MÜƏLLİFİN TƏRÇÜMEYİ-HALI
Mərhum həzrət Ayətullah Şeyx Əhməd Ehtimam (Molla Əhməd) şəmsi 1290-cı ildə İsfahanın şimal-qərbində, şəhərin 5 kilometrliyində yerləşən “Rəhnan” şəhərində, dindar bir ailədə dünyaya göz açmışdır. Hələ uşaq cağlarından daxilində elmə, mütaliəyə olan istedad və şövqü onu məktəbə rəğbətləndirmişdir.
Elm yolunda qarşıya çıxan çeşidli müşküllər onu elmdən uzaqlaşdırmamış, əksinə iradəsini daha da gücləndirmişdir.
Mərhum Ehtimam müqəddimə dərslərini Şeyx Muhəmməd Riza Rənaninin, ali səth dərslərini isə ağa Seyid Məhəmməd Nəcəf Abadi, Ayətullah Şeyx Məhəmməd Riza Kəlbasi və Ayətullah hacı Seyid Əli Nəcəf Abidinin huzurunda oxumuşdur. O, 1314-cü ildə hərbi xidmətə çağırılmış və xidməti başa vurduqdan sonra yenidən təhsilini davam etdirmiş, Ayətullah Kəlbasinin istəyi ilə muqəddəs ruhani libası geymiş, “Rəhnan” şəhərində İslam dininin yayılmasında səy göstərməklə yanaşı məscidlərin birində imam camaat vəzifəsini öz öhdəsinə götürmüşdür.
Hövzəvi elmlərlə yanaşı klassik və təcrübi elmlərdən (kimya, fizika, riyaziyyat və s.) də bəhrələnmişdir.
Mərhum Ayətullah İhtimam İslam elmlərinə dərindən yiyələnərək əhkama olan diqqəti sayəsində müasir elmlərdən istifadə etmiş, “Hökmlərin fəlsəfəsi” adlı iki cilddə olan kitab yazaraq qısa bir müddət ərzində oxucuların ixtiyarına vermişdur.
Mərhumun iki qiymətli əsəri, Ayətullah Nəcəfinin “Usul” kitabına yazılmış “Haşiyə” və 26 cilddə tərtib olunmuş “Fiqhe istidlali” adlı kitabları hələ ki çapdan çıxmamışdır. Ümidvarıq ki, tezliklə bu iş həyata keçəcək.
Mərhum Ayətullah Ehtimamın gözəl xüsusiyyətlərindən biri onun ruhən lətif olması idi. Alimin irfani qəzəlləri deyilənlərə sübutdur.
Nəhayət, Ayətullah İhtimam 1346-cı ilin qurban bayramının gecəsi 56 yaşında ikən dünyasını dəyişdi. Əzadarlıq edən camaat onun cənazəsini Rəhnan şəhərindən İsfahana kimi müşayiət edərək “Təxte Fulad” qəbiristanlığında torpağa tapşırdı. Allah rəhmət etsin! Ruhu şad olsun!
Dostları ilə paylaş: |