Бисмиллаһир-рәҺМАНир-рәҺИМ


DÖRDÜNCÜ FƏSİL İMAMLARIN (Ə) ZİYARƏTİ



Yüklə 3,64 Mb.
səhifə21/22
tarix21.10.2017
ölçüsü3,64 Mb.
#8720
1   ...   14   15   16   17   18   19   20   21   22

DÖRDÜNCÜ FƏSİL

İMAMLARIN (Ə) ZİYARƏTİ

ZİYARƏTLƏRİN SAVABI


918. Həzrət Peyğəmbər (s) buyurub: «Hər kəs məni və ya övladlarından biri ziyarət etsə, Qiyamət günündə onu ziyarət edər və o günün qorxularından ona nicat verərəm».973

919. Həzrət Peyğəmbər (s) buyurub: ...Hər kəs imam Həsən (ə)-ı Bəqi᾽ qəbristanlığında ziyarət etsə, ayaqlar büdrəyən gündə onun ayağı Sirat körpüsü üzərində möhkəm qalar».974

920. İbrahim ibni Əbdillah nəql etmişdir ki, Həsən ibni Əli (ə) dedi: «Ey Allahın elçisi! Bizi ziyarət edənin savabı nədir?» Həzrət Peyğəmbər (s) buyurub: «Hər kəs məni, ya atanı, ya qardaşını, ya da səni diri halda və ya vəfat etdikdən sonra ziyarət etsə, Qiyamət günündə ona nicat vermək mənim öhdəmdədir».975

921. Zeyd Şəhham nəql etmişdir ki, hzrət imam Sadiq (ə)-a ərz etdim: Sizlərdən birini ziyarət edənin savabı nədir? Həzrət (ə) buyurdu: «Bizi ziyarət edən şəxs, sanki həzrət Peyğəmbəri (s) ziyarət etmişdir».976

922. Əbu Əbdillah Hərrani nəql etmişdir ki, Həzrət imam Sadiq (ə)-a ərz etdim: Hüseyn (ə)-ın qəbrini ziyarət edənin savabı nədir? Həzrət (ə) buyurdu: «Hər kəs onun yanına gedib, onu ziyarət edərək yanında iki rəkət namaz qılsa, onun üçün bir həcc əməlinin savabı yazılar. Amma orada dörd rəkət namaz qılsa, onun üçün bir həcc və bir ömrə əməlinin savabı yazılar».

Dedim: Sizə fəda olum! İtaəti vacib olan bir imamı ziyarət edən şəxs də bu savaba nail olarmı? Həzrət (ə) buyurdu: «İtaəti vacib olan bir imamı ziyarət edən də buna nail olar».977

923. Həzrət imam Sadiq (ə) buyurub: «Hər kəs məni ziyarət etsə, günahları bağışlanar və yoxsul halda dünyadan getməz».978

BƏQİ᾽DƏ DƏFN OLUNMUŞ İMAMLARI ZİYARƏT ETMƏK QAYDASI


924. Həzrət imam Baqir (ə) və ya Sadiq (ə) buyurub: «Bəqi᾽də dəfn olunmuş imamlar (ə)-ın qəbrlərinin ziyarətinə getdikdə, onların qəbrlərinin yanında durub, qibləni arxada, qəbri isə qarşında qərar verərək belə de:

«Əssəlamu ələykum əimmətəl-huda, əssəlamu ələykum əhləl-birri vət-təqva, əssəlamu ələykum əyyuhəl-hucəcu əla əhlid-dünya, əssəlamu ələykum əyyuhəl-qəvvamunə fil-bəriyyəti bil-qisti, əssəlamu ələykum əhləs-əsfvəti, əssəlamu ələykum ya Alə rəsulillah səlləllahu ələyhi və Alih.

Əssəlamu ələykum əhlən-nəcva, əşhədu ənnəkum qəd bəlləğtum və nəsəhtum və səbərtum fi zatillah və kuzzibtum və usmə iləykum fə ğəfərtum. Və əşhədu ənnəkumul-əimmətur-raşidunəl-məhdiyyun. Və ənnə taətəkum məfruzəh, və ənnə qovləkumus-sidq və ənnəkum də᾽əvtum, fələm tucabu və əmərtum fələm tutau və ənnəkum dəaimud-din və ərkanul-ərz.

Ləm təzalu biəynillah, yənsəxukum fi əslabi kulli mutəhhərin və yənqulukum min ərhamil-mutəhhərat.

Ləm tudənniskumul-cahiliyyatul-cəhla, və ləm təşrək fikum fitənul-əhvai, tibtub və tabə mənbətukum, mənnə bikum ələyna dəyyanud-dini fəcəə᾽ləkum fi buyutin əzinəl-lahu ən turfə᾽ə və yuzkərə fihəs-muhu vəcə᾽ələ səlatina ələykum rəhmətən ləna və kəffarətən lizunubina, izixtarəkumullahu ləna, və təyyəbə xəlqəna bima mənnə bihi ələyna min vəlayətikum, və kunna indəhu musəmminə bi᾽ilmikum, mu᾽tərifinə bitəsdiqina iyyakum. Və haza məqamu mən əsrəfə və əxtəə vəs-təkanə və əqərrə bima cəna, və rəca biməqamihil-xəlas. Və ən yəstənqiz bikum mustənqizul-həlka minər-rəda. Fəkunu li şufə᾽aə.

Fəqəd və fətdu iləykum iz rəğibə ənkum əhlud-dünya, vət-təxzu ayatillahi huzuva, vəs-təkbəru ənha, ya mən huvə Qaimun la yəshu və daimun la yəlhu və muhitun bikulli şəyin ləkəl-mənnu bima vəffəqtəni və ərrəftəni əimməti və bima əqəm-təni ələyh. İz səddə ənhu ibadukə və cəhilu mə᾽rifətəhu vəs-təxəffu bihəqqihi və malu ila sivahu, fəkanətil-minnətu minkə ələyyə məə᾽ əqvamin xəsəstəhum bima xəsəstəni bih.

Fələkəl-həmdu iz kuntu indəkə məqami haza məzkurən məktuba, fəla təhrimni ma rəcəvtu və la tuxəyyibni fima də᾽əvtu fi məqami haza bihurməti Muhəmmədin və Alihit-tahirin.

Bundan sonra istədiyin hər hansı bir hacət üçün dua et».979


BEŞİNCİ FƏSİL

ŞƏHİDLƏR QƏBRİNİN ZİYARƏTİ


925. Həzrət imam Sadiq (ə) buyurub: «Mədinədə getmək, görmək, namaz qılmaq, və habelə əhd və peyman bağlamağa layiq olan qəbrlərdən bir də Həmzə (rə) və şəhdlərin qəbrlərindən ibarətdir».980

926. Həzrət imam Sadiq (ə) buyurub: «Bizə belə çatmışdır ki, Həzrət Peyğəmbər (s) şəhidlərin qəbrinə getdikdə belə deyirdi:

«Əssəlamu ələykum əlykum bima səbərtum fəni᾽mə uqbəd-dar».981

927. Həzrət imam Sadiq (ə) buyurub: «Həzrət Fatimə (ə) hər Şənbə gününün sübh çağı şəhidlərin qəbrinin ziyarətinə gedirdi. Həmçinin Həmzənin (rə) qəbri yanına gedərək onun üçün Allahdan rəhmət və əfv tələb edirdi».982

928. Həzrət imam Sadiq (ə) buyurub: «Həzrət Fatimə (ə) Peyğəmbərdən (s) sonra yetmiş beş gün yaşamış və heç vaxt sevinən və gülən halda görünməmişdir.

O Həzrət (ə) hər həftə ərzində iki dəfə bazar ertəsi və cümə axşamı günlərində şəhidlərin qəbrinin ziyarətinə gedir və buyurdu: «Həzrət Peyğəmbər (s) burada, müşriklər isə orada idilər.

Mərhum Koleyni (rə) ayrı bir rəvayətdə Əban ibni Təğlib vasitəsi ilə imam Sadiq (ə)-dan nəql etmişdir ki, Həzrət Fatimə (ə) vəfat edənədək orada namaz qılır və dua edirdi».983

929. Həzrət imam Sadiq (ə) buyurub: «Mədinə şəhərinin məscidlərini ziyarət edib qurtardıqdan sonra «Ühüd»ə tərəf gedir və dağın aşağısında olan məsciddən başlayırsan. Orada namaz qıldıqdan sonra Həmzə ibni Əbdil-Müttəlibin qəbrinin kənarından keçərək ona salam verirsən. həmçinin şəhidlərin qəbri kənarından keçib, onların yanında duraraq belə deyirsən:

«Əssəlamu ələykum ya əhləd-diyar, əntum ləna fərətun və inna bikum lahiqun».

Daha sonra o geniş yerdə, dağın yaxınlığı və sağ tərəfində yerləşən bir məscidə gedirsən. «Ühüd»ə daxil olduqda orada namaz qılırsan. Həzrət Peyğəmbər (s) müşriklərlə üzləşmək (vuruşmaq) üçün «Ühüd»ə getdikdə oradan çölə gedir və namaz vaxtı çatanadək orada qalıb, namazını qılırdı.

Oradan qayıdanadək bu əməlləri davam etdir və daha sonra şəhidlərin qəbrlərinin yanına gedib, öz vacib namazını orada yerinə yetir...»980

930. Mərhum Seyyid ibni Tavus—«Ühüd» şəhidlərinin ziyarəti—mövzusunda buyurub: «Onların kənarında durub, belə deyirsən:

«Əssəlamu əla rəsulillah, əssəlamu əla nəbiyyillah, əssəlamu əla Muhəmmədibni Əbdillah, əssəlamu əla Əhli bəytihit-tahirin, əssəlamu ələykum əyyuhəş-şuhədaul-mu᾽minun, əssəlamu ələykum ya əhlə bəytil-imani vət-tovhid. Əssəlamu ələykum ya ənsarə dinillah və ənsarə rəsulihi ələyhi və Alihis-səlam.

Səlamun ələykum bima səbərtum fəni᾽mə uqbəd-dar. Səlamun ələykum bima səbərtum fəni᾽mə uqbəd-dar, səlamun ələykum bima səbərtum fəni᾽mə uqbəd-dar.

Əşhədu ənnəllahəx-tarəkum lidinihi vəs-təfakum lirəsulih. Və əşhədu ənnəkum cahədtum fillahi həqqə cihadih.

Və zəbəbtum ən dinillahi və ən nəbiyyih. Və cudtum biənfusikum dunəh. Və əşhədu ənnəkum qutiltum əla minhaci rəsulillahi, fəcəzakumullahu ən nəbiyyihi və ənil-islami və əhlihi əfzələl-cəza. Və ərrəfna vucuhəkum fi məhəlli rizvanihi və məvazii᾽ikramihi mə᾽ən-nəbiyyinə vəs-sid-diqinə vəş-şuhədai vəs-salihin. Və həsunə ulaikə rəfiqa. Əşhədu ənnəkum hizbullah, və ənnə mən harəbəkum fəqəd harəbəl-lah. Və ənnəkum minəl-muqərrəbinə vəl-faizinəl-ləzinə hum əhyaun ində Rəbbihim yurzəqun. Fə᾽əla mən qətələkum, lə᾽nətullahi vəl-məlaikəti vən-nasi əcməin. Atəytukum ya əhlət-tovhidi zamra, lihəqqikum arifən və biziyarətikum iləllahi mutəqərriba, və bima səbəqə min şərifil-ə᾽mal və mərziyyil-əf᾽ali alima.

Fəələykum səlamullahi və bərəkatuh və əla mən qətələkum lə᾽nətullahi və ğəzəbuhu və səxətuh. Allahummən fə᾽ni biziyarətihim, və səbbitni əla qəsdihim və təvəffəni əla ma təvəffəytəhum ələyh, vəcmə᾽bəyni və bəynəhum fi mustəqərri dari rəhmətik. Əşhədu ənnəkum ləna fərətun və nəhnu bikum lahiqun».

Bundan sonra bacardığın qədər «İnna ənzəlnahu» surəsini ardıcıl oxuyur və inşaallah qayıdırsan».985




VƏL-HƏMDU LİLLAHİ RƏBBİL ALƏMİN



«SON»

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin