Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,64 Mb.
səhifə9/22
tarix21.10.2017
ölçüsü3,64 Mb.
#8720
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

EHRAMDA LƏBBƏYK DEMƏK


1. Ləbbəyk deməyin mə᾽nası:

444. Səhabələrdən biri nəql edib ki, Həzrət imam Sadiq (ə)-a dedim: Nə üçün ləbbəyk deməyə «təlbiyə» deyilir. Həzrət (ə) buyurdu: Bu icabət cavab verməkdir. Musa (ə) Pərvərdigarına belə cavab vermişdir.485

445. Süleyman ibni Cə᾽fər nəql etmişdir ki, imam Rza (ə)-dan ləbbəyk demək və onun səbəbi barədə soruşduqda, o həzrət buyurdu: Xalq ehram bağladıqda, Allah-taala onları çağırıb buyurur:Ey Mənim bəndələrim və kənizlərim! Mənə görə ehram bağlıdığınız kimi, sizi oda haram edəcəyəm. Beləliklə də xalq Allahın bu çağırışına cavab olaraq «Ləbbəykəllahummə» ləbbəyk deyirlər.486

446. Həzrət imam Əsgəri (ə) buyurub: Həzrət Peyğəmbər (s) Musa (ə)-ın Allah ilə danışığını nəql edərək buyurmuşdur: Rəbbimiz çağırdı: Ey Məhəmməd ümməti! Beləliklə də onların hamısı ataların beli və anaların rəhmində olan halda belə cavab verdilər: «Ləbbəykəllahummə ləbbəyk, ləbbəykə la şərikə ləkə ləbbəyk, innəl-həmdə vən-ni᾽mətə ləkə vəl-mulk, la şərikə ləkə».

Elə buna görə də Allah-taala bu cavabı, həccin şüarı qərar verdi.487

2. Ləbbəyk deməyin qaydası:

447. Həzrət imam Sadiq (ə) buyurub: Həzrət Peyğəmbər (s) Məkkə yaxınlığında yerləşən «Bəda» yerinə çatdıqda onun üçün bir dəvə gətirirdilər və həzrət (s) dəvəyə minib hərəkət etdikdə ləbbəykləri belə deyirdi: «Ləbbəykəllahummə ləbbəyk, ləbbəykə la şərikə ləkə ləbbəyk, innəl-həmdə vən-ni᾽mətə ləkə vəl-mulk, la şərikə ləkə».488

448. Həzrət imam Sadiq (ə) buyurub: Həzrət Peyğəmbər (s) ləbbəyki belə deyirdi. «Ləbbəykəllahummə ləbbəyk, ləbbəykə la şərikə ləkə ləbbəyk, innəl-həmdə vən-ni᾽mətə ləkə vəl-mulk, la şərikə ləkə».

Həmçinin o həzrət (s) «Zil-mə᾽aric»i çox buyurur, minikli bir şəxslə üzləşib, bir təpəyə qalxdıqda və bir vadiyə endikdə və habelə gecənin sonu və namazlardan sonra ləbbəyk deyirdi.489

449. Huzəymətibni Sabit nəql etmişdir ki, həzrət Peyğəmbər (s) ləbbəyk deyib qurtardıqdan sonra, Allahdan behişt və əfv tələb edir və cəhənnəm odundan Onun rəhmətinə pənah aparırdı.490

450. Həzrət imam Sadiq (ə) buyurub: Ləbbəyk demək belədir: «Ləbbəykəllahummə ləbbəyk, ləbbəykə la şərikə ləkə ləbbəyk, innəl-həmdə vən-ni᾽mətə ləkə vəl-mulk, la şərikə ləkə ləbbəyk, ləbbəykə zəl-mə᾽arici ləbbəyk, ləbbəykə da᾽mən ila daris-səlam ləbbəyk, ləbbəykə ğəffarəz-zunubi ləbbəyk, ləbbəykə əhlət-təlbiyəti ləbbəyk, ləbbəykə zəl-cəlali vəl-ikrami ləbbəyk, ləbbəykə tubdiu vəl-mə᾽adu iləykə ləbbəyk, ləbbəykə təstəğni və yuftəqərru iləykə ləbbəyk, ləbbəykə mərhuvən və mərğubən iləykə ləbbəyk, ləbbəykə ilahəl-həqqi ləbbəyk, ləbbəykə zən-nə᾽mai vəl-fəzli vəl-həsəni-cəmili ləbbəyk, ləbbəyk kəşşafəl-kurbil-izami ləbbəyk, ləbbəykə əbdukə vəbnu əbdəykə ləbbəyk, ləbbəykə ya kərimu ləbbəyk».

Bunları hər vacib və ya müstəhəb namaz, miniyinin hərəkət üçün qalxan, hündürlüyə çatan, vadiyə enən, minikli bir şəxsə çatan, yuxudan ayılan hallarda və habelə səhər çağları deyirsən. İmkanın olan qədər bunları çoxlu və aşkar tərzdə de və bunun bir hissəsini deməməyinin heç bir eybi yoxdur. Lakin onun hamısını demək daha yaxşıdır. Bil ki, əvvəldə olan dörd ləbbəyki demək vacib və zəruridir. Bu isə tövhiddir və peyğəmbərlər də belə demişlər.

Onun — zil-mə᾽aric hissəsini çox de, çünki həzrət Peyğəmbər (s) da onu çox demişdir. İlk dəfə ləbbəyk deyən həzrət İbrahim (ə) olmuşdur. Buyurdu: Allah-taala sizi öz evinin həccinə çağırır. Beləliklə də ona ləbbəyk deməklə cavab verdilər və bununla da peyman bağlanmış bütün atalar beli və analar rəhmində olanlar ləbbəyk ilə cavab verdilər.491

3. Ləbbəyk deməyin savabı:

451. Həzrət Peyğəmbər (s) buyurub: Gündüzü ləbbəyk deməklə sona yetirən hər bir şəxsin günəş batmaqla birlikdə günahları da gizlənər.492

452. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs bir gündə günəş batanadək ləbbəyk deyərsə anası onu dünyaya gətinrən gün kimi günahları aradan gedər.493

453. Həzrət Peyğəmbər (s) buyurub: Hər kəs ehram halında iman və ilahi savaba ümidlə yetmiş dəfə ləbbəyk deyərsə, Allah-taala onu cəhənnəm və nifaqdan uzaq etməsi üçün minlərlə mələyi şahid tutar.494

4. Hər bir şey ləbbəyk deyən ilə birgədir:

454. Həzrət Peyğəmbər (s) buyurub: Ləbbəyk deyən bir şəxs ilə birgə göz işləyənədək sağ və solunda olan bütün daş, ağac və kəssək ləbbəyk deyərlər.495

455. Həzrət imam Əli (ə) buyurub: Ləbbəyk deyən hər bir şəxs ilə göz işləyənədək sağ və solunda olan hər bir şey birgə olaraq ləbbəyk deyirlər və iki mələk ona deyərlər: Ey Allahın bəndəsi! Müjdə olsun sənə! Allah-taala isə heç bir bəndəyə behiştdən başqa bir şeyi müjdə verməz.496


LƏBBƏYK DEMƏYİN QAYDALARI


1. Xüşey (qorxu):

456. Süfyan ibni Üyəynə nəql etmişdir ki, həzrət imam Səccad (ə) həccə gedib, ehram bağladıqdan sonra miniyinə mindikdə, rəngi saraldı və bədəni titrəyib ləbbəyk deyə bilmədi. Bir nəfər o həzrətə (ə) dedi: Nə üçün ləbbəyk demirsiniz? Həzrət (ə) buyurdu: Qorxuram ki, Allah-taala mənim cavabımda «la ələbbəyk» və «la sə᾽dəyk» desin. Daha sonra ləbbəyk dedikdə özündən gedərək miniyindən yerə düşdü. Onun bu halı həccini qurtaranadək davam etdi.497

457. Malik ibni Ənəs nəql etmişdir ki, bir dəfə imam Sadiq (ə) ilə birlikdə həccə getmişdim. O həzrət (ə) ehram bağlayıb miniyinə mindikdə hər nə qədər ləbbəyk demək istəsə də səsi boğazında tutulur və az qalmışdı ki, yerə düşsün.

Dedim: Ey Peyğəmbər övladı! De, naçar qalıb ləbbəyk deməlisən. Həzrət (ə) buyurdu: Ey Əbu Amir oğlu! Allah-taalanı mənə «la ləbbəyk» və «la sə᾽dəyk» deməsindən qorxan halda necə cür᾽ət edib ləbbəyk deyim?498

2. Çoxlu ləbbəyk demək:

458. Məhəmməd ibni Münkədir nəql etmişdir ki, həzrət Peyğəmbər (s) ləbbəyk sözünün çoxlu təkrar edirdi.499

459. Həzrət imam Sadiq (ə) buyurub: Şəcərə məscidində ehram bağladıqda piyada olduğun halda o məsciddə olarkən belə ləbbəyk de: «Ləbbəykəllahummə ləbbəyk, ləbbəykə la şərikə ləkə ləbbəyk, ləbbəykə zəl-mə᾽arici ləbbəyk, ləbbəykə bihəccətin təmamuha ələyk».

Miniyə minən, minikdən düşən, bir vadiyə enən, bir hündürlüyü qalxan, həmçinin minikli bir görən hallarda və habelə səhər çağı bu ləbbəyki aşkarcasına de.500

3. Kişilərin ləbbəyki uca səslə deməsi:

460. Həzrət Peyğəmbər (s) buyurub: Cəbrail mənim yanıma gələrək dedi: Allah-taala sənə göstəriş verir ki, səhabələrinə uca səslə ləbbəyk demələrinin fərmanını verəsən. Çünki o, həccin şüarıdır.501

461. Saib ibni Xəllad nəql etmişdir ki, Cəbrail (ə) həzrət Peyğəmbərin (s) hüzuruna gələrək dedi: Əccac və Səccac ol! Əcc — ləbbəyk demək, Səcc isə dəvəni qurban etməkdir.502

462. Həzrət Peyğəmbər (s) buyurub: Allah-taala həccdən dörd əməli seçmişdir: Ləbbəyk demək, qurban kəsmək, ehram bağlamaq və təvaf etmək.503

463. Həriz nəql etmişdir ki, həzrət Peyğəmbər (s) ehram bağladıqda, Cəbrail (ə) onun yanına gələrək dedi: Səhabələrinə əcc və səcc etməyi göstəriş ver.

Əcc uca səslə ləbbəyk demək, səcc isə dəvəni qurban etməkdir.504

464. Həzrət imam Sadiq (ə) buyurub: Əgər piyada olsan Şəcərə məscidində uca səslə «La ilahə illəllah» və «ləbbəyk» de, amma minik üstündə olduqda bu sözləri Bəyda çöllüyünə çatarkən de.505

465. Həzrət imam Sadiq (ə) buyurub: Allah-taala dörd işi qadınlardan götürmüşdür: Uca səslə ləbbəyk demək, Səfa və mərvə dağları arasında qaçmaq, Kə᾽bəyə daxil olmaq və Qara daşa əl çəkmək.506

466. Həzrət imam Sadiq (ə) buyurub: Qadınlara uca səslə ləbbəyk demək lazım deyildir. 507

4. Məkkə evlərini görməklə ləbbəyk demək:

467. Həzrət imam Sadiq (ə) buyurub: Təməttö᾽ həccini yerinə yetirən şəxsin gözləri Məkkə evlərini gördükdə ləbbəyk deməyi saxlasın. 508

468. Həzrət imam Sadiq (ə) buyurub: Təməttö᾽ ömrəsində Məkkəyə daxil olarkən, Məkkə evlərini gördükdə ləbbəyk deməyi saxla. Məkkə evlərinin həddi əvvəllər Mədinə əhalisinin əqəbəsi idi. Amma camaat Məkkədə qabaqlar olmayan yerlərdə bir sıra evlər tikdilər. Beləliklə də ləbbəyk deməyi saxlayıb, bacardığın qədər təkbir (Allahu əkbər) və La ilahə illəllah zikrlərini, həmçinin Allah üçün həmd və səna de. 509



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin