Bismilləhir Rahmənir Rahim



Yüklə 0,72 Mb.
səhifə32/120
tarix10.01.2022
ölçüsü0,72 Mb.
#110269
1   ...   28   29   30   31   32   33   34   35   ...   120

NİYYƏTİN FƏLSƏFƏSİ


Başda namazın ruhu olmaqla bütün vacib və müstəhəb ibadətlərin hamısı niyyətə bağlıdır. Qəlbin qəsd etməsinə və yaxınlıqla ixlasın birlikdə gözlənilməsinə niyyət deyilir. Yaxınlıq (qürbət) dedikdə məkan yaxınlığı yox, mənəvi yaxınlıq nəzərdə tutulur. İxlas isə yalnız Allahın razılığını düşünüb Onun dərgahına yaxınlaşmaqdan ibarətdir.

Başqa sözlə, bəndənin əməlləri məxluqata (insanlara) və maddi mənfəətlərə xatir olmamalıdır.

İmam Sadiq (əleyhissalam) bu şərif ayənin

الَّذِى خَلَقَ الْمَوْتَ وَ الحَْيَوةَ لِيَبْلُوَكُمْ أَيُّكمُ‏ْ أَحْسَنُ عَمَلا


“Ölümü və həyatı yaradan kəs (Allah) hansınızın daha yaxşı əməl sahibi olduğunuzu imtahan etmək istəyir”1 ayəsinin təfsirində belə buyurur:

“Pərvərdigarın “daha yaxşı əməl” kəlməsində məqsədi “ən çox əməl” deyildir. Allah-taalanın məqsədi budur: “Sizi ən düzgün əməllə imtahan edər.” Ən düzgün əməl isə yalnız Allahdan (günah etməkdə) çəkinmək və sadiq (saf, xalis) niyyətdən ibarətdir.”

Sonra həzrət əlavə edib buyurdu:

“Xalis əməl ondan ibarətdir ki, Allahdan başqa bir kəsin səni tərifləməsinin intizarında olmayasan. Həqiqətən, niyyət əməldən üstündür.”2

Göründüyü kimi, bu rəvayətdə xalis əməl yalnız Allaha xatir olan əməl kimi tanıtdırılmışdır. Xalis niyyətin ən yüksək dərəcəsi isə cənnətin nemətlərinə, cəhənnəmin qorxusuna, duaların qəbul olmasına , nemətlərin şükrünə görə olmayan niyyətdir. Bu barədə imam Əli (əleyhissalam) buyurmuşdur:

(Pərvərdigara!) “Sənə cəhənnəm atəşinin qorxusuna və ya cənnətin nemətinə görə ibadət etmirəm. Səni yalnız ibadətə layiq bildiyim üçün ibadət və sitayiş edirəm.”1

Məşhur alimlərin nəzərində hədisdə qeyd olunan bu üç məqsəddən hər hansı biri insanda olsa, Allah dərgahında qəbuldur. Quran ayələrinin bəzisi bu mətləbə işarə edir. O cümlədən;


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin