Бисмиллаһир-рәҺМАНир-рәҺИМ


ÜÇÜNCÜ FƏSİL HƏCCİN VACİB ƏMƏLLƏRİ



Yüklə 3,64 Mb.
səhifə8/22
tarix21.10.2017
ölçüsü3,64 Mb.
#8720
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

ÜÇÜNCÜ FƏSİL

HƏCCİN VACİB ƏMƏLLƏRİ

HƏCCİN VACİB ƏMƏLLƏRİNİN KÜLLİYATI


433. Həzrət imam Əli (ə) buyurub: Həccin hüdudu (qaydaları) dörd şeydir: Ehram, Kə᾽bənin təvafı, Səfa və Mərva (dağları) arasında s᾽əy etmək, iki dayanacaqda (Ərəfat və Minada) dayanmaq və bu əməllərə aid olan və birləşən (əməllər). Beləliklə hər kəs bu hüdudu tərk edərsə, kəffarə verib, yenidən həcc (əməlini əncam verməsi) vacibdir.474

434. Həzrət imam Sadiq (ə) buyurub: Həccin vacib əməlləri belədir:Ehram, dördlük təlbiyə (yə᾽ni, ləbbəykəllahummə ləbbəyk, ləbbəyk la şərikə ləkə ləbbəyk, innəl-həmdə vən-ni᾽mətə ləkə vəl-mulk, la şərikə ləkə). Ömrə əməli üçün Allah evinin təvafı vacibdir. İbrahim məqamının kənarında iki rək᾽ət təvaf namazı qılmaq vacibdir. Səfa və Mərva dağları arasında sə᾽y etmək vacibdir. Həcc təvafı və İbrahim məqamı yaxınlığında iki rək᾽ət həcc təvafının namazı vacibdir. Daha sonra Səfa və Mərva dağları arasında sə᾽y etmək vacibdir. Nisa təvafı və İbrahim məqamı yaxınlığında iki rək᾽ət nisa təvafının namazı vacibdir. Ondan sonra isə Səfa və Mərvə arasında sə᾽y etməlidir. Məş᾽ərdə dayanmaq və «təməttö» həcci əncam verən şəxsin qurban kəsməsi vacibdir. Ərəfatda dayanmaq vacib, başı qırxdırıb şeytana daş atmaq isə sünnədir.475

Bəyan:

Rəvayətlərdə Allahın birbaşa olaraq verdiyi göstərişlərə «fərizə» (vacib), həzrət Peyğəmbər (s) vacib etdiyi əməllərə isə «sünnə» deyilmişdir ki, əməl və vəzifə məqamında onların heç biri tərk olunası deyildir.



Qeyd etmək lazımdır ki, «sünnə» sözü iki mə᾽nadan ibarətdir. Belə ki, vacib sünnədən əlavə müstəhəb (və bəyənilmiş) sünnə də varımızdır.

TƏMƏTTÖ᾽ ÖMRƏSİNİN VACİB ƏMƏLLƏRİ


1. Ehram:

EHRAMIN HİKMƏTİ


435. Həzrət imam Sadiq (ə) buyurub: Ehram, hərəmə görə vacib olmuşdur.476

436. Həzrət imam Rza (ə) buyurub: Həqiqətən xalq ilahi hərəmə daxil olmazdan qabaq (Allahdan qorxu) tapmaq, dünyanın işləri, bəzəkləri və ləzzətlərinə məşğul olmamaq və üz gətirdikləri (Allah yolunda) dözümlü olub, bütün varlıqları ilə Allah evinə üz gətirmək üçün ehram bağlamağa mə᾽mur olmuşlar. Bundan əlavə ehramda Allah-taala və Onun evinin ehtiramı, həmçinin ilahi savaba ümidvar və ilahi qəzəbdən qorxan halda Allaha tərəf getmək istəyən və habelə Ona tərəf gedən və təvazökarlıqla Allaha üz gətirən hacılar qarşısında təvazökarlıqdır.477


EHRAMIN MİQATLARI


437. Həzrət imam Sadiq (ə) buyurub: Ehram, Həzrət Peyğəmbərin (s) tə᾽yin etdiyi beş miqatdan biridir. Həcc və ömrə əməllərini əncam verən şəxsin ondan qabaq və ya sonra ehram bağlaması layiq deyildir. Həmiçinin heç bir kəsin həzrət Peyğəmbərin (s) miqatlarından üz döndərməsi də layiq deyildir.478

438. Həzrət imam Sadiq (ə) buyurub: Həcc və ömrə əməllərinin tamamlanmaq şərtlərindən biri də Həzrət Peyğəmbərin (s) tə᾽yin etdiyi miqatlardan ehram bağlayıb ehramsız halında o yerlərdən keçməməyindir. Həqiqətən həzrət Peyğəmbər (s) o gün İraq olmayan vaxtda onun əhalisi üçün «əqiq» vadisi, Yəmən əhalisi üçün «yələmləm», Taif əhalisi üçün «tərnəl – mənazil», Məğrib yə᾽ni, Şam əhalisi üçün «cuhfə və ya muhəyə᾽ə» və Mədinə əhalisi üçün «zul-huləyfə» miqatlarını tə᾽yin etmişdir. Hər kəsin evi Məkkəyə tərəf bu miqatların arxasında olarsa, onun mənzili öz miqatı sayılır.479

439. İbni Abbas buyurub: Həzrət Peyğəmbər (s) Mədinə əhalisi üçün zul-huləyfə, Şam əhalisi üçün cuhfə, Nəcd əhalisi üçün qərnəl-mənazil və Yəmən əhalisi üçün yəlmələm miqatlarını qərar vermişdir. Bu miqatlar onlar və o yerlərə daxil olanlara məxsusdur. Onlardan hər biri Məkkəyə daha yaxın olsa, hərəkət etdiyi hər bir yerdən, hətta Məkkə əhalisinin miqatı Məkkənin özündən sayılır.480

EHRAMIN NECƏLİYİ


440. Həzrət imam Sadiq (ə) buyurub: Ehram yalnız vacib namazdan sonra həyata keçir və namazın salamından sonra möhrim olursan. Namaz müstəhəb olduqda isə, iki rəkət namaz qılıb salamdan sonra ehram bağlayırsan. Namazı bitirdikdən sonra Allaha həmd və səna deyərək, Peyğəmbərə salavat göndər və daha sonra belə de: İlahi! Səndən istəyirəm ki, məni öz çağırışına cavab verən, verdiyin və᾽də iman gətirən və göstərişindən itaət edənlərdən qərar verəsən. Mən Sənin bəndən və Sənin ixtiyarındayam. Yalnız Sənin hifs etdiyini hifs edir və yalnız Sənin əta etdiyini alıram. Həcci yad etmisən. Səndən istəyirəm ki, qəsdimi onun üçün möhkəmləndirib, Qur᾽anı, Peyğəmbərini davranışı və əncam verməyə gücüm çatmayan işlərdə mənə qüvvə bağışlayasan. Həmçinin mənim əməllərimi öz asanlıq və güzəştin ilə qəbul edib məni Öz qonaqlarından; — razı oludğun, əməllərini bəyəndiyin, adlarını çəkdiyin və yazdığın şəxslərdən qərar verəsən.

İlahi! Həcc və ömrə əməllərimi kamala çatdır. İlahi! Mən Sənin kitabın və peyğəmbərinin davranışı əsasında təməttö᾽ ömrəsi ilə həccə getmək istəyirəm. Beləliklə həccimin tamamlanmasının qarşısını alan bir mane olarsa, elə o yerdə məni ehramdan xaric et. İlahi! əgər həcc əməli mənə qismət olmasa ömrə əməlini mənə qismət et. Sənə görə tük, dəri, ət, qan, sümük, beyin və əsəbimi, qadınlar və gözəl geyim və ətirlərə haram edir və bu işlə Sənin razılığını və axirət evini axtarıram. Həzrət (ə) daha sonra buyurdu: Ehram vaxtı bunu bir dəfə də desən kafidir. Beləliklə ayağa qalxıb yol get və yer qarşında düz olduqda — istər piyada, istərsə də minmiş halda — ləbbəyk de.481

441. Həzrət imam Sadiq (ə) buyurub: Ehram və təməttö᾽ niyyətində olduqda belə de: İlahi! Fərman verdiyin təməttö᾽dən ömrə vasitəsilə həccə qədər əməlləri yerinə yetirmək istəyirəm. Beləliklə onu mənə asanlaşdır, məndən qəbul et və onları əncam verməkdə mənə kömək olub, Öz təqdirin ilə məni getmək saxladığın hər bir yerdə ehramdan xaric et. Mən dərimi qadınlar və gözəl ətir və paltarlara haram edirəm.

Bu duanı istəsən ayağa qalxan halda və ya istəsən tə᾽xirə salıb miniyinə minərkən onu qibləyə tərəf tutduqdan sonra de.482

442. Həzrət imam Sadiq (ə) buyurub: İraq tərəfdən «əqiq» və ya bu miqatlardan birinə çatıb Allahın izni ilə ehram bağlamaq istədikdə qolunun altının tüklərini qırxıb, dırnaqlarını tut və övrətini tüklərini təmizlə. Həmçinin buğunun tüklərini də azalt — bunların hansı birindən başlamağın fərqi yoxdur — daha sonra dişlərini yuyub, qüsl et və iki ehram paltarlarını geyin. Elə et ki, bu işlərdən zöhr çağı qurtara biləsən və zöhr çağı bu işləri qurtarmasan heç bir eybi yoxdur. Amma ixtiyar halında bu işlərin zöhr çağı qurtarmasını sevirəm.483

443. Həmmad ibni İsa nəql etmişdir ki, Həzrət imam Sadiq (ə)-dan ehrama hazırlıq barədə soruşduqda buyurdu: Dırnaqları tutmaq, buğu azaltmaq və övrət tüklərini təmizləmək ehram üçün hazırlıq işlərindəndir.484



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin