Бисмиллащир рящманир рящим


Peyğəmbərlərin xətalardan qorunması



Yüklə 3,12 Mb.
səhifə10/16
tarix21.10.2017
ölçüsü3,12 Mb.
#8740
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
Peyğəmbərlərin xətalardan qorunması

Mələklərin başqa bir vəzifəsi peyğəmbərləri xətadan qorumaqdır. Onlar peyğəmbərləri həm vəhy alarkən, həm də onlara nazil olan vəhyi təbliğ edərkən xətadan qoruyurlar. Bu da mələklərin özəl vəzifəsidir. Bu barədə nazil olan ayələrə diqqət yetirək:



Cinn surəsi, 26-28-ci ayələr:

Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz;

Bəyənib seçdiyi peyğəmbərdən başqa. (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir möcüzə olaraq vəhy yolu ilə Qeybdən bəzi xəbərlər bildirər). Allah onların önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki,

Peyğəmbərlərinin öz Rəbbinin göndərdiklərini (nə cür) təbliğ etdiyini bilsin (bəlli etsin). Allah onlarda olanların hamısını (peyğəmbərlərin əhvalını və bütün əməllərini Öz elmi ilə) ehtiva etmişdir. O, hər şeyin sayını bilir!

İnsanları qorumaq

Mələklərin başqa bir vəzifə və işi insanları qorumaqdan ibarətdir. Onlar Allahın əmri ilə ilahi hökm yetişənə qədər hadisələrdən törənən xətər və təhlükədən qoruyur.



Rəd surəsi, 11-ci ayə:

İnsan üçün onu öndən və arxadan təqib edən mələklər vardır. Onlar insanı Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına bilməz və Allahdan başqa onun heç bir hamisi də olmaz.

Ənam surəsi, 61-ci ayə:

Allah Öz bəndələri üzərində hakimi-mütləqdir. O sizə
(yaxşı və pis əməllərinizi yazan, sizi Şeytandan qoruyan) gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli
gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər!

İnsanların əməllərini yazmaq

Quran baxımından insana müvəkkil olan mələklər vardır və onlar insanın etdikləri əməlləri yazırlar. Mələklər insanların pis və yaxşı əməllərini onların əməl dəftərinə qeyd edərlər. İlahi ədalətin qurulduğu haqq-hesab günü insanlar öz əməl dəftərində yazılanlara uyğun ya cəzalanar, ya da mükafat alarlar. Bu mənada çoxlu ayələr nazil olmuşdur və onlardan bəzilərini yada salmaqla fikrimizi təsdiqləyək.



İnfitar surəsi, 10-14-cü ayələr:

Sizin üstünüzə gözətçi mələklər –

(Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır.

Onlar sizin nə etdiklərinizi bilir.

Həqiqətən, yaxşı əməl və itaət sahibləri (möminlər) Cənnətdə qərar tutacaqlar.

Pis əməl sahibləri (kafirlər) isə Cəhənnəmdə olacaqlar.

Yunis surəsi, 21-ci ayə:

İnsanların başına gələn bir müsibətdən sonra onlara bir asudəlik (mərhəmət) versək, (ayələrimiz barəsində) dərhal hiylə qurmağa girişərlər. De ki: "Allah daha tədbirlidir. Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri (əməl dəftərinizə) yazırlar!"

Qaf surəsi, 17-18-ci ayələr:

Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) yazan (qəbul edib qeydə alan) iki mələk oturmuşdur!

Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!

Zuxruf surəsi, 80-ci ayə:

Yoxsa onlar elə güman edirlər ki, Biz onların pıçıltılarını və xəlvəti danışıqlarını eşitmirik?! Xeyr, yanlarında olan elçilərimiz (onların bütün aşkar və gizli söhbətlərini) yazırlar!
İnsanların ruhunun (canının) alınması

Mələklər eyni zamanda insanların canını (ruhunu) almaq vəzifəsi daşıyırlar. Elə mələklər vardır ki, onların işi yalnız bundan ibarətdir. Həmin mələklərin başında Əzrail və ya Mələkül-mövt dayanır. Əzrail bu işi öz yardımçılarının vasitəsilə həyata keçirir. Bu mənada nazil olan ayələri nəzərdən keçirək:



Səcdə surəsi, 11-ci ayə:

(Ya Məhəmməd!) De ki: "Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!"

Ənam surəsi, 93-cü ayə:

Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: "Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Quran) kimi bir kitab endirəcəyəm", – deyən şəxsdən daha zalim kim ola bilər? Kaş sən zalimləri ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!" – deyəndə görəydin!

Nəhl surəsi, 28-ci ayə:

Mələklər (küfr etməklə, Allaha şərik qoşmaqla) özlərinə zülm edənlərin canlarını aldıqda onlar (ölüm qorxusundan Allahın əmrinə) təslim olub: "Biz heç bir pislik etmirdik!" – deyəcək, mələklər də onlara belə cavab verəcəklər: "Xeyr, (elə deyildir,) Allah sizin nələr etdiyinizi çox yaxşı bilir!"

Nəhl surəsi, 32-ci ayə:

O kəslər ki mələklər onların canlarını pak olduqları halda alıb: "Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə daxil olun!" – deyərlər.
Övliya və peyğəmbərlərə müjdə yetirmək

Mələklər peyğəmbər və övliyalara müjdə yetirir, onları bəzi işlərdən agah edir. Qurani-kərimdə deyilir ki, mələklər Zəkəriyyə peyğəmbəri (ə) Yəhyanın dünyaya gəlməsi barədə xəbərdar edirlər.



Ali-İmran surəsi, 39-cu ayə:

Zəkəriyyə mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: "Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasının) ağası, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın dünyaya gələcəyi xəbərini mücdə verir".

Eyni zamanda, mələklər İshaqın dünyaya gəlməsini və daha sonra isə Yəqubun doğulmasını Həzrəti-İbrahimə (ə) mücdə verirlər.



Hud surəsi, 69-cu ayə:

Həqiqətən, elçilərimiz (mələklər) İbrahimin yanına mücdə (İshaqın anadan olacağı xəbəri) ilə gəlib: "Salam!" – dedilər. İbrahim də: "Salam!" – deyə cavab verdi və dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi.

Hud surəsi, 71-ci ayə:

İbrahimin arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya qonaqlara qulluq edirdi). O (bu sözləri eşidib Lut tayfasının başına gələcək müsibətdən qafil olduğuna sevinərək və ya qoca yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca Yəqubla (İshaqın, ondan sonra Yəqubun dünyaya gələcəyi ilə) mücdələdik.

Qurani-kərimdə İsanın (ə) dünyaya gəlməsi də mücdə olaraq mələklər

tərəfindən Məryəmə xəbər verilir.

Ali-İmran surəsi, 45-ci ayə:

Mələklər dedilər: "Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə mücdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və Allaha yaxın olanlardandır.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin