xaric olarkən o Həzrətə (s) salavat göndər və həzrət Peyğəmbərin (s) məscidində çoxlu namaz qıl».925

871. Həzrət imam Sadiq (ə) buyurub: « Həzrət Peyğəmbərin (s) məscidində namaz qılmaq üçün ən yaxşı yer qəbrin yaxınlığıdır. Mədinəyə daxil olduqda, qüsl edərək məscidə gedib, Həzrət Peyğəmbərin (s) qəbrindən başlayaraq onun yanında dur. Həzrət Peyğəmbərə (s) salam verib, o Həzrətin peyğəmbərliyi onu yetirməsinə şəhadət ver. Həmçinin o Həzrətə çoxlu salavat göndərib, Allah-taala sənə imkan verənədək orada dua oxu».926



Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin