Maraqlı bir hədis
Məşhur hədislərin birində deyilir ki, namaz vaxtı çatdıqda xüsusi mələklər möminlərə (hətta yatmış olsalar belə) namazı xatırladıb deyir:
“Ayağa qalxın, çiyninizdə ağır yük olan və öz zərərinizə yandırdığınız günah atəşini namazın suyu ilə söndürün!”2 Bu kimi rəvayətlərdən belə anlaşılır ki, atəşin üstünə tökülən su onu södürdüyü kimi namaz da insanı pak etməklə yanaşı günahları ondan uzaqlaşdırır.
Bu şərif ayə də həmin nöqtəyə işarədir:
وَ أَقِمِ الصَّلَوةَ طَرَفىَِ النهََّارِ وَ زُلَفًا مِّنَ الَّيْلِ إِنَّ الحَْسَنَاتِ يُذْهِبنَْ السَّيَِّاتِ
“Günün iki vaxtı və gecənin əvvəlində namaz qıl. Həqiqətən, yaxşılıqlar pislikləri aradan aparır.”1
“Ərbəine şeyx Bəhai” kitabında belə bir rəvayət var: “Səhabələrdən biri naməhrəm qadını öpəndən sonra peşiman olub Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) hüzuruna gəldi. Yuxarıdakı həmin mübarək ayə nazil oldu. Həmin səhabə soruşdu: “Bu bağışlanma mənə aiddir, yoxsa hamıya?” (Yəni, hər günahkarın günahı namaz vasitəsulə bağışlanır, yoxsa bu ayə yalnız mənə aiddir?). Həzrət buyurdu: “Sənə məxsus deyil, mənim bütün ümmətimə aiddir.”
Həmin kitabın başqa bir hissəsində Peyğəmbərimizdən (səllallahu əleyhi və alihi və səlləm) belə rəvayət edilir: “Məni peyğəmbərliyə seçən Allaha and olsun ki, sizlərdən hər kəs namaz üçün ayağa qalxıb dəstəmaz almağa başlayanda onun bədən üzvlərindən2 günahlar tökülər. Üzü qibləyə durub, diqqətini Allaha yönəldib iqamə deyərkən onun bütün günahları bağışlanar. O, yenicə anadan olmuş uşağa bənzəyər. Gündəlik beş dəfə qılınan namaz beş axar şaya bənzəyər. Hər gün bu beş çayda beş dəfə yuyunan insanın bədənində çirk qalmadığı kimi beş dəfə namaz qılan şəxsin əməlləri də günahlardan təmizlənər.”
Dostları ilə paylaş: |