Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,64 Mb.
səhifə17/22
tarix21.10.2017
ölçüsü3,64 Mb.
#8720
1   ...   14   15   16   17   18   19   20   21   22

ALTINCI FƏSİL

KİÇİK HƏCC

ÖMRƏNİN FƏZİLƏTİ


780. Həzrət Peyğəmbər (s) Əmr ibni Həzmi Nəcranın tə᾽yin edərkən, ona yazdığı məktubunda belə buyurdu: «Ömrə, kiçik həccdir».835

781. Ömər ibni Uzəynə nəql etmişdir ki, imam Sadiq (ə)-dan Allah-taalanın “Əl-həccul-əkbər” sözü barədə soruşduqda, o həzrət (ə) buyurdu: «Böyük həcc, Ərəfatda dayanıb, şeytanlara daş atmaq, kiçik həcc isə ömrə əməlindən ibarətdir».836

782. Müaviyətibni Əmmar nəql etmişdir ki, imam Sadiq (ə)-dan “Böyük həcc günü” barədə soruşduqda buyurdu: O, Qurban bayramı günüdür, kiçik həcc isə ömrə əməlidir».837

783. Həzrət Peyğəmbər (s) buyurub: «Bil ki, Ömrə əməli kiçik həccdir və bir ömrə əməli dünya və ondan olan hər bir şeydən üstündür. Bir həcc əməli isə ömrə əməlindən üstündür».838

784. Həzrət Peyğəmbər (s) buyurub: «Həccin əcri, Behiştdir. Ömrə əməli isə hər bir günahın kəffarəsidir».839

785. Həzrət Peyğəmbər (s) buyurub: «Bir ömrə əməli, növbəti ömrə əməlinədək o iki ömrə arasında olan günahların kəffarəsidir».840

786. Həzrət Peyğəmbər (s) buyurub: «Hər kəs həcc və ömrə əməlini əncam verib, günah etməsə, anası onu dünyaya gətirdiyi gün kimi günahsız halda qayıdar».841

787. Həzrət Peyğəmbər (s) buyurub: «Dörd nəfərin duası rədd olunmaz və beləliklə də asimanın qapıları onlar üçün açılar və duaları ərşə çatar: Atanın övladı üçün dua etməsi, məzlumun zalım əleyhinə dua etməsi, ömrə əməlini əncam verən şəxs—evinə qayıdanadək və orucunu açanadək oruc tutan şəxs».842

788. Həzrət Peyğəmbər (s) buyurub: «Böyük, kiçik, zəif və qadının cihadı, həcc və ömrədir».843

789. Həzrət Peyğəmbər (s) buyurub: «Həcc, cihaddır. Ömrə isə müstəhəbdir».844

790. Cabir nəql etmişdir ki, həzrət Peyğəmbərdən (s) soruşdular: Ömrə əməli vacibdirmi? Həzrət (s) buyurdu: «Xeyir, amma onu əncam verməyiniz daha yaxşıdır».845

791. Əbdür-Rəhman ibni Səmurə nəql etmişdir ki, bir gün həzrət Peyğəmbərin (s) hüzurunda idik ki, buyurdu: «Dünən gecə maraqlı şeylər gördüm!» Soruşduq: Ey Allahın elçisi! Nə gördünüz? Canımız və ailəmiz sizə fəda olsun! Bizə də deyin! Həzrət Peyğəmbər (s) buyurdu: «Ümmətimdən bir kişini gördüm ki, qarşı, arxa, sağ və sol tərəfləri qaranlıq olaraq bütövlükdə qaranlıqda qərq olunmuşdu. Amma onun həcc və ömrə əməlləri gəldikdə, onu qaranlıqdan qurtararaq, nur içərisinə daxil etdilər».846

792. Həzrət Peyğəmbər (s) buyurub: «Hər kəs ömrə niyyəti ilə çölə çıxıb yolda ölsə, Qiyamət gününədək onun üçün ömrə əməlini əncam verən şəxsin savabı yazılar».847

793. Ayişə “ömrə”yə getdikdə, həzrət Peyğəmbər (s) ona buyurdu: «Sənin savabın, çəkdiyin əziyyət və xərclədiyin pul miqdarındadır».848

794. Həzrət Peyğəmbər (s) buyurub: «Ömrənin həccə nisbəti, başın bədənə və (fitrə) zəkatının oruca olan nisbəti kimidir».849

795. Zürarə nəql etmişdir ki, imam Baqir (ə)-a dedim: Fəzilət baxımından həccdən sonra olan əməl nədir?

Həzrət (s) buyurdu: Müfrədə ömrəsidir. Daha sonra istədiyi hər hansı bir yerə getsin».850

796. İmam Kazim (ə) buyurub: «Allah-taala vacib namazı müstəhəb (nafilə) namazı ilə, Ramazan ayının orucunu müstəhəb oruc ilə, həcci ömrə ilə və zəkatı isə sədəq ilə kamilləşdirmişdir».851



İncə mə᾽na:

1. Deyilənə görə Ərəfə günü Cümə gününə düşdükdə, o ilin həcci “Böyük həcc” adlanır. Lakin rəvayətlərdə bunun üçün heç bir dəlil tapa bilməmişik.

Hədislər baxımından “Böyük həcc” “Ərəfat” və “Mina”-da dayanmaq ömrə əməlinə deyilən “kiçik həccin” müqabilindədir.

2. Tövbə surəsinin 3-cü ayəsində buyurulmuş “yovmul-həccil-əkbər” sözü, bir çox rəvayətlərdə “yovmun-nəhr”-ə, bə᾽zi rəvayətlərdə isə “Ərəfə günü”-nə aid edilmişdir.


HƏR AYDA BİR ÖMRƏ


797. Həzrət imam Sadiq (ə) buyurub: «Həzrət Əli (ə) buyururdu: Hər ayda bir ömrə əməli vardır».852

798. Həzrət imam Sadiq (ə) buyurub: «Bir il, on iki aydan ibarətdir və hər bir ayda bir dəfə ömrə əməli əncam verilir».853

799. Əliyyibni Həmzə, imam Kazim (ə)-dan nəql etmişdir ki, o Həzrət (ə) buyurub: «Hər ay üçün bir ömrə əməli əncam verilir». Soruşdum: Ondan az da olurmu? Həzrət (ə) buyurdu: Hər on gün üçün bir ömrə vardır».854

Bəyan:


Əllamə Məclisi (rə) buyurub: Fəqihlər bu barədə müxtəlif nəzərlər irəli sürmüşlər: Seyyid Mürtəza (rə), İbni İdris (rə), Mərhum Mühəqqiq (rə) və başqaları hər hansı bir tərzdə iki ömrə əməlini ardıcıl olaraq yerinə yetirməyi caiz bilmişlər.

İbni Əbi Əqil (rə) deyir: Bir ildə iki dəfə ömrə əməlini əncam vermək caiz deyildir. Şeyx Tusi özünün Məbsut kitabında deyir: İki ömrə əməli arasında olan ən az fasilə on gündür.

Əbus-Səlah, İbni Həmzə və habelə Mühəqqiq özünün “Ən-Nafe᾽” və Əllamə (rə) isə özünün “Muxtələfuş-şiə” kitabında bu fasilənin bir ay olduğunu bildirmişlər. Hər ayda bir ömrəni caiz bilən rəvayətlərə əsaslanmağı aradan aparmaq olar. Belə ki, bu kimi rəvayətlər bir ayda ömrə əməlinin təkrar olunmasını aydın şəkildə qadağan etmir. Çünki bir aya məxsus olmağın mə᾽nası, hər ayda ömrə əməlinin əncam verilməsinin haqqında tə᾽kid olunmuş müstəhəb işlərdən sayılması mə᾽nada olması da mümkündür. [Bundan az olması üçün sə᾽y göstərilməlidir].

“Cəvahir” kitabının müəllifi deyir: İki ömrə əməli arasında olan ən az fasilə on gündür. Qəbul olunmuş bu nəzəriyyə isə yazıdan nəql olunmuşdur».

İmam Xomeyni (rə) buyurur: «İki ömrə arasında olan fasilənin miqdarında müxtəlif nəzərlər irəli sürülmüşdür. Ehtiyata əsasən, bir aydan az olan fasilədə, ömrə əməlini savab ümidi ilə yerinə yetirsinlər».

RƏCƏB AYINDA ÖMRƏNİN FƏZİLƏTİ


800. Həzrət Peyğəmbər (s) buyurub: «Ən üstün ömrə, Rəcəb ayının ömrəsidir».855

801. Həzrət imam Sadiq (ə) buyurub: «Ömrə əməlini əncam verən şəxs, ilin hər hansı bir ayında onu yerinə yetirə bilər. Amma ən üstün ömrə əməli, Rəcəb ayının ömrəsidir».856

802. Mərhum Şeyx Tusi imamlardan (ə) nəql etmişdir ki, Rəcəb ayının ömrəsi fəzilət baxımından həccdən sonradır».857

803. Müaviyətibni Əmmar nəql etmişdir ki, imam Sadiq (ə)-dan soruşdular: Hansı ömrə daha üstündür? Rəcəb ayının ömrəsi, yoxsa Ramazan aynda əncam verilən ömrə əməli?

Həzrət (ə) buyurdu: «Xeyr, əksinə Rəcəb aynın ömrəsi daha üstündür».858

804. Həzrət imam Sadiq (ə) buyurub: «Rəcəb ayından bir gün qalan halda ehram bağlasan, sənin ömrən Rəcəbiyyədir».859

847. 

848. 


849. 

850.am halındYə᾽ni, Rəcəb ayında əncam verilən ömrə əməli sayılır).

805. Əliyyibni Cə᾽fər nəql etmişdir ki, imam Kazim (ə)-dan soruşdum: Rəcəb ömrəsi nədir? Həzrət (ə) buyurdu: «Rəcəb ayında ehram bağladıqda—bir günü qalıb, (həmçinin) Şə᾽ban ayına çatsan belə—Rəcəb ayının ömrəsini dərk etmisən. Çünki Rəcəb ayında ehram bağlasan, (o ömrə əməli) Rəcəb ömrəsi sayılır».860

RAMAZAN AYINDA ÖMRƏ ƏMƏLİNİN FƏZİLƏTİ


806. Yusif ibni Əbdillah ibni Səlam, nənəsi Ümmü Mə᾽qildən nəql etmişdir ki, həzrət Peyğəmbər (s) sonuncu vida həcci yerinə yetirdikdə bizim bir dəvəmiz var idi ki, Əbu Mə᾽qil onun Allah yolunda işlədilməsini vəsiyyət etmişdi. Mən xəstələndim, Əbu Mə᾽qil isə dünyadan getdi. Həzrət Peyğəmbər (s) həccə gedib,qayıtdıqdan sonra hüzuruna getdim. O Həzrət (s) buyurdu: «Ey Ummu Mə᾽qil! Nə üçün bizimlə birlikdə həccə gəlmədin?»

Dedim: Həcc üçün hazırlaşmışdıq ki, Əbu Mə᾽qil dünyadan getdi və həccə getmək üçün bir dəvəmiz var idi ki, Əbu Mə᾽qil onun Allah yolunda işlədilməsini vəsiyyət etdi.

Həzrət (s) buyurdu: «Nə üçün o dəvə ilə həccə gəlmədin? Həcc də Allah yoludur! Beləliklə bizimlə birgə həcci əldən verdiyin üçün həcc kimi sayılan Ramazan ayında ömrəyə get».

Ummu Mə᾽qil deyirdi: »Həcc həccdir, ömrə isə ömrədir. Bunu həzrət Peyğəmbər (s) mənə buyurmuşdur. Amma bilmirəm ki, görəsən təkcə mənim üçün belədirmi?»861

807. Vəlid ibni Səbih nəql etmişdir ki, imam Sadiq (ə)-a ərz etdim: Bizə belə çatmışdır ki, Ramazan ayının ömrəsi həcc ilə bərabərdir.

Həzrət (s) buyurdu: «Bu o qadının haqqındadır ki, həzrət Peyğəmbər (s) ona və᾽d edərək buyurdu: «Ramazan ayında ömrə əməlini yernə yetir ki, sənin üçün bir həcc kimidir».862

808. Həmmad ibni Osman nəql etmişdir ki, imam Sadiq (ə) ömrəyə getmək istədikdə Ramazan ayının 23-cü gününün sübh çağını gözləyir və o gün ehram bağlayaraq çölə çıxırdı».863

809. Əliyyibni Hədid nəql etmişdir ki, 213-cü ildə Ramazan ayında Mədinənin sakini idim. Fitr bayramı yaxınlaşdıqda, imam Cavad (ə)-a məktub yazaraq soruşdum: Ömrə üçün Ramazan ayında səfərə çıxmağım yaxşıdır, yoxsa ayın sonunadək səbr edib, oruclarımı tutmağım?

O Həzrət (ə) öz xətti ilə mənə məktub yazıb buyurdu: «Allah sənə rəhm etsin. Soruşdun ki, hansı ömrə əməli üstündür. Ramazan ayının ömrəsi üstündür. Allah sənə rəhm etsin».864

810. Həzrət Peyğəmbər (s) buyurub: «Həcc aylarında ömrə əməlini əncam verib geri qayıdan və həcc əməlini yerinə yetirməyən şəxs, müfrədə ömrəsini əncam vermişdir. Əgər həcci əncam versə, onun ömrə əməli təməttö᾽ sayılır».865

811. Həzrət imam Sadiq (ə) buyurub: «İmam Hüseyn (ə) Zi Hiccə ayında ömrəni əncam verib, Tərviyə (Zi hiccənin səkkizinci) günündə xalq Minaya tərəf gedən halda, İraqa tərəf getdi. Həcc əməlini əncam vermək istəməyən şəxsin Zi hiccə ayında ömrəyə getməsinin heç bir eybi yoxdur».866

812. Həzrət imam Sadiq (ə) buyurub: «Həcc aylarında müfrədə ömrənin heç bir eybi yoxdur. Daha sonra öz ailəsinə tərəf qayıdır».867

813. Həzrət imam Sadiq (ə) buyurub: «Məbtulə (kəsilmiş) ömrə odur ki, bir şəxs Allah evini təvaf edib, Səfa və Mərvə arasında sə᾽y etdikdən sonra ehramdan xaric olsun. Daha sonra o saatda qayıtmaq istədikdə, qayıdıb köçür».868

HƏZRƏT PEYĞƏMBƏRİN (S) ÖMRƏ ƏMƏLLƏRİ


814. Həzrət imam Sadiq (ə) buyurub: «Həzrət Peyğəmbər (s) bir-birindən ayrı olan üç ömrə əməlini əncam verdi: Onlardan biri Ziqədə ayında Usfandan ehram bağladığı Hüdeybiyyə ömrəsi, biri Cöhfədən ehram bağladığı qəza ömrəsi, digəri isə Hünəyn və Taif döyüşündən qayıtdıqdan sonra Ci᾽ranədən ehram bağladığı ömrə əməli idi».869

815. İbni Abbas (rə) nəql etmişdir ki, həzrət Peyğəmbər (s) dörd qəza əməlini əncam vermişdir: Hüdəybiyyə ömrəsi, sonrakı ildə qəza ömrəsi, Ci᾽ranədən (ehram bağladığı ömrə) və öz həcci ilə birgə əncam verdiyi ömrə».870

816. Əbu İshaq nəql etmişdir ki, Məsruq, Əta və Mücahiddən soruşduqda, dedilər: Həzrət Peyğəmbər (s) Zi hiccə ayında həcc əməlini əncam verməzdən qabaq ömrə əməlini yerinə yetirdi. Həmçinin Bura ibni Hazimdən eşitdim ki, deyirdi: Həzrət Peyğəmbər (s) Zi Qə᾽də ayında həcc əməlini əncam verməzdən qabaq iki dəfə ömrə əməlini yerinə yetirdi».871

817. Muhərriş Kə᾽bi nəql etmişdir ki, həzrət Peyğəmbər (s) ömrə niyyəti ilə gecə çağı «Ci᾽ranə»dən xaric olaraq gecə Məkkəyə çatıb, ömrə əməlini yerinə yetirdi. Daha sonra gecə çölə çıxdı və gecəni orada olan kimi sübh çağı «Ci᾽ranə»də idi.

Sabahsı günün zöhr çağı «Sərif»in ortasından çölə çıxıb, əsil yol sayılan cəm᾽—(Müzdəlifə) yolundan gəldi. Elə buna görə də o Həzrət (s) ömrə əməli xalq üçün gizli qaldı».872

Bəyan:

Həzrət Peyğəmbərin (s) əncam verdiyi ömrələrin sayı və zamanı barədə müxtəlif rəvayətlər nəql olunmuşdur ki, onlardan belə nəticəyə gəlmək olar: «Həzrət Peyğəmbər (s) üç dəfə müfrədə ömrə əməlini əncam vermişdir». O Həzrətin (s) ömrələrinin dörd olmasını göstərən rəvayətlər həccətul-vida (son həccin) ömrəsin ona əlavə etmişlər. Onların sayının iki dəfə olduğunu bildirən rəvayətlər isə yalnız o Həzrətin (s) aşkar ömrələrini bəyan etmişdir. Başqa sözlə, həzrət Peyğəmbər (s) Hünəyn döyüşündən sonra gecə çağı «Ci᾽ranə»dən Məkkəyə gəlib, ömrə əməlini əncam verdikdən sonra yenidən «Ci᾽ranə»yə qayıtdı və sübh çağı başqaları kimi yuxudan ayıldığına görə onun ömrə əməli başqaları üçün gizli qaldı.

Hədis alimlərinin çoxu o Həzrətin (s) ömrələrinin Zi Qə᾽də ayında həyata keçirildiyini vurğulamış, bə᾽ziləri isə Şəvval və Rəcəb aylarını da ona əlavə etmişlər.


Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin