“Həmişə (onların) yadına sal. Çünki həqiqətən, yada salmaq möminlərin xeyrinədir.”1 Belə olduqda haqq kəlamı eşidən ruhda tədricən dərin bir dəyişiklik əmələ gələcək və “misdən” olan vücudlar “qızıla” çevriləcəkdir.2 Həqiqi tövbə və istiğfar da günahkar insanın mahiyyətinin dəyişməsinə, həmçinin onun Allahın dostuna çevrilməsinə səbəb olur. Belə ki, məstedici içkilərin haramlığı barəsində ayə nazil olduqda cahiliyyət adətinə görə şərab içən bəzi səhabələr onu tərk etdilər. Rəvayətdə deyilir: “Cavan bir oğlan adəti üzrə içində şərab olan qabı əlində tutub gedirdi. Qabaqdan Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) ona tərəf gəldiyini görəndə halı dəyişdi. Ürəyində Allah ilə əhd bağlayıb dedi: “İlahi !Əgər məni Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) yanında rüsvay etməsən, tövbə edib içkidən uzaqlaşacağam.” Birdən o, sirkə qoxusu hiss edib əlindəki şərabın sirkəyə döndüyünü gördü və sevindi. Nəhayət, Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) yaxınlaşıb salam verdikdən sonra cavanın əlindəki qabın içində nə olduğunu soruşdu. Cavan qabla sirkə olduğunu buldirdi. Həzrət qabın içində qatı və turş sirkə olduğunu gördü. Qabı qaytararkən cavan oğlan dedi: “Ey Allahın elçisi! Həqiqət bundan ibarətdir ki, bu qabın içindəki şərab idi. Sənin yanında rüsvay olmamaq üçün Allah-Təala ilə əhd –peyman bağladım. Şərab da sirkəyə çevrildi.” Həzrət buyurdu: “Sən batinini və vücudunu dəyişdirib tövbə etdiyin üçün Allah da şərabı sirkəyə döndərdi.”