GİRİŞ
Elm və dinin inkişafı bir guşədə əyləşib öz iti qələmi ilə varlıq aləmini təsvir edən, elm və dinin sirrlərini açıqlayan, həmçinin bəşəriyyətin nicat yolunu Quran, sünnət və ağıl nuru ilə işıqlandıran xalis insanlara borcludur.
Mərhum Ayətullah Ehtimam şərq aləminin böyük alimlərindən sayılır. O, öz səlis və aydın bəyanı ilə ibadətin hikmətini, fəlsəfəsini elmi surətdə açıqlayıb gəncləri dinə doqru daha da rəğbətləndirmişdir. O, Quran ayələrinin və Əhli-beyt (əleyhimussalam) rəvayətlərinin elmi sirlərini açıqlamış, müasir elmlərdən istifadə etməklə ayə və rəvayətləri təfsir etmişdir.
Mərhum müəllif bu kitabın birinci cildində ən çox təharət, nəcasət bəhsinə və uyğun fiqhi hökmlərə yer vermişdir. Lakin kitabın ikinci cildində isə namazın fəlsəfəsinə və sirrinə varmış, həmçinin namaza aid olan cəzbedici nöqtələrə arifcəsinə işarə etmişdir. Bunu oxuyan hər bir şəxs istər-istəməz namazın mənəvi yönlərinə aşiq olaraq ləzzət alır. Müəllif namazın elmi və ictimai sirlərinə də toxunaraq onları gözəl surətdə açıqlamışdır. Kitabın üçüncü cildi isə Allahı tanıma bəhslərinə aid edilmişdir. İnşaallah mərhumun bəzi əsərləri tezliklə hörmətli oxucuların ixtiyarına veriləcəkdir.
Mərhumun əhkam fəlsəfəsinə aid kitabları 1340-cı (1962) ildə nəşr olunsa da hələ də öz təravət və şirinliyini itirməmişdir.
Fürsətdən istifadə edib mərhumun ailəsinə, xüsusi ilə Ayətullah İmamiyə, onun kürəkəni Mirzə Hüseyn Babasəfəriyə, həmçinin onun qızı Ehtimam xanıma bu kitabın nəşr olunmasında çəkdikləri zəhmətə görə öz təşəkkürümü bildirirəm.
Əlavə olaraq bu əsərin çapa hazırlanmasında mənimlə həmkarlıq edən dostlarıma, o cümlədən Möhsin Molla Kazimiyə, Hüseyn Nəbəviyə və Nəsrullah Süleymaniyə minnətdarlıq edirəm.
Vəlhəmdulillahi Rəbbil aləmin.
Məhəmməd Əli Rizayi İsfahani, Qum, 1384.
Dostları ilə paylaş: |