Bismilləhir Rahmənir Rahim


رَّضىِ‏َ اللَّهُ عَنهُْمْ وَ رَضُواْ عَنْهُ



Yüklə 0,72 Mb.
səhifə25/120
tarix10.01.2022
ölçüsü0,72 Mb.
#110269
1   ...   21   22   23   24   25   26   27   28   ...   120

رَّضىِ‏َ اللَّهُ عَنهُْمْ وَ رَضُواْ عَنْهُ


“Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar.”1

Bu şirin duyğu Allahla ünsiyyət, həmçinin bəndənin Allaha olan itaəti və razılığı vasitəsilə bu dünyada da özünü göstərir. Buna görə də on dörd məsum (əleyhimussalam) namaza sonsuz məhəbbət bağlamış və bundan mənəvi ləzzət almışlar.

Həzrət Məhəmməd (səllallahu əleyhi və alihi və səlləm) hədislərin birində belə buyurur:

“Namaz mənim gözümün nurudur.”1

İmam Əlinin (əleyhissalam) fəziləti barəsində yazilmış kitablarda o həzrətin namaza, hətta müstəhəb namazlara əhəmiyyət verdiyi və sıx bağlılığı bildirilmişdir. O, namazı elə şövqlə qılırdı ki, yorğunluq və halsızlıq belə hiss etmirdi. Çox namaz qıldıqlarına görə Rəsuli-Əkrəmin (səllallahu əleyhi və alihi və səlləm) və həzrət Zəhranın (əleyhassalam) ayaqları ağrıyardı. Bununla belə namaz onlara o qədər şirin gəlirdi ki, davamlı olaraq namaz qılır və ondan mənəvi ləzzət alırdılar.

Günahlardan uzaq olub Allah-Təala yolunda çalışan və Ona qeydsiz-şərtsiz itaət edən hər bir müsəlmanın belə bir mənəvi ləzzət almaq imkanı var. Kərbəla səhrasında şəhid olan yetmiş iki nəfər Allahın razılığını əldə etmək üçün rühi ləzzətə elə qərq olmuşdular ki, bədənlərinə dəyən ox, qılınc və nizə yaralarını unutmuşdular.

Bərzəxdə2 olan ləzzət;

Mənəvi faydalardan biri də bərzəx aləmində namazın təcəssüm etməsi və onun ləzzətidir. Belə ki, ayə və hədislərə əsasən bizim bütün danışıqlarımız və əməllərimiz mənəvi aləmdə qeydə alınır. Bu həqiqətə inanmaq üçün ata-babalarımızın güclü imana ehtiyacı vardı. Lakin bugünkü imkanların, o cümlədən maqnitofon, video və s.vasitəsilə artıq bu həqiqəti qəbul etmək asanlaşmışdır.

Əməllərimiz bizdən heş vaxt ayrılmır. Bərzəx aləmində başqa bir şəkildə gözümüzün önündə canlanaraq dostumuza və sirdaşımıza çevrilir. Necə ki, əziz Peyğəmbərimiz (səllallahu əleyhi və alihi və səlləm) buyurur:

“Heç kəs qəbirdə tək deyildir, çünki əməlləri onun yanındadır.”3

Qəbir və bərzəx aləmində insana ən yaxın olan dost onun namazlarıdır. Namaz qılan şəxsin namazı bərzəx aləmində gözəl bir surətdə ona qovuşur və o, bu qovuşmadan sonsuz ləzzət alır. Bu ləzzətin dünyada qılınan namazın ləzzətindən qat-qat üstün olduğunu hiss edir.

Dünyada hansı əmələ meyl və əlaqə çox olmuşsa, bərzəx aləmində də həmin əməl müəyyən şəkildə və surətdə həmin şəxslə bir yerdə məhşur olacaqdır. Yəni əgər onun meyli namaza olubsa, bərzəxdə də namazla məhşur olacaqdır. Əksinə, o hər kəs dünyada pis işlər görsə, ruhi əzab çəkməklə yanaşı, həmin pis əməllər mücəssəm olub bərzəx aləmində onun ruhuna əzab verəcəkdir.1

Beləliklə, hər kəs dünyadakı vəzifəsini layiqincə yerinə yetiribsə, onun ruhu həmişə şad olaraq xeyir əməllərdən ləzzət alır.

Tarixdə qeyd olunduğu kimi bəzi şəxslərin ruhlarını çağırıb nə ilə məşğul olduqlarını soruşduqda - “Biz dünyada hansı işlərlə məşğul olurduqsa, bərzəxdə də həmin işlərlə məşğuluq.”- deyə cavab verəcəklər.2



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin