Бисмиллащир рящманир рящим



Yüklə 3,12 Mb.
səhifə9/16
tarix21.10.2017
ölçüsü3,12 Mb.
#8740
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
Mələklərin işləri

Qurani-kərim mələklər üçün öz dərəcə və işinə görə müəyyən vəzifələr irəli sürür və onlar xilqət aləmində öz tapşırıqlarını yerinə yetirirlər. Bu məsələnin araşdırılması mələklərin simasını bizə daha yaxından tanıtdıra bilər.


Mələklər ilahi məmurlar kimi

Qurani-kərim mələkləri ilahi elçilər kimi tanıyır və onlar müxtəlif işləri yerinə yetirir və öz vəzifələrinin icrasında heç vaxt uğursuzluğa düçar olmurlar.



Fatir surəsi, 1-ci ayə:

Göyləri və Yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! Allah məxluqatda istədiyini artırar. Həqiqətən, Allah hər şeyə qadirdir!

Həcc surəsi, 75-76-cı ayələr:

Allah mələklərdən də peyğəmbərlər seçər, insanlardan da. Həqiqətən, Allah (hər şeyi) eşidən və görəndir!

Allah onların nə etdiklərini də, nə edəcəklərini də bilir. Bütün işlər (nəticə etibarilə axirətdə) Allaha qayıdır! (Qiyamət günü bütün məxluqat öz əməlləri ilə birlikdə Allahın hüzurunda duracaqdır).
Mələklər və varlıq aləmindəki işlərin tədbiri

Mələklər aləmdəki işlərə tədbir görəndir – yəni onlar ilahi Ərşdən Allahın verdiyi əmrləri yerinə yetirirlər.



Naziat surəsi, 1-5-ci ayələr:

And olsun (kafirlərin canını) zorla alanlara

And olsun (möminlərin canını) rahatlıqla alanlara;

And olsun sürətlə üzənlərə;

And olsun (bir-birini) ötdükcə ötənlərə;

And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə) ki, qiyamət haqdır və siz qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqsınız!

Yuxarıdakı ayələr mələklərin varlıq aləmindəki işlərini bəyan edir. Onlar ilahi əmrləri yerinə yetirməzdən öncə bir neçə mərhələ keçmiş olurlar:



  1. Allahın əmri yetişən kimi sürət və ciddiyyətlə hərəkətə keçirlər.

  2. Dayandıqları yerdən hədəfə doğru çıxırlar.

  3. Öz yerindən çıxdıqdan sonra əmri yerinə yetirməyə yollanırlar.

  4. hədəfi yerinə yetirmək üçün başqa mələklərdən qabağa düşürlər.

  5. Nəhayət, varlıq aləmindəki işlərin tədbirinə girişirlər.

Mələklərin işi ilə bağlı daha iki ayəni nəzərdən keçirək.

Zariyat surəsi, 4-cü ayə:

Və ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun ki,

Mumin surəsi, 7-ci ayə:

Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir. Ona (qəlbən) inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: "Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!

Bu ayələrə görə mələklər ilahi Ərşin ətrafında yer tutar və oradan verilən ilahi əmrləri icra etməyə hazır olarlar.


Peyğəmbərlərə vəhyin nazil olması

Mələklərin vəzifələrindən biri peyğəmbərlərə vəhy çatdırmaqdan ibarətdir – yəni onlar Allahdan gələn vəhyi peyğəmbərlərin qəlbinə nazil edərlər. Bu onların ən önəmli işlərindən biridir.



Saffat surəsi, 1-3-cü ayələr:

And olsun (Rəbbinə ibadət üçün səmada) cərgə-cərgə duran (mələklərə);

(Buludları) qovduqca qovanlara (yaxud şeytanların pis əməllərinə mane olanlara, insanlar üçün günah işlər görməyi qadağan edənlərə);

Və Quran oxuyanlara

Bu ayələrdə üç dəstə mələkdən bəhs edilir: bir dəstə vəhy yolunda cərgə-cərgə düzlənmişdir. Başqa bir dəstə şeytanların vəhyə maneçilik törətməsinin qarşısını alır; üçüncü dəstə isə vəhyi (zikri) peyğəmbərə (s) oxuyur. Bu üç dəstə mələkləri Cəbrailin yardımçıları adlandırmaq olar. Başqa ayələrdə isə vəhy birbaşa Cəbrail vasitəsilə nazil olur:



Nəhl surəsi, 102-ci ayə:

(Ya Məhəmməd!) De ki, "Ruhül-qüds (Cəbrail) onu

(Quranı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək üçün bir haqq, müsəlmanlar üçün isə bir hidayət və mücdə olaraq nazil etmişdir!"

Şüəra surəsi, 192-194-cü ayələr:

Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!

Onu Ruhül-əmin (Cəbrail) endirdi.

(Günahkarları Allahın əzabı ilə) qorxudan peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi);

Bəqərə surəsi, 97-98-ci ayələr:

(Ya Məhəmməd!) Cəbrailə düşmən olan şəxsə söylə ki, həqiqətən o, (Cəbrail) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiq edən, möminləri doğru yola yönəldən, (onlara) mücdə verən Quranı Allahın izni ilə sənin qəlbinə çatdırmışdır (nazil etmişdir).

Hər kim Allaha, Onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da (belə) kafirlərə düşməndir.

Öncə söylədik ki, Cəbrail ilahi vəhyi peyğəmbərin (s) qəlbinə nazil etmək üçün yardımçılara malikdir. Bu məsələ başqa bir ayədə təsdiq edilir. Həmin ayədə Quranın böyük və kəramətli səfirlər vasitəsilə nazil olmasına işarə edilir.



Əbəsə surəsi, 13-16-cı ayələr:

Bu Quran (Allah dərgahında) çox möhtərəm, mötəbər səhifələrdə –

Qədir-qiyməti yüksək, şanı uca, tərtəmiz səhifələrdir (şeytan onlara toxuna bilməz).

O, (Allahla peyğəmbərlər arasında olan) elçi mələklərin əlləri ilə (lövhi-məhfuzdan) köçürülür (yaxud o, elçi mələklərə etibar edilmişdir).

O mələklər ki (Allah yanında) çox möhtərəm və (Allaha) çox mütidirlər –

Dediyimiz kimi, vəhy mələklərinin başında Cəbrail dayanır. Qurani-kərim onu izzət və ikram ilə yad edir, çünki əsas vəhy mələyi olaraq Cəbrailin məqam və dərəcəsi çox ucadır. Təsadüfi deyildir ki, Cəbrailin sifətləri Qurani-kərimdə qeyd edilir və bu baxımdan aşağıdakı ayələr diqqəti cəlb edir:



Təkvir surəsi, 19-21-ci ayələr:

Bu Quran (Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır.

Elə bir elçi ki çox qüvvətlidir, ərşin sahibi (Allah) yanında çox hörmətli, izzətlidir.

Elə bir elçi ki (mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) etibarlı müvəkkildir.

Bu ayələrdə Cəbrailin 6 xüsusiyyətinə işarə edilir:



Əvvələn, bu mələk rəsul-elçi adlanır və Allahın vəhy fərmanını peyğəmbərə nazil edir.

İkincisi, Quran onu kərim adı ilə yad edir və bu isə göstərir ki, Cəbrail Allahın yanında ehtiram və kərəm sahibi kimi dəyərləndirilir.

Üçüncüsü, o, qüvvət və qüdrət sahibidir.

Dördüncüsü, bu mələk ərşin sahibi olan Allahın yanında məqam və rütbəyə malikdir.

Beşincisi, Cəbrail əmin adlanır – yəni o, vəhyin çatdırılmasında ilahi əmanətə xəyanət etməz, mötəbərlik dərəcəsinə malikdir.

Altıncısı isə, o mələklər arasında itaət ediləndir.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin