Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,64 Mb.
səhifə12/47
tarix22.10.2017
ölçüsü3,64 Mb.
#11099
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

Üçüncü fəsil

Peyğəmbərdən (s) olan digər şiə hədisləri


◘Əgər bir alim və yaxud bir tələbə hər hansı bir müsəlmanlar yaşayan kənddən, yaxud da şəhərdən keçərsə və hətta dayanmadan bir tərəfindən daxil olub digər tərəfindən xaric olarsa və yaxud da orada dayanaraq heç bir su və azuqədən istifadə etməzsə də Allah qırx gün onlardan qəbir əzabını götürər.
◘Bu ümmətin alimləri iki təbəqədən ibarətdir: Biri Allahın onlara verdiyi elmi heç bir tamahları olmadan yeyir, öz biliklərini çörəyə və suya satmırlar. Dəryadakı balıqlar, qurudakı heyvanlar havadakı quşlar bu cür alimlərdən ötrü istiğfar edirlər. Onlar Allah dərgahına böyük hörmət və şərafətlə gedər, peğəmbərlərlə bir yerdə oturub durarlar. Digəri isə elmlə möhtəkircəsinə davranar (yə`ni, onu cəm edib saxlayar, münasib fürsət ələ keçdikdə onu baha qiymətə satır). Onu (elmi) pula, dövlətə dəyişər. Qiyamət günü bu cür alimlərin ağızlarına atəşdən yüyən vurular. Bir nəfər fəryad edib car çəkər: “Bunlar Allahın onlara elm əta etdiyi kəslərdir. Onlar isə həmin elmi yaymaqda simiclik edir və onu dünya malına satırdılar!” Bu səda insanlardan hesab çəkilib qurtarana qədər davam edir. (Bu alimlərdən məqsəd qəzavət işlərinə rüşvətxor alimlərdir ki, qəzavət etməkdən ötrü müəyyən məbləğ pul tələb edirlər. Yaxud da məqsəd dinin zəruri məsələlərini pulsuz öyrətməyənlərdir. Lakin moizə edib rövzə oxumaqdan ötrü muzd almağın eybi yoxdur, xüsusilə də, həmin şəxsin ehtiyacı varsa.)
◘Elm iki növdür: Biri odur ki, qəlbdə özünə yer alıb. Bu elm fayda verən elmdir. Digəri isə təkcə dildədir. Bu elm də sahibi üçün höccətin tamam olması deməkdir.
◘Mən öz ümmətimdən ötrü mö`minin və müşrikin şərindən qorxmuram. Ona görə ki, mö`minin imanı onun fəsadının qarşısını alır. Müşriki də öz şirki məhv edəcək. Təkcə qorxduğum şey münafiq alimlərdir ki, danışıqları gözəl, rəftarları isə pisdir.
◘Şər insanların ən şəri şər alim, xeyir insanların ən xeyirlisi gözəl alimdir.
◘Özü əməl edib, başqalarına da öyrətmək üçün iki hədis öyrənən şəxs bu işə başlayan kimi onun üçün yazılan savab altmış illik ibadətdən üstündür.
◘Allahın məni məhz onun üçün göndərdiyi elm və hidayət müxtəlif yerlərə yağan yağışa bənzəyir. Bu yerlərin də bə`ziləri münbitdir. Suyu özünə çəkir, gözəl yaşıllıqlar yetirir. Eyni zamanda sudan müəyyən miqdarını özünə çəkib müəyyən qablarda onu su anbarı şəklində qoruyub saxlayır. Beləliklə də Allah insanlara mənfəət yetirir; həmin su anbarlarından içməli su kimi və əkin biçin işlərində istifadə edirlər. Bu yerlərin bə`ziləri isə yararsız torpaqlara bənzəyir. Nə bəhrəsi var, nə də suyu özündə qoruyub saxlayır. İnsanların da bə`zisi din elmlərini öyrənib ona əməl edir və eyni zamanda onu həm də yayırlar. Bə`ziləri də nə əməl edirlər, nə də tədris.
◘İki kəsdən başqa heç kəsə qibtə etmək olmaz: Biri yaxşı insandır ki, Allah ona var-dövlət verib, o da onu Allah yolunda sərf edir. Digəri də odur ki, Allah ona hikmət əta edib, o da həm onu insanlara öyrədir, həm də onun vasitəsi ilə düzgün qəzavət edir.
◘Hər kim ki, insanları haqqa də`vət edir, haqqa gələnlərin əməlləri miqdarında onun üçün savab yazılar və eyni zamanda haqqa gələnlərin də savabları öz yerində qalar. Hər kim də ki, insanları haqq yoldan azdırır, azğınlığa gedənlərin günahları qədər də həmin şəxs üçün günah yazılar və eyni zamanda onların öz günahları da yerində qalar.
◘Elm öyrənən və elmi öyrədənin hər ikisinin Allah yanında əcri var. Digər insanlarda isə xeyir yoxdur.
◘Elm öyrənib zöhdə riayət etməyən kəs Allahdan uzaq düşməkdən başqa bir şey əldə etməyib. (Zöhd odur ki, əlinə gələn şey üçün sevinməyib əldən verdiyin şey üçün heyfislənib təəssüflənməyəsən.)
◘Səhl ibn Sə`d deyir: “Bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: “Mənə elə bir əməl öyrət ki, həm Allah yanında, həm də camaat nəzərində sevimli olsun. Buyurdu: “Dünyaya könül bağlama, Allah yanında əziz olarsan. Camaatın da malına göz dikmə, camaat səni sevsin.”
◘Qiyamət günü Allah mənim ümmətimin hər birinə qanadlar verər ki, qəbirlərdən behiştə doğru pərvaz etsinlər, orada istədikləri şəkildə dövrə vursunlar və müxtəlif ne`mətlərdən bəhrələnsinlər. Məlaikələr onlardan soruşar: “Siz kimin ümmətindənsiniz?” Cavab verərlər: “Məhəmməd (s) ümmətindən.” Soruşarlar: “Siz Allah, sizin dünyadakı əməliniz nə idi?” Cavab verərlər: “İki xüsusiyyət səbəb oldu ki, Allah Öz fəzl və rəhməti ilə bizə bu məqamı əta etdi; xəlvətdə də olsaq Allah qarşısında günah etməkdən çəkinərdik və aza da qane olardıq.” Məlaikələr deyər: “Bəli, siz bu məqama layiqsiniz.”
◘Sizin aranızda sizə nəsihət edəcək iki şey qoyuram; biri danışan, biri sakit. Danışan Qur`andır, sakit isə ölüm.

Dördüncü fəsil

Əli ibn Əbitalibdən (ə) nəql olunan şiə hədisləri


◘Həzrət Əli (ə) buyurub: “İnsanların iki qismi var ki, onların yoldan azmasına mən səbəb olaram, halbuki, məndə təqsir yoxdur: Biri (mənim barəmdə) qabağa gedən (həddi aşan) dost, biri də geri qalan (məndən üz döndərən) düşmən.”

(Şeyx Səduq “Əmali” kitabında bu hədisi nəql etdikdən sonra yazır: “Bu sözü Həzrət (ə) üzürxahlıqla, onun barəsində həddi aşanlar və ifrata varanlardan ötrü deyib ki, bilsinlər ki, o Həzrət (ə) onların bu əqidəsinə nifrət edir.”)



Bunun ardınca Həzrət (ə) buyurur: “And olsun öz canıma! Əgər İsa da (ə) nəsranilərin ifratçı sözləri qarşısında sükut etsəydi Allah ona əzab verərdi.”
◘Səbir iki növdür: Biri bəla gələn zaman dözümlü olmaq. Bu çox yaxşıdır. Lakin bundan da üstünü haram iş qarşıya çıxarkən səbirli olmaqdır.
◘Allahı zikr (yad) etmək də iki növdür: Biri müsibət üz verən zaman, digəri - bundan da üstün olanı - insanı günahdan saxlayıb onu harama düşməkdən çəkindirən zikr.
◘Həzrət Əlidən (ə) soruşdular: “Xeyir nədir?” Buyurdu: “Xeyir bu demək deyil ki, var-dövlətin və övladın çox olsun. Xeyir budur ki, elmin çox, əməlin kamil olsun, Allah da sənin ibadətinlə fəxr etsin. Allah da sənin o ibadətinlə fəxr edər ki, yaxşı iş görən zaman Allaha şükür, edəsən, pis iş görən zaman isə tövbə edəsən.
◘Dünyada iki qisim insandan başqa heç kəsdə xeyir yoxdur. Biri günahlarını tövbə vasitəsi ilə aradan aparanlar, digəri isə xeyir işlər görməyə sür`ətlə tələsənlər. Təqva vasitəsilə görülən heç bir ibadət az deyil. Bir əməl ki, Allah dərgahında qəbul olunur, az ola bilər?!
◘Məhəmmədin (s) dostu o kəsdir ki, onunla qohum olmasa da, Allahın fərmanlarına itaət etsin. Düşməni o kəsdir ki, qohum olsa da günahkar olsun.
◘Əli (ə) oğlu Həsənə (ə) buyurub: “Allahdan elə qorx ki, sanki, bütün insanların ibadəti ilə Onun dərgahına getmisən, lakin səndən qəbul edəcəyinə arxayın deyilsən və Onun rəhmətinə elə ümidvar ol ki, sanki, bütün insanların günahları ilə Onun dərgahına getmisən və ümidvarsan ki, səni bağışlayacaq.”
◘Dünya keçid yeridir. Axirət isə mənzil. Dünyada olan insanlar iki firqədir. Biri özünü dünyaya satır və həlak edir. Digəri isə öz canını dünyadan alır və azad edir.
◘Dünya və axirət iki barışmaz düşmən və iki müxtəlif yoldur. Dünyanı dost bilən axirətə düşməndir. Dünya və axirət şərq və qərb kimidir. Hansına tərəf yaxınlaşsan o birisindən uzaqlaşırsan.
◘Qənaət (qane olma) və itaət izzət və ehtiyacsızlığa, hərislik (tamah) və günah isə zillət və bədbəxtliyə səbəb olur.
◘And olsun Allaha, mən əlimi əjdəhanın ağzına apararam, lakin heç dünyaya yeni gəlmişin də qabağında açmaram; o ki qalsın hər əlinə gələni dəyərsiz hesab edib tərəddüd etmədən əta edənin qabağından. Günəş bulud arxasında olsa da hamı onun işığından istifadə edir.
◘Əli (ə) öz səhabələrindən birinə buyurub: Məbada ümdə sə`y və himmətini arvad-uşağına sərf edəsən. Əgər onlar Allahın dostlarıdırlarsa, Allah heç vaxt öz dostlarını başlı-başına buraxmaz. Əgər Allahın düşmənləridirlərsə nəyə görə Allahın düşmənlərindən ötrü təlaş göstərirsən?! (Yə`ni, dini və əxlaqi vəzifələrindən qabaq onlar barəsində düşünmə.)
◘Oğlu İmam Həsənə (ə) buyurub: “Oğul! Var-dövlət yığmaqdan ötrü sə`y göstərmə! (Məqsəd onu qeyri-şər`i olaraq cəm etməkdir.) Çünki sənin varisin bu iki nəfərdir: Ya həmin var-dövləti Allaha itaət yolunda sərf edib sənin əzab-əziyyətinə səbəb olmuş şeyi öz xoşbəxtliyi üçün istifadə edəcək, ya da günah işlərə sərf edib, sənin yığdığın var-dövləti öz itaətsizliyi yolunda xərcləyəcək. Hər bir halda yaxşı deyil ki, bu iki halı özündən artıq tutasan və bu yükü öz üzərinə götürəsən.
◘Dünya barəsində buyurub: “Dünya barəsində nə deyim ki, əvvəli əziyyətdir, axırı yoxluq. Halalının haqq-hesabı var, haramının əzabı. Onda ehtiyacsız olanlar əziyyət çəkir, möhtaclar qəm-qüssə. Arxasınca gedəndən qaçır, ondan üz döndərənə tərəf gedir. Bəsirət gözünü açanları görən, ona gözünü dikənləri isə kor edir.
◘Əql artdıqca danışıq azalar.
◘Əql iki növdür: Firti (yə`ni yaradılışdan insanın zatında olan) və kəsbi (yə`ni təcrübə vasitəsilə əldə olunan). Günəş işığı kor insanın halına fayda vermədiyi kimi fitri olan əqli də işlətməsən kəsbi olan əqlin faydası olmaz.
◘Cahilanə danışıqda xeyir olmadığı kimi, hikmətamiz danışıqdan da çəkinməkdə xeyir yoxdur.


Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin