اسلام عليكم و رحمة الله و بركاته
)Əssələmu ələykum və rahmətullahi bərakətuh)
Yəni salam olsun sizə, ey Allahın layiqli bəndələri! Allahın rəhmət və bərəkəti sizə olsun!
QUNUTUN FƏLSƏFƏSİ
Namazın müstəhəb əməllərindən biri də qunutdur. İkinci rəkətin rukusundan qabaq yerinə yetirilən ruku imamiyyə məzhəbində müstəhəb sayılır. Namazqılan şəxs qunutda əllərini yuxarı qaldırıb ahuzar etməklə Allah-taaladan dünya və axirət hacətlərini istəyib Həzrət Haqqı “təmcid”1 edir. Namazdan sonra da “təqib”2 ünvanında müxtəlif zikrlər, o cümlədən “təsbih”3 , “təhmid”4 , “təhlil”5 , “təkbir”6 və dua etmək müstəhəbdir.
Qüdsi hədislərin birində belə buyurulur:
“Təqibatı tərk etmək namazın qəbul olmamasına,onu yerinə yetirmək isə əməlin qəbuluna səbəb olur.”
Başqa bir yerdə isə belə buyurulur:
“Hər kəsin dəstəmazı batil olsa və özünü pak edib yeni dəstəmazla namaz qılsa, sonra namaz qurtaran kimi dua etməsə, həqiqətən o, zülm etmişdir. Həmçinin, bir kəsin dəstəmazı batil olsa, özünü pak edib yeni dəstəmazla namaz qılıb axırda dua etsə və Mən onun duasına cavab verməsəm, onda Mən zülm etmişəm. Bir halda ki, Mən zalım deyiləm.”
Namazın özündə qunut və təqibdən əlavə başqa dualar7 da mövcuddur. Bu cəhətdən də “salət”8 kəlməsi əslində dua mənasındadır. Çünkü istər namazın vacibatında, istər müstəhəbbatında (qunutda), istərsə də təqibatında (qəbul olma şərti) dua və raz-niyaz vardır.
Dostları ilə paylaş: |