بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَد
(Bismilləhir-Rahmənir-Rahim. Qul huvəllahu əhəd)
Yəni de ki, çağırıb ibadət və bəndəlik etdiyin O Allah Yeganədir. “Əhəd”in mənası yeganə, “vahid”in mənası isə bir deməkdir və vahid müəyyən baxımdan “iki” ola bilər. Məsələn, siz burada bir nəfərsiniz. Yəni bir nəfərdən artıq deyilsiniz və yanınıza başqa bir nəfərin gəlib “iki”olmağınız ehtimalı var. Amma heç vaxt “siz yeganəsiz” deyilə bilməz. Çünki “bir” olmağınızla bərabər həm də çoxsunuz. Yəni siz mürəkkəb olaraq vücud, mahiyyət, o cümlədən bədəndən, ətdən, dəridən, sümükdən, qandan, əzələlərdən, əsəb sistemindən, milyardlarla hüceyrələrdən və s. ibarətsiniz. Bizim kimi yer üzündə 6 milyarddan çox insan mövcuddur.
Lakin Allah-Təalanın yeganəliyi bizim mürəkkəb birliyimiz kimi deyil. Onu nə zehnlə, nə təsəvvürlə, nə də xəyalla tərkibləndirmək olmaz və bu qeyri-mümkündür.
Dostları ilə paylaş: |