Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 4,88 Mb.
səhifə15/24
tarix21.10.2017
ölçüsü4,88 Mb.
#7229
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

Susuzlar


Bəni-İsrail səhranın qumları arasında yol gedirdi. Onlar Qırmızı dənizin sahilində Əqəbə (Akaba) və Süveyş körfəzləri arasında dağlıq bir yerə yaxınlaşdılar.

Onlar kiçik bir çay və ya bir su bulağı axtarırdılar. Susuzluq hiss edirdilər. Uşaqlar susuzluqdan ağlayırdı. Hava çox isti idi. İmanlı insanlar Musanın peyğəmbərliyinə iman gətirdikləri üçün Allaha arxayın idilər. Bilirdilər ki, o, bəndələrini unutmur. Ona görə də Musaya baxırdılar. Camaatın bə`zisi isə susuzluqdan məhv olub öləcəklərindən qorxurdu.

Ora quru və susuz bir yer idi. Bəni-İsrail on iki qəbilə idi. Hər qəbilə ayrıca hərəkət edirdi. Onların hamısı Musanın ardınca gedirdilər. Musa əsasının köməyi ilə irəliləyirdi. O, Allahın lütf və mərhəmətinə arxayın idi.

Dağ yamaclarının birində uşaq, qadın və qocalar susuzluqdan əziyyət çəkdikləri zaman vəhy mələyi enib, Musaya dedi:

-Əsanı daşa vur!

Musa dağın ətəyində olan daş parçasına tərəf irəlilədi. Əsasını ona vurdu. Bu zaman qəribə hadisə baş verdi: Daş yarıldı. Ondan sərin və dadlı su axmağa başladı. Həmin böyük daşdan on iki bulaq qaynadı. Bəni-İsrailin hər bir qəbiləsi özlərinə aid olan bulağa tərəf getdilər. Göydə ağ buludlar peyda oldu. Onlar günəşin yandırıcı şüalarının qarşısını aldılar.


Bütpərəstlİk ruhu


Bəni-İsrail tayfası yaşamaq üçün geniş bir yer axtarırdı. Onlar yolda daş heykəllər ətrafında fırlanan bütpərəstlərə rast gəldilər. Bütpərəstlər anlaşılmaz sözləri zümzümə edib, bütpərəstliyin bə`zi adət-ənənələrini dillərinə gətirirdilər. Bəni-İsrailin bir qrupu Musaya dedilər:

-Bizə də onların tanrısı kimi bir tanrı düzəlt!

Musa Allahın qüdrətini görə-görə, amma, yenə də onun yerinə ibadət etmək üçün daş axtaran bu insanların sözünü eşitdikdə qəzəbləndi. O, cəddi İbrahimin (ə) dinini onlara öyrətməyə çalışaraq dedi:

-Siz cahil insanlarsınız. Bütpərəstlərin etdikləri bu işlər batil və bihudədir. Necə məndən istəyirsiniz ki, sizi Allahdan qeyri bir mə`buda tərəf yönəldəm?! Bir halda ki, o Allah sizi başqa insanlardan üstün etmişdir.

Bəni-İsrail qövmü on illərlə Misirdə yaşamışdılar. Onlar həyata göz açandan qibtlilərin fir`ona, yırtıcı heyvanlara və heykəllərə ibadət etdiklərini görmüşdülər. Ona görə də bütpərəstliyin tə`siri altına düşmüşdülər. Amma, həmişə iddia edirdilər ki, İbrahim (ə) Xəlilin dinindədirlər. Ona görə də Musaya dedilər:

-Görmədiyimiz Allaha necə ibadət edək?

Musa onlara dedi:

-Siz Allahın nişanələrini gördünüz. O sizi fir`onun və Hamanın əlindən xilas etdi. Siz müşahidə etdiniz ki, möhkəm daşların arasından sizin üçün sərin və dadlı su axdı.

Bəni-İsrailin kişiləri sakit oldular. Eşitdikləri sözlər böyük bir həqiqət idi. Amma, ürəkləri sakitləşmirdi.

MənN və Səlva


Allah Bəni-İsrailə Mənn göndərdi. Mən şehə oxşar bir şeydir. O, göydən yağır və kiçik tikanlı ağacların üzərinə oturur. Səhərlər Bəni-İsrail onları tikan kollarının üstündə aydın və parlaq halda müşahidə edirdilər. Onları toplayıb, yeyirdilər. Şirin və gözəl dadı vardı. Amma, Səlva bir quş növüdür. O çox hündürdə uçur. Amma, Allah-təala Bəni-İsraili öz lütf və mərhəmətinə şamil etmək üçün Səlva quşları aşağıdan uçur və onların qarşısında yerə düşürdülər. Beləliklə, Allah Bəni-İsrailə təhlükəsizlik, su və yemək əta etdi. Bunların hamısı ona görə idi ki, Allaha imanın şirinlik və ləzzətini dərk etsinlər.

VƏ`DƏ YERİ


Bəni-İsrail tez-tez Musadan Allahı onlara göstərməsini istəyirdilər. Bəni-İsrail bütpərəstliyə adət etmişdilər. Onlar yalnız gördükləri şeyə iman gətirirdilər.

Musa onların ürəyində imanı gücləndirmək istədi. Ona görə də qövmündən yetmiş nəfəri seçdi ki, Tur dağında ona qovuşsunlar. Musa qardaşı Haruna dedi:

-Ey qardaş! Sən Bəni-İsrail arasında mənim nümayəndəmsən. Onların işlərini islah etməyə çalış. Fasiqlərin yolu ilə getmə!

Allah-təala öz elçisi Musaya bütün bir ayı və`də yerində qalmalarını istəmişdi. Musa və`də yerinə gəldi və Allah-təala onunla danışdı. Musa təvazökar qəlblə dedi:

-İlahi! Özünü mənə göstər. İlahi! Səni görmək qüdrətini mənə əta et!

Allah-təala öz peyğəmbərinə buyurdu:

-Heç vaxt məni görməyəcəksən. Yaranmışların heç biri məni görməyəcəkdir. Amma, sən dağa bax. Əgər o öz yerində sabit qala bilsə, deməli, sən məni görə bilərsən.

Musa uca dağa baxdı. İntizar anlarını yaşadı. Birdən çox qəribə bir hadisə baş verdi. Dağa çox güclü nur saçdı. Oradan dağıdıcı ildırımlar parladı. Dəhşətli gurultu səsləri edşidildi. Dağ parça-parça oldu. Allahın qüdrəti o böyük dağı məhv etdi. İri daş parçaları sür`ətlə yerə töküldülər. Yer ayaqlar altında lərzəyə gəldi. Musa yerə yıxılıb, huşunu itirdi.

Bir müddət keçdi. O, möhkəm zərbənin tə`sirindən ayıldı.

O, öz gözü ilə Allahın qüdrətini müşahidə etdi və anladı ki, Allah-təala gözlə görünməz. O yalnız imanlı insanın ürəyi ilə görünər. Musa Allahdan istədi ki, ona insanların yaşayış işlərini tənzim edəcək, onları dünya və axirətdə xoşbəxt edəcək bir şəriət əta etsin. Ona görə də Allah ona müqəddəs sözləri öyrətməyi və`də verdi.

Musa həmin yerdə bir aydan artıq qaldı. İndi isə görək Musa öz qövmü ilə xudahafizləşəndən sonra hansı hadisələr baş verdi.

Azğınlıq


Allah-təala peyğəmbəri Musaya buyurdu:

-Niyə qövmündən qabaq bura gəlmisən?

Musa cavab verdi:

-Onlar mənim ardımca gəlirlər. Mən sənin razılığın üçün daha tez sənin tərəfinə gəldim.

Allah-təala buyurdu:

-Sənin qövmün bir buzov vasitəsi ilə azğınlığa çəkilmişlər. Samiri onları yoldan çıxartmışdır.

Bəni-İsrailin arasında bir şayiə yayıldı ki, Musa Allahın görüşünə getmişdir. Musa Allahı axtarmağa getmişdir.

Orada, Bəni-İsrailin arasında Samiri adlı bir kişi vardı. O kişi keçid günündə dırnaqları ilə yerləri eşən səma atlarını görmüşdü. Atların dırnağı dəyən torpaqlar hərəkətə gəlmişdilər. Ondan bir ovuc götürüb, öz dəsmalına tökmüşdü. Musa Allahı görmək və onun sözlərini eşitmək üçün Tur dağına tərəf gedən zaman Samiri fürsəti qənimət bilib, qızıldan bir buzov düzəltdi. O, Bəni-İsrail camaatı arasında get-gəl etməklə onlardan zinət əşyalarını - qızıl, gümüş, bir qədər lə`l-cəvahirat, qiymətli daşlar və Abnus ağacından düzəldilmiş digər bəzək əşyalarını topladı. Samiri öz-özünə dedi: «Tezliklə onlara ibadət etmək üçün bir allah düzəldəcəyəm; başqa tayfaların etdiyi kimi».

Bəni-İsrail bütpərəstliklə yaşamış və onların inamlarının tə`siri altına düşmüşdülər. Ona görə də Samirinin təklifinə müsbət cavab verdilər.

Samiri qızıl bir buzov düzəltdi və sonra keçid günü saxladığı torpaqları onun içinə tökdü. Birdən buzovun içindən inək nə`rəsinə oxşar bir səs eşidildi. O, buzovu daş parçasının üzərinə qoydu. Bəni-İsrail camaatı toplaşdı. Hamısı ona tə`zimlə baxırdılar. Samiri qışqırdı:

-Bu sizin və Musanın mə`bududur.

Harun bu hiyləni gördükdə onların yanına gəldi. Onları bu işlərindən çəkindirərək dedi:

-Ey qövm! Siz bu buzovun vasitəsilə yoldan çıxmısınız. Sizin rəbbiniz mehriban olan Allahdır. Mənə qulaq asın və sözlərimə əməl edin.

Ey camaat, bu buzov fayda və ziyan yetirməyə qadir olmayan cansız bir cismdir. Görürsünüz ki, o, nə sizinlə bir kəlmə söz danışır və nə də sizin bir çətinliyinizi həll edir.

Onlar Harunun nəsihətlərinə qulaq asmayıb dedilər:

-Biz Musa qayıdana qədər bu buzova ibadət edəcəyik.



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin