Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,64 Mb.
səhifə1/47
tarix22.10.2017
ölçüsü3,64 Mb.
#11099
  1   2   3   4   5   6   7   8   9   ...   47








NƏSİHƏTLƏR


(ON DÖRD MƏ`SUMUN (Ə) BUYURDUQLARI VƏ MİN BİR HİKMƏTLİ SÖZ)
http://ehliwie-samux.com
AYƏTULLAH MEŞKİNİ





نام کتاب:.............................................نصایح

مولف:.................................... آیت الله مشکینی

مترجم:........................................خلیفه همیداف

ناشر:............................................... .شهریار

تاریخ چاپ:..........................................1385

نوبت چاپ:................................................اول

تیراژ:..................................................3000

Kitabın adı:.................................Nəsihətlər

Müəllif:.......................Ayətullah Meşkini

Tərcümə edən:.......................Xəlifə Həmidov

Nəşr edən:........................................Şəhriyar

Çap tarixi:.................................................2006

Çap növbəsi:.......................................Birinci

Tiraj:..........................................................3000
964-5934-72-9



Əlinizdəki kitabın əsl adı “Nəsihətlər”dir. Əsər bir neçə il bundan qabaq bu adla hazırlanıb çap olunmuşdur. Sonra ona bə`zi əlavələr olunaraq müəyyən mətləblər çıxarıldıqdan sonra “On dörd mə`sumun (ə) buyurduqları” adı altında nəşrə buraxılıb. Daha sonra isə bə`zi səhvlər üzündən “Min bir hikmətli söz” adı ilə yenidən çap olunmuşdur. İndi isə hər üç kitab bir çox faydalı əlavələrlə birlikdə əziz oxuculara və Əhli-beyt (ə) elminin və İslam maarifinin aşiqlərinə təqdim olunur.

Ön söz


İslam dininin qorunub əbədi olaraq saxlanılmasının və genişlənməsinin əsas zəmanətvericisi onun göstərişlərinin təbliğ olunması, insanları yaxşı işlərə də`vət edib, pis işlərdən çəkindirmək prinsipinin həyata keçirilməsidir. Bu üç böyük və mühüm iş vacib bir vəzifə kimi bu dinin bütün ardıcıllarının öhdəsinə düşür. Yə`ni müsəlmanların hər biri üçün fərdi olaraq ilahi hökmlərdən öyrəndiyi hər bir şeyi yeri gəldikdə və münasib zamanda bundan xəbəri olmayan şəxslərə çatdırması vacib məsələlərdəndir. Qeyd olunan bu vəzifə irşad, yə`ni hər hansı bir şəxsə xəbəri olmadığı dini məsələni çatdırmaqla ona yol göstərmək adlanır. Bundan əlavə hər bir müsəlmana vacibdir ki, imkan daxilində vacib işləri tərk edib, haram və qadağan olunmuş işlərə qurşanmaqda bir-birinin qarşısını alsınlar və eyni zamanda bir-birini haqqa itaət edib günahlardan uzaq olmağa də`vət etsinlər. İnsanları dində vacib olan işləri yerinə yetirməyə də`vət etmək “əmr be mə`ruf”, qəbih və pis işlərdən çəkindirmək isə “nəhy əz münkər” adlanır.

Əgər dünyanın bütün müsəlmanları və Qur`an ardıcılları dini məsələlər sahəsində düzgün addım atsaydılar, onların ictimai və dini vəziyyətləri indikindən qat-qat yüksək səviyyədə olardı. Elə indinin özündə də bu barədə qəti qərara gəlib fəaliyyət göstərməyə başlasalar, keçmişdə buraxılmış səhvlərin və üz verən zərərlərin müəyyən miqdarını aradan qaldırmış və xoşbəxt gələcəyə, uğurlu səadətə nail olarlar. Buna görə də lazımdır ki, dünya müsəlmanları – hörmətli ruhanilər, din və mədəniyyət xadimləri, tutmuş cəmiyyətin hər bir təbəqəsinin dindar nümayəndələrinə qədər hər bir kəs öz növbəsində dinin təbliği və genişlənməsi yolunda addım atsınlar; haqq dinlərinə rəvac verib öz ictimai vəziyyətlərini yaxşılaşdırmaq yollarını öz batil əqidələrini təbliğ edib yaymağa çalışanlardan öyrənməklə, əldən vermiş səadət və başucalıqlarını yenidən ələ gətirsinlər, uğurlu və xoşbəxt gələcəyə nail olsunlar.

Həqiqətən də müəyyən bir ölkə əhalisinin hər biri həftədə yalnız bir ilahi hökm öyrənərsə və ya bir kəsə öyrədərsə, bir ay ərzində həmin ölkədə yaşayan insanlar arasında külli miqdarda ilahi hökm öyrənilib yayılacaqdır.

Bu yerdə münasibdir ki, irşad, nəhy əz münkər və əmr be mə`ruf məsələlərinə aid olan Qur`an ayələri və hədislərdən müəyyən bir qismi gətirilsin, bununla da hər bir insan bunlardan xəbərdar olsun və müqəddəs dinimizin yayılması yolunda daha geniş addımlar atılsın.


İrşad barəsində olan ayə və hədislər


◘“(Ya Məhəmməd!) İnsanları hikmətlə (Qur`anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (İslama) də`vət et, onlarla ən gözəl surətdə (şirin) dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et.”1
◘“(Ya Məhəmməd!) Allahın ayələri sənə nazil edildikdən sonra ehtiyatlı ol ki, (heç bir şey) səni (onları təbliğ etməkdən) çəkindirə bilməsin. (İnsanları) Rəbbinə (ibadətə) də`vət et.”2
◘“(Xalqı) Alaha tərəf çağıran, yaxşı iş görən və “Mən müsəlmanlardanam.”– deyən kəsdən daha gözəl danışan kim ola bilər?”3
◘“Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Alahın lə`nətinə düçar olar və bütün lə`nət edə bilənlər də onlara lə`nət oxuyar!”4
◘(Ya Məhəmməd!) Allah kitab əhlindən “Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” deyə əhd aldığı zaman onlar bu əhdə arxa çevirdilər və onu ucuz bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!”5
◘Alim elmini elm əhlindən gizlətdiyi zaman, savadsız insan ilahi hökmləri öyrənməyə təkəbbür göstərdiyi zaman, dövlətlilər simiclik edən zaman və fəqirlər öz dinlərini dünyaya satdıqları zaman xalqa ilahi əzab və bəla nazil olar.

Həzrət Əli (ə)

◘Camaatın dini elmlərə ehtiyacı olduğu halda bunu onlara öyrətmək müqabilində muzd tələb edən şəxsin yandırılmaq ləyaqəti vardır.

İmam Cə’fər Sadiq (ə)


◘Rəsuli-Əkrəmdən (s) eşitdim ki, buyurdu: “Heç bir qorxu və təqiyyə yeri olmadığı halda dini mə`lumat almaqdan ötrü soruşulan suala cavab verməyən şəxsin ağzına qiyamət günü oddan yüyən vurular.

Həzrət Əli (ə)


◘Elmini gizlədən alim qiyamət günü pis iyli cəsəd kimi məhşur olar və hər kəs ona nifrin yağdırar.

İmam Cə’fər Sadiq (ə)


◘Ümmətim arasında dinə xilaf olan bid`ətlər zahir olan zaman gərək elm sahibləri öz elmlərini aşkar etməklə bu bid`ətləri aradan aparsınlar, əks təqdirdə Allahın lə`nətinə düçar olarlar.

Rəsuli-Əkrəm (s)


◘Elmini aşkar etməli olan alimin sükut etməsində, nadanın danışığında olduğu kimi, heç bir xeyir yoxdur.

Həzrət Əli (ə)


◘Öz imamından uzaq düşən, dini rəhbərinə əli çatmayan və özünə lazım olan hökmlərin öyrənə bilməyən şəxs yetim uşaqdan da artıq yetimdir. Əgər bizim əhkamımıza bələd olan kəslər belə yetimləri öz himayəsinə alıb onlara yol göstərsələr, behiştin yüksək mərtəbələrində bizim yanımızda olacaqlar.

İmam Həsən Əsgəri (ə)


◘Cahil yetimi himayə edən şəxsin atasız yetimi himayəsinə alan şəxsdən üstünlüyü parlaq günəşin nuru az olan ulduzdan üstünlüyü kimidir.

İmam Həsən Əsgəri (ə)


◘Üç şey həqiqi imandan irəli gəlir (imanın həqiqətlərindəndir): Yoxsul olan zaman bəxşiş vermək, camaatla insafla davranmaq, elm tələbində olanlara elm öyrətmək.

Rəsuli-Əkrəm (s)


◘Hər kəs yolunu azan kəsə yol göstərib onu hidayət etsə ona həyat bəxş edib, əksinə, hidayət olmuş şəxsi yoldan çıxarsa, onu öldürüb. Allah-təala buyurur: “Bir nəfəri dirildən şəxs bütün insanları dirildən şəxs kimidir.”
◘Alim və abidin Allah-təalanın qarşısında dayanacaqları gün abidə xitab olunar: “Behiştə daxil ol!” Alimə isə deyilər: “Dayan! O, kəslər ki, sənin xoş tərbiyəndən istifadə ediblər, onlara şəfaət et!”

İmam Cə’fər Sadiq (ə)


◘“Onlara verdiklərimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər” ayəsində məqsəd öz dini mə`lumatlarını elm azuqəsi kimi camaata ehsan edən alimlərdir.

İmam Cə’fər Sadiq (ə)


◘Xeyir təbliğ et və xoşxəbər ol! Demə ki, mən də camaat kimi onlardan biriyəm. Rəsuli-Əkrəm (s) buyurub: “Bilin ki, xeyr və şər yolunun hər ikisi sizə mə`lumdur. Nəyə görə gərək şər yolunu gedəsiniz və yaxud onu təbliğ edəsiniz?

İmam Musa Kazim (ə)


◘Allah-təala savadsızlardan elm-bilik öyrənməkləri barədə əhd-peyman aldığı kimi, elm və bilik əhlindən də savadsızlara tə`lim-tərbiyə verməkləri barədə əhd-peyman alıb. Bəli, savadsızlardan aldığı əhd-peyman alimlərdən qabaq olub.

Həzrət Əli (ə)


◘Həzrət İsa (ə) buyurub: “Elm və hikməti təkcə onun əhlinə öyrədin, yoxsa elmə zülm etmiş olarsınız. Eyni zamanda onu əhlindən də gizlətməyin, yoxsa, elm əhlinə zülm etmiş olarsınız”.

İmam Cə’fər Sadiq (ə)


◘Cabir deyir: “İmam Baqirdən (ə) elm öyrənmək istədim. Mənə bir kitab verib buyurdu: “Əgər bunda olan mətləbləri Bəni-Üməyyə hakimiyyəti dövründə camaata bəyan etsən məl`unsan və Bəni-Üməyyə hakimiyyətindən sonra isə bəyan etməsən məl`unsan.

«Kəşşi» kitabından


◘Hər bir ağıl sahibinə din elmlərini öyrənib onu başqalarına öyrətmək vacibdir.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin